Morfologiya


ƏMƏLİ YAZI: ANNOTASİYA, VƏKALƏTNAMƏ, MƏLUMAT



Yüklə 0,49 Mb.
səhifə24/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   20   21   22   23   24   25   26   27   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

18. ƏMƏLİ YAZI: ANNOTASİYA, VƏKALƏTNAMƏ, MƏLUMAT.

Latınca “annotamik”sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanın vasitəsi ilə şagirdhər hansı bir kitabın məzmunu ilə daha yaxından tanış ola bilir.

Annotasiyanın planında aşağıdakılar öz əksini tapmalıdır:


  1. kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi;

  2. kitabın müəllifinin adı və soyadı;

  3. kitabda nələrdən bəhs olunması, ideya məzmunu ;

  4. kitabın nə məqsədlə, kimin üçün yazılması.

Annotasiyanı, əsasən, əsərin müəllifi yazır və məqsədini bir cümlə ilə şərh edir.

Vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. Idarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.

Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən şəxsə də aid edilə bilər. Fərq bundadır ki, təşkilatların bir – birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib edilir.


  1. vəkalətnamə kimə verilir, onun adı, atasının adı, soyadı və vəzifəsi

  2. vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı yeri tam şəkildə göstərilməli)

  3. alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu

  4. vəkalətnamənin müddəti (həm rəqəm, həm də hərflə)

  5. vəkalətnaməyə məsul olan şəxsin imzası

  6. vəkalətnamənin verildiyi tarix

  7. vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin