Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə19/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

Bildirişlər


1. Bə’zən bir hərəkətin müsbət və mənfi tə’sir dairəsi bütün əsrləri və nəsilləri əhatə edir.

2. Bir büdrəmə və xəta ilə kimsəni rədd etmək olmaz. Çünki insan düzəlmək və hidayət olmaq xüsusiyyətinə malikdir.

3. Bəşərin hidayəti, doğru yola yönəldilməsi üçün peyğəmbərlərin gəlişi qətidir.

4. Gerçək hidayət yalnız Allah tərəfindəndir.

5. Gerçək əmniyyət və aramlıq dinə və ilahi göstərişlərə tabeçilik sayəsində hasil olur.
40. ﴿يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ

Ey İsrail övladları! Sizə ruzi etdiyim ne’mətləri yadınıza salın və əhdimə vəfa edin ki, Mən (də) sizin əhdinizə vəfa edim. Yalnız Məndən qorxun!”


Nöqtələr


◘“İsrail” həzrət Yaqubun digər bir adıdır. Bu söz “bəndə” və “Tanrı” sözlərindən yaranmışdır. Belə ki, “İsrail” sözünün lüğət mə’nası “Allah bəndəsi” olur.

◘Bəni-İsrailin tarixi, onların fir’onçular tərəfindən əsarəti, bu qövmün həzrət Musa tərəfindən xilası, onların bəhanəçiliyi və dindən dönməsi bir tabe və xüsusi bir tarix vücuda gətirmişdir. Bu tarix müsəlmanlar üçün də ibrətverici və nəsihətamizdir. Əgər müsəlmanlar diqqətli olmasalar, rəvayətlərin bildirdiyinə görə, eyni taleyə düçar olacaqlar.

◘Səmavi kitabların hökmlərinə şamil olan ilahi əhdlər və Allahın hamıdan aldığı fitri əhdlər gerçəkləşəsidir. Qur’anda imamət məsələsi əhd adlanmışdır: “Mənim əhdim (imamət məqamı) zalım fərdlərə çatmaz.”1 Demək, əhd səmavi imam və rəhbərə vəfa, ona itaətdir. Yeri gəlmişkən, rəvayətlərdə oxuyuruq: “Namaz ilahi əhddir.”2

Bildirişlər


1. İlahi ne’mətlərin xatırlanması Allaha məhəbbət və itaət səbəbidir.

Allaha doğru də’vət edərkən Onun lütflərini xatırlayın ki, qəbul üçün zəmin yaransın.

2. Ne’mətləri yada salıb zikr etmək vacibdir.

3. Ata-babalara verilmiş ne’mətlər insanın özünə verilmiş ne’mətlər yerindədir. Ne’mətlər yəhudilərin babalarına peyğəmbər dövründə verilmiş olsa da, Allah onların nəslindən olanlara bunu unutmamağı tapşırır.

4. İlahi əhdlərə vəfa vacibdir.

5. Allahın lütfündən bəhrələnməyin şərti ilahi vəzifələr yolunda qədəm götürməkdir. Bəli, biz müt’i olduqda Allah da dualarımızı qəbul edəcək.

6. İlahi vəzifələrimizi yerinə yetirərkən heç bir gücdən qorxmayaq və başqalarının münasibətini əsas götürməyək.

Düşmənin mənfi təbliğatı, danlaqları, hədələri, qurğuları mühüm deyil. Allahın qəhri və qəzəbi hər şeydən mühümdür.


41. ﴿وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً وَإِيَّايَ فَاتَّقُونِ

(Qur’anda) nazil etdiyimə iman gətirin ki, sizinlə olanı (Tövratı) təsdiq edir. Ona ilkin kafir olmayın. Mənim ayələrimi heç nəyə satmayın və təkcə Məndən qorxun.”


Nöqtələr


◘Ayə yəhudi alimlərinə xitab edərkən buyurur: “Qur’an sizin Tövratda olan müjdələrlə uyğundur. (Söhbət bütün hökmlərdəki uyğunluqdan yox, ümumi və icmali bir həmahənglikdən gedir.) Bir zaman İslamın zühurunu təbliğ edib, yolunu gözləyirdiniz. İndi küfrdə qabağa düşməyin ki, sizə baxaraq başqa yəhudilər də İslamdan boyun qaçırsınlar. İlahi ayələri ucuz dünya rəyasətinə satmayın və Allahdan qorxun.

Bildirişlər


1. Xalqın düzgün e’tiqadlarını qəbul edək ki, onlar da bizim sözlərimizi qəbul etsinlər.

2. Tövrat və İncilin bə’zi hissələrindəki təhriflər onların digər hissələrinin qəbuluna mane olmasın.

3. Alimlərin azğınlığı başqalarının da azğınlığına səbəb olur.

4. Alimlərin susmasının və haqqı gizlətməsinin rəmzi onların maddiyyata bağlılıqlarıdır.

5. Dünya ne’mətlərinin azlığını nəzərə alsaq, bütün dünya ne’mətlərinə çatmaq bir an azğınlığa dəyməz.

6. Var-dövlət və məqamı itirməkdən nigaran olmaq əvəzinə, Allahın qəhr və qəzəbindən qorxmaq lazımdır.


42. ﴿وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

Haqqı batillə pərdələməyin və həqiqəti bildiyiniz halda onu gizlətməyin.”


Nöqtələr


◘“Lubs” sözü “örtmək” və “ləbs” sözü “şəkk-şübhə” deməkdir.

◘İnsanın başqa varlıqlardan üstünlüyü onun xəbərdarlığı, mə’rifəti və agahlığıdır. Şəkk-şübhə, vəsvəsə yaratmaqla haqqı xalqdan gizlədənlər, əslində onların yeganə imtiyazını əlindən alırlar. Bu ən böyük zülmdür.

◘Həzrət Əli (ə) buyurur: “Əgər batil xalis şəkildə (olduğu kimi) bəyan olunsa, nigarançılıq yoxdur. (Bu halda xalq həqiqəti bilər və batili tərk edər.) Həqiqət də xalis şəkildə bəyan olunsa, müxalifin dili bağlanar. Amma təhlükə oradadır ki, haqq və batil bir-birinə qarışdırılıb və birindən bir hissəsi elə göstərilir ki, şeytanın öz havadarlarına, hakimiyyətinə zəmin yaransın.”1


Bildirişlər


1. Nə haqqı batilə qatışdırıb onu dəyişək, nə də batili haqq libasında göstərək!

2. İnsanın haqqı pərdələməsinin ən üstün şahidi vicdan və fitrətdir.


43. ﴿وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ

Namazı bərpa edin, zəkat ödəyin və rüku edənlərlə birlikdə rüku edin.”


Bildirişlər


1. İmana də’vətdən sonra saleh əmələ də’vət gəlir.

2. Yəhudilərin ayinlərində də namaz və zəkat olmuşdur.

3. Namaz, Allahın xalqına yardım və zəkat yolu ilə Allahla rabitə müqəddəs üçbucaqdır.

4. Əsl namaz göstərişi cəmiyyətlə olan namazdır. Dinin əsasını cəmiyyətdə iştirak və guşənişinlikdən uzaqlıq təşkil edir.


44. ﴿أَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ الْكِتَابَ أَفَلاَ تَعْقِلُونَ

Xalqı yaxşılığa də’vət edib, özünüzü unudursunuzmu? Halbuki siz (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz?”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin