Əvvəla Qum inqilabın vətənidir; ölkənin ən dindar şəhəri və müasir dövrün ən böyük inqilabının mərkəzi və vətənidir. Bunun mənası nədir? Bunun mənası odur ki, bütün dünya bu inqilabın dini bir inqilab olduğunu bilsin. Bu inqilab barədə heç bir yanlış və materialist təhlil yürütmək olmaz. Onun vətəni Qumdur, rəhbəri bir fəqih, filosof, böyük bir alim və ruhanidir. İnqilab bütün dünyada belə tanınmışdır. Bu, bir məsələ.
İnqilaba zərbə vurmaq üçün düşmənin səyi
Düşmənin hücum etdiyi əsas nöqtələr
Bu sözün davamı odur ki, düşmənlər bu müddət ərzində bu inqilaba və quruluşa zərbə vurmaq istəyəndə onların hücumlarının hədəfi nə olmuşdur? İki mühüm nöqtə düşmən hücumlarının hədəfi olmuşdur: biri din, biri isə xalq və onun vəfadarlığı.
Din
İnqilabı qorumaqda dinin rolu
Dinin zalım qarşısında mübarizə və müqavimətə həvəsləndirməsi
Bilirlər ki, bu inqilab dini inqilab olmasaydı, dirəniş gücü olmazdı. Çünki öz ardıcıllarına zülmə tabe olmağı qadağan edən, onları zülmlə mübarizəyə həvəsləndirən, insanların həyatına ədalət, azadlıq, mənəviyyat və inkişaf təklif edən dindir. Bu, dinin xüsusiyyətidir. Deməli, dinə əsaslanan bir quruluşun düşmənlərin, hegemonların və artıqtamahların təzyiq və şiddətinə tabe olması mənasızdır. Əgər bu inqilabda din elementi olmasaydı, inqilabın məsul şəxslərinin və rəhbərlərinin düşməndən bir imtiyaz almaqla güzəştə getmələri və düşmənin istismarına yenidən yol açmaları mümkün idi. Amma dinin bu inqilabın fəqərə sütunu olduğuna görə indiyədək belə bir şey baş verməmişdir və bundan sonra da baş verməyəcək.