Morfologiya


İNTONASİYA. İNTONASİYANIN ƏSAS ELEMENTLƏRİ



Yüklə 0,49 Mb.
səhifə11/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   7   8   9   10   11   12   13   14   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

7. İNTONASİYA. İNTONASİYANIN ƏSAS ELEMENTLƏRİ.

İntonasiya nədir?

Nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (müəyyən vaxt ərzində sürətlə və ya yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarət mürəkkəb dil hadisəsi intonasiya adlanır. İntonasiya modallıq bildirir, cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabelilik və tabesizlik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Bunlardan əlavə, məntiqi vurğunun, ara sözlərinin müəyyənləşdirilməsinə imkan yaradır. İntonasiya əsasən sintaktik mənaların ifadəsinə xidmət göstərir. Cümlənin hissələri arasında müxtəlif sintaktik münasibətləri əks etdirir və bununla əlaqədar sadalama, qarşılaşdırma, aydınlaşdırma və s. bildirən intonasiyalar fərqləndirilir.

İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan, modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyalı fərqləndirilir.

Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin