Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə10/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

Bildirişlər


1. Xalqı dəvət edərkən onun mənəvi hisslərindən istifadə olunmalıdır.

2. İlahi göstərişləri bəyan etməzdən qabaq xalq ilahi lütflərin yada salınması ilə hazırlanmalıdır. (Bu ayədə nemətlər zikr olunur, növbəti ayədə mühüm ilahi göstəriş bildirilir.)

3. Nübuvvət, hökumət və qüdrət ən böyük nemətlərdəndir.

4. İlahi nemətlərin xalqa xatırladılması peyğəmbərlik vəzifələrindəndir.

5. Həzrət Musadan qabaq da Bəni-İsrail arasında peyğəmbərlər olmuşdur. Həzrət Musa onların varlığını bir nemət kimi yada salır.

6. Peyğəmbərlər hakimiyyət və istiqlal üçün zəmin yaratmışlar.

7. Tarixdən ibrət götürək. Musanın qövmü xüsusi ilahi lütflərdən bəhrələndikdən və hakimiyyətə çatdıqdan sonra zillət və miskinliyə düça oldular. Kimsəyə verilməmiş nemətlər ilahi qəzəbə çevrildi.
21. ﴿يَا قَوْمِ ادْخُلُوا الأَرْضَ المُقَدَّسَةَ الَّتِي كَتَبَ اللّهُ لَكُمْ وَلاَ تَرْتَدُّوا عَلَى أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ

(Musa buyurdu:) Ey mənim qövmüm! Allahın sizin üçün müəyyənləşdirdiyi müqəddəs torpağa varid olun və ziyankarlardan olmamaq üçün geriyə dönməyin.”


Nöqtələr


◘«Müqəddəs yer» dedikdə ya bütün Suriya, İordaniya, Fələstin məntəqəsi, ya da təkcə Beytül-müqəddəs nəzərdə tutulur.

◘«Geriyə dönməmək» deyildikdə ya ilahi göstərişlərə arxa çevirməmək, ya da haqq yolda dayanmamaq nəzərdə tutulur.


Bildirişlər


1. Rəhbər və xalqın rabitəsi dərin və qəlbən olmalıdır.

2. Müqəddəs torpaqlar azğınların çəngindən xilas edilməlidir.

3. Yer üzündəki bütün məntəqələr eyni deyil. Bəzi yerlərin müqəddəsliyi var.

4. Savaşda geri çəkilməmək əmri Bəni-İsrailin üsyankar ruhiyyəsini göstərir.

5. Cəbhədən qaçmaq haramdır.

6. İlahi nemətlərdən faydalanmağın məsuliyyəti var.

7. Müqəddəs məkanlardan məhrumluq ziyankarlıq nümunələrindəndir.
22. ﴿قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىَ يَخْرُجُواْ مِنْهَا فَإِن يَخْرُجُواْ مِنْهَا فَإِنَّا دَاخِلُونَ

(Bəni-İsrail cavab olaraq) dedi: “Ey Musa! Həqiqətən, həmin yerdə zalım bir qövm var və nə qədər ki, onlar oradan çıxmayıb, heç vaxt ora daxil olmarıq. Əgər oradan çıxsalar, şübhəsiz daxil olarıq.”


Nöqtələr


◘“Cəbbar” “cəbr” sözündən olub qəhr-qəzəb və təzyiq vasitəsi ilə islah və bir şeyin aradan qaldırılmasını bildirir. Allaha münasibətdə hər iki mənadan istifadə olunur.1

◘“Qovmən cəbbarin” ifadəsi sami irqindən olan, Ərəbistanın şimalında Sina səhrasında yaşamış və Misirə hücum edib beş yüz il hakimiyyət sürmüş qövmə aiddir.2


Bildirişlər


1. Bir məmləkətdə azğınların olması layiqli insanların həmin yerdən uzaqlaşması üçün dəlil ola bilməz.

2. Səbir edib düşmənin tutduğu yerdən çıxmasını gözləmək yox, onu həmin yerdən çıxarmaq lazımdır.

3. Rahattələblik qadağandır. Addım atmaq və düşməni qovmaq üçün Allahdan yardım diləmək lazımdır. (Quran Bəni-İsraili gözləmə mövqeyi tutduğu üçün tənqid edir.

4. Mübarizə aparmadan qələbə istəmək yanlış düşüncədir.

5. İtaətsizlikdən də pisi inadkarlıqdır. (Ayədəki “lən” sözü cəsarət və inadkarlığa işarədir.)
23. ﴿قَالَ رَجُلاَنِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللّهُ عَلَيْهِمَا ادْخُلُواْ عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللّهِ فَتَوَكَّلُواْ إِن كُنتُم مُّؤْمِنِينَ

(Allahdan) qorxan və Allahın hikmət (ağıl, iman və şücaət) verdiyi iki şəxs dedi: “Şəhər darvazasından düşmənin üstünə yeriyin (və qorxmayın), elə ki, daxil oldunuz, həqiqətən, qalibsiniz. Əgər imanınız varsa, Allaha təvəkkül edin.”


Nöqtələr


◘Təfsirdə bildirilir: Həmin iki şəxs Bəni-İsrailin on iki nüfuzlu şəxslərindən idi. Həmin iki şəxsin adı Tövratda «təsniyə» kitabında çəkilmişdir: Yuşə ibn Nun və Kalib ibn Yufna.1 İmam Baqir (ə) buyurmuşdur: “Bu iki şəxs həzrət Musanın əmioğlanları idilər.”2

◘“Təfsire-Əl-mizan”da Əllamə Təbatəbainin bildirdiyinə görə, Quranda «nemət» sözü haqqında xüsusi qeyd yoxdursa, bu söz vilayət və nübuvvət nemətlərinə işarədir.”


Bildirişlər


1. Allah qorxusu ilahi lütf və nemətlərin əldə olunması üçün zəmindir.

2. Allahdan qorxan şəxs məsuliyyət hiss edir, peyğəmbərin göstərişlərinə itaəti vacib sayır və başqa qüdrətlər qarşısında təslim olmur.

3. Allah qorxusu şücaət, cürət və əməl zəminəsidir.

4. Allah qorxusu ilahi bir nemətdir.

5. Hücum gedişində döyüşçülərə ruhiyyə verilməlidir.

6. İlahi qorxu və təqva insana bəsirət, düzgün və aydın təhlil gücü verir.

7. Təvəkkül xalisanə və yalnız Allah üçün olmalıdır.

8. Əgər iman əhli meydana şücaətlə daxil olsa, azğınlar meydanı tərk edərlər.

9. Müvəffəqiyyətin əsas səbəbi maddi imkanlar yox, iman və təvəkkül, qətilik və cürətdir.

10. Təvəkkül kifayət etmir. İnsan həm də məqsədə doğru səy göstərməlidir.

11. Təvəkkül iman nişanəsi, çətin vəziyyətlərdə və qorxu olan yerdə qurtuluş yoludur.

12. Sizdən hərəkət, Allahdan bərəkət və qələbə.

13. Təvəkkül təkcə dildə olmur, imandan doğan ruhiyyə də lazımdır.
24. ﴿قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ

(Bəni-İsrail) dedi: “Ey Musa! Nə qədər ki, onlar (zalımlar) həmin şəhərdədir, biz heç vaxt oraya daxil olmayacağıq. Sən və sənin Allahın gedin (onlarla) döyüşün. Biz isə buradaca oturmuşuq.”


Nöqtələr


◘Həm Məkkə, həm də Beytül-müqəddəs müqəddəs yerlərdir. Musa öz qövmünə buyurdu: “Oraya daxil olun və düşmənlə döyüşün.” Amma onun qövmü bəhanə gətirib, Musanın əmrinə qarşı çıxdılar. Müsəlmanlar isə hicri səkkizinci ildə ümrə məqsədi ilə Peyğəmbərin (s) ardınca Məkkəyə yaxınlaşdılar. Əgər həzrət icazə versəydi, onlar şəhərə hücum edərdilər. Bu səfərdə Hüdəybiyyə sülhü baş verdi. Bəli, hər iki qövm müqəddəs şəhərin darvazasına çatmışdı. Amma onlardan biri qaçmaq, digəri hücum əzmində idi.

◘Düşmənlə mübarizədə Bəni-İsrailin süstlüyü o qədər məşhur idi ki, müsəlmanlar Bədr savaşından (hicri ikinci ildə) və Məkkəyə daxil olan zaman (hicri altıncı ildə) deyirdilər: “Biz Bəni-İsrail kimi deyilik ki, “buradaca oturmuşuq” deyək. Biz sənin əmrinlə döyüşə hazırıq.”

◘İlahi rəhbərlərin öz vəzifələrinin icrasındakı təlaşları yalnız xalq itaət etdikdə səmərəyə çatır.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin