Hövzənin qadın tələbələrinin əhəmiyyəti və dəyəri
Son məsələ tələbə bacılar barədədir. Bu çox möhtəşəm və mübarək bir məsələdir. Qadın hövzələrində minlərlə alim, tədqiqatçı, fəqih və filosof yetişir. Bu çox əzəmətli iş olacaq. Görün materialist dünyanın qadın məsələsinə və qadın cinsinə baxışı necə də pis, təhqiramiz və azğın baxışdır. Müsəlman qadın alimlərin, məsələn universitet mənsubu olan elmli, dərrakəli, dindar və alim qadınların müxtəlif sahələrdə iştirakı dünyaya çox möhtəşəm təsirlər qoyur və inqilab üçün hörmət qazanır. Xanımlar yaxşı dərs oxumalıdırlar. Əlbəttə, xanımların dərs oxumasında son məqsəd yalnız müctəhid, yaxud filosof olmaq deyil. Ola bilsin bəzilərinin həvəsi, istedadı və vaxtı olsun, bəzilərinin isə olmasın. Son məqsəd İslam və Quran təlimləri ilə tanış olmaqdır. Bu, onların özü və digərləri üçün faydalı ola bilər.
İlahi! Deyib-eşitdiklərimizi Özün üçün və Öz yolunda olanlardan et!
İlahi! Bu deyilənlərə, eşidilənlərə, hövzədə görülən bu əzəmətli işlərə Özün Öz tərəfindən bərəkət ver!
İlahi! Bizim işimizi, sözümüzü, hərəkətimizi dövrümüzün imamının diqqət və razılığına şamil et! O həzrətin müqəddəs qəlbini bizdən razı et! Öz rəhmət və bərəkətini bu yolu açan Böyük İmamın və əziz şəhidlərin pak ruhlarına şamil et!
Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə!
Dostları ilə paylaş: |