Yiyəlik şəxs əvəzliyi. Şəxs əvəzliklərinin bu növü yiyəlik hal şəkilçilərini qəbul etmiş müəyyən şəxs əvəzliklərinə malikiyyət bildirən –kı4 şəkilçisini artırmaqla yaranır: səninki, bizimki, onunku
Yiyəlik şəxs əvəzlikləri bütün hal şəkilçilərini qəbul edə bildiyi üçün qətiyyən təyin vəzifəsində işlənilməz və özlərindən sonra konkret əşya tələb edə bilməz. Bu əvəzliklər hallanır, cəmlənir və təyindən başqa cümlənin bütün üzvləri kimi işlənir.
Qayıdış şəxs əvəzliyi. Azərbaycan dilində qayıdış şəxs əvəzliyi öz təyin əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçiləri artırmaqla əmələ gəlir. Belə ki, öz sözünə müvafiq olaraq –üm, -ümüz, -ün, -ünüz, -ü, -ləri şəkilçilərini artırmaqla I, II, III şəxsin tək və cəmini bildirən qayıdış şəxs əvəzlikləri düzəlir. Daşıdıqları vəzifə və ifadə etdikləri məzmuna görə, özüm, özümüz, özün, özünüz, özü, özləri sözlərindən dilimizdə çox geniş şəkildə istifadə edilir. Əvvələn, bu əvəzliklər müstəqil söz kimi subyekti bildirir. Məs.: Cavanşir məğlub olarsa, özüm qılınca sarılacağam.
Diğər tərəfdən, bu əvəzliklər yalnız adlıq halda işlənərkən subyekti bildirib mübtəda olur; yönlük, yerlik və çıxışlıq hallarında işləndiyi zaman tamamlıq və xəbər şəkilçisi qəbul etdikdə xəbər vəzifəsi daşıyır. Məs.: Bütün günahlar özündədir.
Qayıdış şəxs əvəzliyi isimlər kimi hallanır və obyekti əvəz edir. Bu əvəzliklər subyektlə birlikdə işlənərək cümlənin mürəkkəb üzvü olur. Məs.: Bunu sən özün demişdin.
Dostları ilə paylaş: |