Morfologiya


DİLİN LÜĞƏT TƏRKİBİNDƏ TARİXİ DƏYİŞİKLİKLƏR. ARXAİZMLƏR VƏ NEOLOGİZMLƏR



Yüklə 0,49 Mb.
səhifə17/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   13   14   15   16   17   18   19   20   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

11. DİLİN LÜĞƏT TƏRKİBİNDƏ TARİXİ DƏYİŞİKLİKLƏR. ARXAİZMLƏR VƏ NEOLOGİZMLƏR.

Dil ictimai hadisədir. Tarixi hadisələr, cəmiyyətdəki dəyişikliklər dildə əks olunur, yeni sözlər meydana gəlir, digərləri isə köhnəlir. Dilin lüğət tərkibindəki sözlərdən bir qrupu uzun ömürlü olur, əsrlər boyu yaşayır, başqa bir qrupu isə tədricən istifadədən qalır, unudulur, ya da yeni məna kəsb edir. Bu baxımdan dilin lüğət tərkibini şərti olaraq iki qrupa bölmək olar: fəal (aktiv) və qeyri-fəal (passiv) leksika.

Dilin fəal lüğət fonduna mənası hamı tərəfindən başa düşülən ümumişlək sözlər daxildir.

Dilin lüğət fondunun qeyri-fəal hissəsi öz növbəsində 2 qrupa bölünür: köhnəlmiş sözlər və neologizmlər.

Tarixi inkişaf prosesində əşya və ya hadisələrin bəzilərinin “ömürlərini başa vurması ilə əlaqədar onların adları da qeyri-fəal leksikaya çevrilir. Belə sözlər tarixizmlər adlanır. Məsələn, darğa, çuxa, abbası, batman, koxa və s.

Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz olunur. Bu cür köhnəlmiş sözlərə arxaizmlər deyilir. Məsələn, arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), ayaq (qədəh) və s.

Arxaizmlər bədii ədəbiyyatda təsvir olunan hadisələrin canlı və dolğun yaradılması, obrazların dilinin onların həyat tərzi, yaşadıqları dövrlə səsləşməsi məqsədilə işlənir.

Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır. Dildə yeni yaranan neologizmlər bir müddətdən sonra ümumişlək sözlər sırasına keçə bilər, hətta köhnələrək dildən də çıxa bilər. Məsələn, komsomol, pioner, kolxoz sədri və s. sözlər belə sözlərə daxildir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin