Əgər xalq olmasaydı, əgər xalqla quruluş arasında uçurum yaransaydı, quruluş düşmənlərin qarşısında müqavimət göstərə bilməzdi. Məsul şəxslərin müqavimət dayağı xalqın bu möhkəm dəstəyidir. Bunlar iki əsas cəhətdir: din və xalq. Odur ki, düşmən də bunları öz hücumlarının hədəfi seçmişdir; dini bir formada, xalqın vəfadarlığını və etiqadını da bir formada.
İnqilabla mübarizədə düşmənin hiylələri
Cəmiyyətdə dini zəiflətmək üçün hiylələr
Siz görürsünüz ki, 1980-cı illərdən və imamın bərəkətli həyatı dövründən istər xarici düşmənlər, istər onların daxildəki muzdurları, yaxud muzdsuz və minnətsiz nökərləri din müqəddəslərini, din həqiqətlərini, İslam hökmlərini şübhə altına salır və inkar edirlər. Bu, təsadüfi hal deyil. Bunun üzərində təkidlə dayanmışlar. Bu məsələ Salman Rüşdi ilə başlayıb Hollivudun antiislam filmləri ilə, karikaturlarla, Quran yandırmaqla və o tərəf-bu tərəfdə İslam əleyhinə müxtəlif hadisələrlə davam etdi. Məqsəd xalqın İslama və İslam müqəddəslərinə imanını azaltmaqdır. Ölkə daxilində xalqın, xüsusən də gənc nəslin imanının təməllərini müxtəlif yollarla zəiflətməyə çalışırlar; cinsi özbaşınalığı, mütləq halallığı yaymaqdan tutmuş həqiqi irfanın saxta formasının, yalançı irfanların təbliğinə, Bəhailiyin və ev kilsələri şəbəkəsinin təbliğinə qədər. Bunlar bu gün İslam düşmənlərinin araşdırması, siyasəti və proqnozu əsasında görülən işlərdir. Məqsəd isə məhz dini zəiflətməkdən ibarətdir.