Şəxs əvəzliyi. Şəxs əvəzlikləri dildə şəxs məfhumlarını heç bir konkretlik bildirmədən, heç bir şəxsin konkret adı çəkilmədən ümumi şəkildə ifadə etmək üçün işlədilən əvəzliklərdir. Şəxs əvəzlikləri, öz məzmunundan və formasından asılı olaraq, qayıdış və yiyəlik məzmunları da ifadə etdiyi üçün onları şərti olaraq üç yerə ayırmaq olar: müəyyən şəxs əvəzliyi, yiyəlik şəxs əvəzliyi və qayıdış şəxs əvəzliyi.
Müəyyən şəxs əvəzlikləri hər üç şəxsin (I, II, III) tək və cəmini ümumi şəkildə bildirən mən, biz; sən, siz; o, onlar əvəzliklərindən ibarət müstəqil sözlərdir.
Birinci və ikinci şəxs əvəzliklərinin cəmi isimlərin cəmindən fərqləndiyi kimi, üçüncü çəxsin cəmindən də fərqlənir; yəni bunların təki ayrı-ayrı söz, cəmi də başqa bir sözlə ifadə olunur. Biz və siz sözləri iki nəfəri bildirdiyi kimi, milyonlarca şəxsləri də bildirir: bizlər, sizlər
Biz və siz sözləri cəm şəkilçisi ilə birlikdə ismin bütün hallarında işlənir. Məs.: Sizlərdən hər şey gözləmək olar.
Dostları ilə paylaş: |