Bu şəhərdə müxtəlif imamzadələrin məqbərəsi vardır. Qumun küçələrində dəfn olunan bu imamzadələrin hər biri hansı şəhərdə olsaydılar, o şəhərin mərkəzi və mehvəri olardılar. Bunların hamısı bu müqəddəs şəhərin milli və transmilli imkanları və funksiyalarıdır.
Qum şəhərinin çatışmazlıqlarını aradan qaldırmaq üçün məmurların ciddi səyi Qumda mövcud olan çoxlu çatışmazlıqların səbəbi
Qum tağut dövründə hökumətin qəzəbinə tuş gəldiyindən təəssüf ki, onun çoxlu çatışmazlıqları vardır. Möhtərəm məmurlar bu çatışmazlıqları ciddi şəkildə və sürətlə aradan qaldırsınlar.
Görülən yaxşı işləri təkmilləşdirmək
Düzdür, inqilabdan sonra çoxlu işlər görülmüşdür. Şəhərin vilayətə çevrildiyi 2000-ci ildən bu yana ona çoxlu büdcələr ayrılmışdır. Mənə məlumat verdilər ki, 2005-ci ildən etibarən bu şəhərdə maksimum büdcələr xərclənmişdir. Odur ki, çox yaxşı işlər görülmüşdür. Lakin bu işlərin hamısı təkmilləşdirilməli və bu şəhər həm xalqın ehtiyacları, həm də gözəllik baxımından Qum əhalisinə layiqli şəkildə inkişaf etməlidir. Əgər bu çatışmazlıqların aradan qaldırılmasını istəyiriksə, aktiv çalışmaq lazımdır.
Qumun əsas ehtiyacları 1. Su məsələsi
Bu şəhərin ən mühüm ehtiyaclarından biri su məsələsidir. Bir neçə ildir bu məsələ ilə ciddi məşğul olmuş və çox yaxşı işlər görmüşlər. Biz görülmüş işlərdən ötrü bu sahədə çalışan şəxslərə təşəkkür etməliyik, lakin onlardan istəyirik ki, uzaq Dez bulağından Quma gətirilən suyu imkan daxilində tez çatdırsınlar, Qum xalqının bu əsaslı və böyük ehtiyacı təmin olunsun.
2. Əkinçilik
Qumun əkinçilik məsələsi də mühüm məsələdir. Eşitdim ki, Tehrandan Müseylə bölgəsinə su çəkilməsi və bir zaman bu bölgələrdə çox inkişaf etmiş Qum əkinçiliyinin inşallah yenidən rövnəqlənməsi nəzərdə tutulub.
3. Əl işləri
Qumun əl işlərinin, xüsusən də məşhur xalçasının rövnəqlənməsinə kömək göstərilməlidir. Biz inşallah bu səfərdə məsul şəxslərə lazımi tövsiyələri edəcəyik.
4. Memarlıq və şəhərsalma
Mənim təkid etdiyim digər məsələ Qumun memarlıq və şəhərsalma işləridir. Bu gün Qumda böyük işlər görülür, tikinti işləri aparılır. Bu işlərdə İslam memarlığı mütləq nəzərə alınmalıdır. Bu şəhərin memarlıq işlərində inqilab simvolları müşahidə olunmalıdır; çünki bura İslam və inqilab şəhəridir.
Xalqın narazılığına səbəb olan və onlar üçün problem yaradan amillərin aradan qaldırılmasına çalışmaq
Son söz budur ki, bu şəhərdə möhtərəm məmurların hansısa məsələdə fikir ayrılığı varsa, bunun xalqın məişət vəziyyətinə təsir göstərməsinə və onlara problem yaratmasına qoymasınlar. Müxtəlif qurumların bir-biri ilə fikir ayrılığı var. Bu fikir ayrılıqlarının xalqın məişət vəziyyətinə təsir göstərməsi mümkündür. Mən burada bunları qeyd etmişəm, daha demirəm. Lakin ümumi tövsiyəm budur ki, hamı əl-ələ versin, dövlət məmurları həmkarlıq və əməkdaşlıqla xalqa xidmət göstərsinlər, xalq da onları dəstəkləsin və xoşbəxtlikdən həmişə göstərdikləri bu möhtəşəm fəallıqla bu dövrdə bu ölkədə görülmüş işi sona çatdıra və onun faydalarını İslam dünyasına göstərə bilsinlər.
İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bu əziz xalqa və bütün İran xalqına öz bərəkətlərini nazil et! İlahi! Bizi bu əzəmətli hərəkəti buraya çatdıran şəxslərin əmək və zəhmətlərinin qədrini bilən et! İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bizi İslamın həqiqi əsgərləri et! Ölkənin əziz məmurlarına və xidmətçilərinə uğur və yardım bəxş et! Öz uğur və yardımınla xalqa köməyi və xidməti onlara asanlaşdır! Dövrün İmamının müqəddəs qəlbini bizdən razı et! Bizi o həzrətin hüzuru və qeybi dövründə köməkçilərindən et!
Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!
İslam İnqilabının Böyük Rəhbərinin Qum əhalisinin böyük qarşılama mərasimindəki tələbləri 1. Düşmənin hücum etdiyi əsas məsələlərə diqqət; "Ruhanisiz İslamın təbliği" və "Dinin siyasətdən ayrılığı".
Buna diqqət yetirin. Düşmənlər dinə dair iki əsas məsələni izləyirlər; çünki bu iki amilin xalqın həyatına nə qədər təsirli olduğunu görmüşlər: biri ruhanisiz İslam məsələsi, biri də siyasətsiz İslam və dinin siyasətdən ayrılığıdır.
Buna diqqət yetirməliyik. Düşmənin təkidlə dayandığı, düşmənin yol xəritəsinin və ümumi proqramının mərkəzləşdiyi nöqtələr bizim üçün də ümumi bir proqram və yol xəritəsi verə bilər. Biz diqqət yetirməli, onların hədəf seçdiyi amilləri qorumalı olduğumuzu dərk edib, həmin amillər üzərində dayanmalıyıq: xalqın fəallığı, din və İslam təlimləri.
3. Milli sözbirliyi
Bu söz həm nüfuzlu şəxsiyyətlərə, həm də bütün xalqa aiddir: Vəhdət məsələsinə ciddi yanaşmaq lazımdır.
4. Xalqın və nüfuzlu şəxsiyyətlərin icra, qanunverici və məhkəmə hakimiyyətləri ilə həmrəyliyi
Ölkənin bu üç hakimiyyəti ilə birlik günbəgün möhkəmlənməlidir; gərək kömək olunsun. Xüsusən icra hakimiyyətinin işləri çox ağırdır.
5. Ruhanilər və elmi hövzələr vasitəsilə dini inancı gücləndirmək, gənc nəslin suallarına və şübhələrinə cavab vermək
Üçüncü məsələ dini inancı gücləndirmək, gənc nəslin suallarına cavab vermək və onların düşüncə ehtiyaclarını təmin etməkdir. Bu əsasən ruhanilərə və elmi hövzələrə aiddir. Daim şübhə yayırlar. Şübhələrə intensiv və gündəm şəkildə cavab verilməlidir.
6. Ruhaniliyi düzgün tanıtdırmaq
Dördüncü məsələ ruhaniliyi düzgün və layiqli tanıtdırmaqdır. Bu yalnız ruhanilərin özlərinin vəzifəsi deyil. Ziyalılar və məlumatlı insanlar ölkədə ruhaniliyin rolunu, ruhaniliyin, xüsusən də böyük təqlid müctəhidlərinin və elmi hövzə böyüklərinin həssas dönəmlərdə cəmiyyəti hansı problemlərdən və çətin keçidlərdən keçirdiyini deyə bilərlər.
7. Agahlığı artırmaq və düşməni tanımaq üçün gənclərin səyi
Başqa bir məsələ gənclərin agahlığı artırmağa səy göstərməsidir. Gənclərin özləri buna çalışa bilərlər. Düşməni və onun üsullarını öyrənmək lazımdır. Bu, gənclərin özlərinin üzərinə düşür.
Dostları ilə paylaş: |