Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə13/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

Bildirişlər


1. Peyğəmbərin (s) də’vəti ümumidir və bütün xalqı əhatə edir. (“Ya əyyuhənnas”)

2. İbadətin fəlsəfəsi ne’mət sahibinə şükür etməkdir. (“Ə’budu rəbbəkumulləzi xələqəkum”)

3. İlk ne’mət yaranış, ilk göstəriş xaliq qarşısında əyilməkdir. (“U’budu Rəbbəkumulləzi xələqəkum”)

4. Məbada ata-babalarımızın bütpərəstliyi və azğınlığı bizi Allaha ibadətdən uzaqlaşdıra. (“Vəlləzinə min qəblikum”)

5. İbadət təqva amilidir. Təqva yaratmayan ibadət ibadət deyil. (“U’budu... ləəlləkum təttəqun”)

6. Öz ibadətinizlə qürrələnməyin. Hər ibadət təqva yaratmır. (“Ləəlləkum təttəqun”)


22. ﴿الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ

O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın.


Nöqtələr


◘Bu ayədə Allah müxtəlif ne’mətlərə işarə etmişdir. Bu ne’mətlərin hər biri müxtəlif ne’mətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər ne’mətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Qur’anda yer haqqında bir neçə tə’bir işlədilmişdir. Yer beşik (“məhd”), ram (“zəlul”) kimi yad edilmişdir.1

◘“Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq “ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.


Bildirişlər


1. İlahi ne’mətlərin xatırladılması ibadətə də’vətin ən üstün yollarındandır. (“U’budu Rəbbəkum... əlləzi cəələ ləkum”)

2. Allahşünaslığın ən üstün yollarından biri imkan çatan ne’mətlərdən istifadə etməkdir. (“Cəələ ləkumul-ərzə firaşən vəs-səmaə binaən”)

3. Yaranış nizamında kamil bir uyğunluq müşahidə olunur. Necə ki, yer, səma, yağış, bitki örtüyü, meyvələr və insan arasında uyğunluqlar var. (“Nəzm dəlili”) (“Cəələ, ənzələ, əxrəcə”)

4. Bütün yaranmışlar hansısa məqsədlə xəlq olunmuşlar. (“Rizqən ləkum”) Yağış meyvələrin inkişafı və səmərəsi üçün (“fəəxrəcə bihi”), meyvələr insana ruzi üçündür. (“Rizqən ləkum”)

5. Torpaq və yağış bir vasitədir. Otların və meyvələrin cücərməsi Allahın əlindədir. (“Fəəxrəcə”)

6. Yaranış aləmindəki nəzm və uyğunluq tövhid nişanəsidir. Siz də təkallahçı olun: (“Fəla təc’əlu lillahi əndadən”)

7. Bütün xalqın fitrət və vicdanında allahpərəstliyin kökü vardır. (“Və əntum tə’ləmun”)

8. Yerin, səmanın, yağışın, meyvələrin, insanın ruzisinin yaranışı Allahın xaliqliyindən (Rübubiyyət) bir görünüşdür. (“U’budu Rəbbəkum. əlləzi cəələ ləkum...)

9. Bütün insanların yer üzündə bəhrələnmək və istifadə haqları var. (Ayədə “ləkum” təkrarlanmışdır)

10. İbadətin vacib olma dəlili yeri, səmanı, yağışı, otları sizin üçün ruzi yaratmış Allahın lütfüdür. (“U’budu Rəbbəkum.. əlləzi cəələ ləkum...”)

11. Allah təbiət vasitələrinə hakimdir. (“Cəələ, ənzələ, əxrəcə”)

12. Allahın şəriki olduğunu güman etmək cəhalətdəndir. (“La təc’əlu lillahi əndadən və əntum tə’ləmun”)


23. ﴿وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ

Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın.”


Nöqtələr


◘Bu ayə Qur’anın mö’cüzə olduğunu göstərir. Peyğəmbərlərin də’vəti Allaha doğru hidayətdir. Onlar bu işi dəlillərlə, moizələrlə, yaxşı tərzdə mübahisələrlə yerinə yetirirlər. Onların iddiası yalnız budur ki, Allah tərəfindən xalqın hidayəti üçün gəlmişlər. Bu məqsədlə mö’cüzə də gətirirlər. Demək, mö’cüzə peyğəmbərlərin də’vətinin yox, iddialarının isbatı üçündür. (Bilməliyik ki, mö’cüzə varlıq aləmindəki qanunlardan kənar bir iş deyil. Onun da səbəbi var. Sadəcə, bu səbəb ya Allahın iradəsidir, ya da xalq üçün məxfi qalmış bir səbəbdir.)

◘Allah Qur’anda İslam müxaliflərini dəfələrlə mübarizəyə də’vət etmişdir. Onlara xitabən buyurulur ki, əgər bu kitabın Allah tərəfindən gəldiyini qəbul etmirlərsə, bütün bu müharibələr və mübarizələr əvəzinə Qur’an kimi bir kitab hazırlayıb, İslamın səsini boğsunlar!

Allah öz peyğəmbəri və kitabının haqq olduğunu isbat etmək üçün bir tərəfdən müxalifləri təhrik edir, digər bir tərəfdən sakitləşdirir. Bir yerdə buyurulur: “Qur’an kimi bir kitab gətirin.”1 Digər bir yerdə isə belə buyurulur: “Qur’an surələri kimi on surə gətirin.”2 Başqa bir yerdə isə belə buyurulur: “Bu işdə (Qur’anın mislini gətirməkdə) bütün qüdrətlərdən, yaxınlardan, həmfikirlərdən kömək istəyə bilərsiniz.”3

◘Qur’anın bölünməsi və hər bir surənin adlandırılması peyğəmbər dövründə Allah tərəfindən müəyyənləşdirilmişdir. (“Fə’tu bisurətin”)



Qur’an peyğəmbərlərin haqqında danışarkən onların adından ya qabaq, ya da sonra “əbd”, “qul” sözünü işlədir. (“Əbdina Əyyub”, İbrahim.. kullun min əbdina”) Yalnız İslam peyğəmbəri haqqında danışılarkən onun adını çəkmədən “əbd” sözü işlədilmişdir. Bununla da həzrət Məhəmmədin (s) "mütləq əbd" olduğu nəzərə çatdırılır.

Bildirişlər


1. İnsanların düşüncəsindən və qəlbindən şəkki çıxarmaq lazımdır. Xüsusilə e’tiqadi məsələlərdə şəkkin qarşısı alınmalıdır. (“İn kuntum fi rəybin”)

2. Vəhyin qəbul şərti Allaha bəndəlikdir. (“Nəzzəlna əla əbdina”)

3. Qur’an dəlil və sübut kitabıdır. Bu kitab heç bir şəkk-şübhəyə yer qoymur. (“Fə’tu bisurətin”)

4. Peyğəmbərlərin mö’cüzəsi olmalıdır. İslam peyğəmbərinin mö’cüzəsi Qur’andır. (“Fə’tu bisurətin min mislihi”)

5.Əbədi dinin əbədi mö’cüzəsi olmalıdır ki, bütün insanlar tarixin istənilən bir dönəmində və istənilən bir məkanda şəkkə düşdükdə çıxış yolu tapsınlar. (“Fə’tu bisurətin min mislihi”)

6. Qur’anın haqq olmasına o qədər əminik ki, müxaliflər hətta Qur’anın bir surəsi mislində surə gətirsələr də, onu bütün Qur’anın yerinə qəbul edərik. (“Bisurətin”)

7. Ən üstün qazi və hakim vicdandır. Allah müxaliflərin vicdanını onlara hakim qərar vermişdir. (“Vəd’u şuhədaəkum”)
24. ﴿فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ

Əgər belə bir işi bacarmazsınızsa və heç vaxt da bacarmazsınız, onda kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan çəkinin.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin