2. Hövzənin quruluş qarşısındakı vəzifələri: nəzəriyyə yürütmək və şübhələrə cavab vermək
- Bir xalqın və bir ölkənin bütün idari məsələlərində nəzəriyyə yürütmək və siyasi nəzəriyyəçilik işi İslam quruluşunda din alimlərinin üzərinə düşür.
- Din alimlərinin bu şübhələri dəf etməsi, bunlarla mübarizə aparması, bu tozları cəmiyyətin zehnindən silməsi İslam quruluşu üçün başqa bir dayaq və dəstəkdir.
3. Qərbin humanitar elmlərinin yerinə İslamın humanitar elmlərinin qoyulması
Mən universitetlərdə mövcud olan humanitar elmlərə və mahiyyətcə zəhərli olan bu elmlərin təhlükəsinə dair həm universitetlərə, həm də məmurlara xəbərdarlıq etmişəm. Həmin xəbərdarlıqlar bundan ötrüdür ki, bu gün geniş yayılmış humanitar elmlərin İslam hərəkətinə və İslam quruluşuna mahiyyətcə müxalif və zidd olan, başqa bir dünyagörüşə əsaslanan, başqa sözü və məqsədi daşıyan məzmunları var. Bunlar öyrədildikdə müdirlər onların əsasında yetişirlər, sonra həmin müdirlər gəlib universitetin, ölkə iqtisadiyyatının, daxili və xarici siyasətin, təhlükəsizlik və digər məsələlərin başında dururlar.
Dostları ilə paylaş: |