Morfologiya haqqinda məlumat



Yüklə 260,5 Kb.
səhifə13/15
tarix01.01.2022
ölçüsü260,5 Kb.
#103352
1   ...   7   8   9   10   11   12   13   14   15
Qeyri-müəyyən əvəzlik. Bu əvəzliklər cümlə daxilində konkret olmayan şəxsin və ya başqa əşyaların adlarını bildirən sözlərin əvəzində işlənir. Qeyri-müəy­yən əvəzliklərin müəyyən bir qismi kim sözünün şəkilçi, qoşma və başqa sözlərlə işlənməsi ilə əmələ gəlir: kimi, kimisi, kimsə, kim isə, hər kim və s.

Göstərilən qeyri-müəyyən əvəzliklərin hamısı hallana bilər. Məs.: Kimini qan­dırır, kimini yandırır.

Qeyri-müəyyən əvəzliklərin bəziləri nə sözünün isə (-sə) ədat ilə və ya hər sözü ilə birgə işlənməsindən əmələ gəlir: nə isə, hər nə. Nə sözü isə (-sə) ədatı ilə işlənər­kən ədatdan əvvəl hal şəkilçisi də qəbul edib, qeyri-müəyyən əvəzlik ola bilir: nəyinsə

Bu əvəzliklər cəm şəkilçisi ilə də işlənir: nələr isə, nələrdənsə, nələrinsə

Biri, birisi, hər biri sözlərindən ibarət qeyri-müəyyən əvəzliklər vardır ki, bun­lardan yalnız hər bir sözü hallanmır; qalanları hallanmır, lakin cəmlənmir.

Kəs sözü vasitəsilə hər kəs, bir kəs, hər bir kəs, filankəs kimi sözlər əmələ gəlir və ismin bütün hallarında qeyri-müəyyən əvəzlik kimi işlənir. Bunlardan yalnız filan­kəs sözü cəm şəkilçisi ilə işlənə bilir: O, hər kəsin evinə gedib-gələr, hər kəsin sirrini bilər. Buna dəymə, filankəsin oğludur.

Hər sözünü kim sözü ilə birgə işlətdikdə hər kim qeyri-müəyyən əvəzliyi əmələ gəlir, hallanır, lakin cəmlənmir: Hər kimə dost dedim, düşməni-can oldu mənə.

Dilimizdə hamı, hamısı, bəzi, bəzisi, neçəsi, neçələri və s. kimi qeyri-müəyyən əvəzliklər vardır ki, bunlar ismin bütün hallarında işlənir: Hamı onu təbrik edirdi.

Qeyri-müəyyən əvəzliklərdən hərə əvəzliyi cəmlənmir, hallanır və mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra da ismin bütün hallarında işlənə bilir: hərəmizə, hərəsi­ni, hərəmizdən


Yüklə 260,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin