Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə79/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

Nöqtələr


◘“Əl-Mizan” təfsirində müxtəlif qövm və millətlərin əqidələri, ərini əldən vermiş qadınlar haqqında mə’lumat verilmişdir. Təfsirdə oxuyuruq: Bə’zi qövmlər belə bir əqidədə olmuşlar ki, ər öldükdən sonra qadını diri-diri yandırsınlar. Bə’zilərinin əqidəsinə görə isə qadın əri ilə birlikdə torpaqda diri dəfn olunmalı idi. Bə’zi qövmlər yenidən izdivacı həmişəlik qadağan sayırdılar. Bə’ziləri isə növbəti izdivaca qədər bir il və ya doqquz ay gözləməyi zəruri bilirdilər.

Bə’ziləri belə bir əqidədə idilər ki, qadın ərin vəsiyyətnaməsində göstərilmiş müddətə qədər ərə gedə bilməz. Bir başqaları ər ölən kimi yenidən izdivacı caiz sayırdılar. Bu əqidələrdəki ifrat və təfrit açıq-aşkar diqqəti cəlb edir. İslam isə öz baxışını belə bəyan etdi: Qadın iddə müddətini gözlədikdən sonra ləyaqət və yaxşılıq çərçivəsində istədiyi kişiyə ərə gedə bilər.

◘Ərin ölümündən sonrakı dörd ay on günlük iddə müddətində qadının hamilə olub-olmadığı bilinir. Bundan əlavə, əri ölən kimi izdivac edən qadın qohum-əqrəbanın narahatlığına səbəb olur.

Əlbəttə ki, yuxarıda deyilənlər hamilə olmayan qadınlar üçündür. Hamilə qadınlar isə bətnindəki körpəni doğanadək iddə gözləməlidirlər.

◘Qur’an izdivacla bağlı bir çox məqamlarda “mə’ruf” sözünü işlədir. Bu sözdən görünür ki, bütün qərarlar ağıl və şəriət əsasında çıxarılmalıdır.

Bildirişlər


1. Ölüm yox olmaq deyil. Ölüm ruhun kamil şəkildə cisimdən ayrılmasıdır. “Təvəffi” sözü tam almaq mə’nasını bildirir.

2. Qadın əri öldükdən dərhal sonra yeni ailə qura bilməz.

3. Ərin adamları dul qadının qərarlarına müdaxilə edə bilməz.

4. Bütün işlərimizin və qərarlarımızın Allahın nəzərində olmasına iman təqvanın ən möhkəm dayağıdır.


235. ﴿وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاء أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ عَلِمَ اللّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـكِن لاَّ تُوَاعِدُوهُنَّ سِرًّا إِلاَّ أَن تَقُولُواْ قَوْلاً مَّعْرُوفًا وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ

(Əri ölmüş qadınlara) kinayə və bir işarə ilə elçiliyi bildirmək və ya onu ürəkdə saxlamağın günahı yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Onlarla bəyənilmiş şəkildə danışın, amma gizlində və’dələşməyin. Müəyyən olmuş müddət başa çatmayınca, onlarla izdivac etməyin. Bilin ki, Allah qəlbinizdə olanları bilir. Ondan çəkinin və bilin ki, Allah bağışlayan və həlimdir.”

Nöqtələr


◘“Ərrəztum” üstüörtülü danışıq, “xitbət” isə elçilik mə’nasındadır. Bu ayədə iddə zamanı izdivac etmək istəyinin izharı üçün maneə olmadığı bildirilir. Bir şərtlə ki, aşkar yox, kinayə ilə olsun. Burada “qovli-mə’ruf” (şüurlu məsləhət) odur ki, elçilik istəyinin izhar üsulu itki vermiş qadına və ictimai ədəbə uyğun olsun. Məsələn, belə demək olar: Allah ərinizə rəhmət etsin və sizə səbir versin. Siz əriniz kimi layiqli adamlarla yenə ailə qura bilərsiniz.

Bildirişlər


1. İslam fitri bir dindir və insanın izdivac meyli də fitridir. Ona görə də İslam hətta iddə müddətində kinayə yolu ilə, hisslərə toxunmamaqla bu istəyin bəyanına icazə verir.

2. Nəfs istəklərinə və həyəcanlarına diqqətli olun. İstəkləri boğmaq əvəzinə gənclərə yol göstərib xəbərdarlıq edin.

3. Təkliflərin proqramlaşdırılmasında zaman və halı nəzərə almaq əsas məsələdir. İddə dövründə hüznlü qadına elçilik ədəbsizlik, kobudluqdur.

4. Qəlbində olanlardan Allahın xəbərdarlığını bilən kəs təqva yolunu seçər.

5. Bütün hallarda, xüsusi ilə ailə məsələlərində təqva sifariş olunmuşdur.

6. Allah Öz helmi ilə sizin səbirsizliyinizi aradan qaldırır. Siz o qədər tələsirsiniz ki, ərini itirmiş hüznlü qadının elçiliyinə tələsirsiniz. Allah isə Öz helmi ilə bu işi sizin üçün qadağan etməmişdir.

7. Xəbərdarlıq etdikdən sonra geri qayıdış üçün şərait yaradın.
236. ﴿لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ

Əgər qadınlara yaxınlıq və ya talaq mehrini tə’yin etməzdən əvvəl boşansanız, sizin üçün günah yoxdur. Amma onları (münasib hədiyyələrlə) bəhrələndirin. Kimin gücü varsa, gücü həddində, yoxsul olan isə imkanı qədərində (verənin və alanın halına münasib). Bu iş yaxşı əməl sahibləri üçün layiqlidir.”


Nöqtələr


◘Bə’ziləri elə güman edirdilər ki, yaxınlıq və mehriyyə tə’yinindən qabaq talaq vermək düzgün deyil. Bu ayə düşüncələrin islahı ilə yanaşı hədiyyə məsələsini də yada salır.

Bildirişlər


1. Boşanma da xeyirxahlıq və yaxşılıq fəzasında olmalıdır.

2. Sözdə iffət də bir dəyərdir. Allah yaxınlıq məsələsini xüsusi bir tərzdə ifadə edir:

3. Mehriyyənin tə’yini və ödənməsi kişiyə vacibdir.

4. Talağın acılığını hədiyyə vasitəsi ilə aradan qaldırın. Yaxınlıq baş verməmiş olsa da, talaq qadın üçün psixoloji bir sıxıntıdır. Bu sıxıntını ehsan və layiqli hədiyyə vasitəsi ilə aradan qaldırmaq lazımdır.

5. İzdivac əqdinin müqəddəsliyi və hörməti var. Yaxınlıq baş verməsə də, əqd siğəsinin icrası ayrılıq zamanı qadına münasib hədiyyə almaq haqqı verir.

6. Qadın və kişi tərəfindən insaf və ədalətin qorunması nəzərə alınır. Qadının sarsıntısı hədiyyə vasitəsi ilə aradan qaldırıldığı kimi, kişi də hədiyyə səbəbindən sıxıntıya düşməməlidir. Hər kəs öz gücü həddində bu işi görməlidir.

7. Ailə qarşısında kişinin vəzifəsi onun gücü qədərdir.

8. Həyat yoldaşının ictimai şə’ninə hörmət lazımdır. Ayədəki “mə’ruf” sözü hədiyyə verilməsində elin adəti və ictimai məsələlərə riayət olunmasını tələb edir.

9. Ailə həyatında ifrat və təfritdən çəkinin.

10. Həyat yoldaşına hədiyyə xeyir əməl sahiblərinin nişanəsidir.

11. Mal hədiyyəsi pul hədiyyəsindən üstündür. Ayədəki “məta” sözü hədiyyənin pul yox, maldan olmasını önə çəkir.

12. Ər öz arvadına verdiyi hədiyyəni ağır yük, bac, sədəqə saymamalıdır. Bu bir növ qadının kişi boynundakı haqqıdır.

13. Əxlaq ilahi hökmlərin dayağıdır.
237. ﴿وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Mehriyyə tə’yin etdiyiniz qadınları onlarla yaxınlıq etməmiş boşasanız, tə’yin etdiyinizin yarısını onlara verin. Onlar (öz haqlarını) bağışlasalar bu ayrı. Ya da izdivac əqdi əlində olan kəs onu bağışlasın. Əgər bağışlasanız, (onların bütün mehrini ödəsəniz), bu iş təqvaya daha yaxındır. Öz aranızda yaxşılığı unutmayın ki, həqiqətən, Allah etdiyiniz işləri görəndir.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin