Yönlük hal. Bu hal bir tərəfdən iş, hərəkət və əşyanın istiqamətini, digər tərəfdən iş, hərəkət və əşyanın çatacağı son nöqtəni bildirir. Yönlük hal, əsasən, fellərin tələbinə görə işlənirsə də, bəzən həmin halda işlənən sözlər ismi cümlələrdə də iştirak edə bilir. Yönlük halda işlənən sözlər cümlənin tamamlığı olur. Kamil Nazimin hərəkətlərinə gülürdü. Təsirsiz və mütəhərrik hərəkət bildirən fellərin tələbinə görə yönlük halda işlənən sözlər cümlənin müxtəlif zərfliyi rolunu oynayır. Məsələn, Əşrəf Moskvaya gedir.
Yönlük halın şəkli əlaməti –a, -ə şəkilçisidir. Həmin şəkilçinin əvvəlinə söz saitlə bitdikdə y bitişdirici samiti, III şəxs mənsubiyyət şəkilçili isim hallanırsa, n samiti (atasına, babasına) əlavə olunur.
Dostları ilə paylaş: |