Morfologiya haqqinda məlumat



Yüklə 260,5 Kb.
səhifə12/15
tarix01.01.2022
ölçüsü260,5 Kb.
#103352
1   ...   7   8   9   10   11   12   13   14   15
Sual əvəzlikləri. Sual əvəzlikləri cümlə daxilində müəyyən bir şəxsi, predmet, əlamət və ya kəmiyyəti sual tərzində yenə də ümumi halda bildirir. Şübhəsiz, sual əvəzlikləri də şəxs əvəzlikləri kimi eyni cümlə daxilində heç bir nitq hissəsini tama­milə əvəz edə bilmir. Bunların işləndiyi cümlədən sonra ikinci bir cümlə, cavab cüm­ləsi olmalıdır ki, orada sual əvəzliyinin yerini tuta bilən bir söz olsun. Bunlardan kim və nə sual əvəzlikləri tamamilə şəxs əvəzlikləri kimi cümlənin mübtədası, tamamlığı və xəbəri olur.

Azərbaycan dilində işlənən əsas sual əvəzlikləri aşağıdakılardır: kim, nə, hara, hansı, haçan, necə, neçə. Bunlardan kim, nə, hara, hansı, neçə sözləri hal və cəm şə­kilçiləri qəbul edərək müxtəlif hallarda sual əvəzlikləri ola bilir və bunların hallanma­sı isimlərin hallanmasından fərqlənmir: kimlər, nələr, haralar, kimə, nəyə, haraya

Bunlardan başqa, nə sözü vasitəsilə nə vaxt, nə zaman, nə cür, nəyə görə, nədən ötrü, nə təhər, nə səbəbə, nə üçün, nə qədər və s. kimi mürəkkəb sual əvəzlikləri də əmələ gəlir. Məs.: Nə üçün gec gəldin?


Yüklə 260,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin