Morfologiya


ÇOXMƏNALILIQ. OMONİM, SİNONİM, ANTONİM



Yüklə 0,49 Mb.
səhifə14/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

10. ÇOXMƏNALILIQ. OMONİM, SİNONİM, ANTONİM

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.


Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: "ayaq", "ağız", "boğaz", "almaq", "çəkmək" və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
Ayaq - uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız - quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz - uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Almaq - kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək - ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı - acı dərman, acı xatirə, acı söz və s.
Ağır ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: "adamın gözü"birləşməsındəki "göz" sözü həqiqimənada, "bulağın  gözü" bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi - darağın dişi - hər ikisi isimdir; şirin meyvə - şirin söhbət - hər ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.

Deyilişı  və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.


Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin