Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə16/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

Nöqtələr


◘“Möhsinə” (ərli qadınla) zinaya yol vermiş bəzi yəhudilər ümid edirdilər ki, yəhudi dinində də nəzərdə tutulan daşqalaq hökmündən yaxa qurtara biləcəklər.1 Onlar İslamda daşqalaq hökmünün bəyan olunmasından xəbərsiz olduqlarından mühakimə üçün İslam peyğəmbərinin yanına gəldilər. İslamın da bu mövzuda hökmünü eyni görüb peyğəmbərin hökmlərini qəbul etmədilər.

◘“Suht” dedikdə rəvayətlərə əsasən, bir işin görülməsi üçün verilən rüşvət və hədiyyə nəzərdə tutulur.2

◘“Suht” sözünün lüğət mənası insanı sıxıntıya salan haram iş deməkdir.3

◘“Səmmaunə lil-kəzibi” dedikdə yalan və təhrif məqsədi ilə dinləmək, ya da alimlərinin yalan danışdıqlarını bildikləri halda avamların onları dinləməsi nəzərdə tutula bilər.

◘Ayə peyğəmbərə xitabla buyurur: “Yəhudi alimləri sənə zərər yetirmək fikrində olsalar da, sən İslam məktəbi və cəmiyyəti üçün təşvişdəsən. Amma Allah sənə ümid verir ki, əgər onlardan üz döndərməyi üstün sayırsansa, təşviş keçirmə.

Bildirişlər


1. Yəhudi alimləri rüşvətxor idilər. Onların avamları öz alimlərinin yalanlarına şövqlə qulaq asırdılar. (“Səmmaunə” sözünün iki ayədə ardıcıl təkrarlanması bu üsulun onlarda yavaş-yavaş xasiyyətə çevrildiyinə işarə ola bilər.)

2. Müsəlmanlar kitab əhli ilə yaxın əlaqələrdə olduqlarından yəhudilər bəzən məsləhət üçün İslam peyğəmbərinin yanına gəlirdilər.

3. Peyğəmbərin nübüvvət məsuliyyətindən əlavə, hakimiyyət məsuliyyəti də var idi.

4. Hökumət və hakimlik işində peyğəmbərlərin Allah tərəfindən verilmiş elə bir ixtiyarı vardır ki, öz məsləhət bildiklərinə əməl etsinlər.

5. İslam hökumətinin qüdrəti kitab əhlini də əhatə edirdi.

6. Əgər qeyri-islami ölkələr arasında hakimlik üçün islami hakim seçilərsə, bu hakim ədalətli, cürətli və qəti olmalıdır.

7. Milli, regional, firqəvi və şəxsi məsələlər mühakiməyə təsir göstərməməlidir.

8. Ədalət daim və istənilən bir qrup arasında allahbəyənən dəyərdir.



43. ﴿وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَـئِكَ بِالْمُؤْمِنِينَ

(Yəhudilər) Tövrat əllərində ikən və Allahın hökmü onda varkən nə üçün səni hakim qərar verirlər? Sonra isə sən də o kitaba uyğun hökm verdikdə) üz döndərirlər. Onlar mömin deyillər.”


Nöqtələr


◘Əvvəlki ayədə qeyd etdiyimiz kimi, yəhudilər İslam peyğəmbərinə ona görə müraciət edirdilər ki, öz cəzalarını yüngülləşdirmişlər. Tövrat əllərində olduqları halda onlar daha yüngül qanun gəzirdilər.

Bildirişlər


1.Tövrat bütövlükdə təhrif olunmamışdır.

2. Ey kaş kitab əhli öz ilahi kitabının hökmlərinə sədaqətli olaydı!

3. Qövm üçün mühüm olan şey qanuna iman və vəzifəyə əməl yox, qanunun yüngülləşdirilməsidir. (Bu məqsədlə də Tövrat qanunlarını qoyub, cəzadan qurtulmaq üçün İslam peyğəmbərinə üz tuturdular.)

4. Yalnız qanun qarşısında təslimçilik iman əlamətidir.


44: ﴿إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَ هَادُواْ وَالرَّبَّانِيُّونَ وَالأَحْبَارُ بِمَا اسْتُحْفِظُواْ مِن كِتَابِ اللّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَاء فَلاَ تَخْشَوُاْ النَّاسَ وَاخْشَوْنِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَنًا قَلِيلاً وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ

Həqiqətən Biz Tövratı nazil etdik, onda hidayət və nur var. Allahın fərmanlarına təslim olmuş ilahi tərbiyəçilər onun əsasında yəhudilərə hökm verirdilər. (Eləcə də) ilahi mürəbbilər və alimlər qorunması üçün tapşırıq aldıqları və şahid olduqları səmavi kitab əsasında hakimlik edirdilər.( Ey alimlər,) xalqdan qorxmayın. (Allahın hökmlərini bəyan edin!) Məndən qorxun və Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi əsasında hökm etməyənlər həmin kafirlərdirlər.”



Nöqtələr


◘“Rəbban” sözündən olan “rəbbaniyy” sözü tərbiyə edən mənasını bildirir. Bəzilərinin fikrincə, «rəbbaniyy» aləmlərin Rəbbinə bağlanmış, elm və əməli ilə ilahiləşmiş kəsə deyilir və xalqın tərbiyəsi belələrinin öhdəsindədir.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Bu ümmətin rəbbaniyyi mənəm.”1 İmam Sadiq (ə) buyurmuşdur: “Rəbbaniyyun peyğəmbər Əhli-beytidir.”2

◘“Hibr” dedikdə yaxşı təsir başa düşülür. Alimlər cəmiyyətdə yaxşı təsir mənşəyi olduqlarından onlara hibr və əhbar deyilmişdir. İbn Abbasa da “hibrul-ummət” ləqəbi verilmişdir.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hətta iki dirhəm qədərində nahaq qəzavət edən kəsə bu ayənin son cümləsi şamil olar.3


Bildirişlər


1. Bugünkü Tövratın təhrifinə diqqət yetirərkən əsl səmavi kitabı dəyərləndirmək lazımdır.

2. Tövrat Musaya nazil olsa da, ondan sonrakı bütün peyğəmbər və alimlərə həmin kitab əsasında hökm çıxarmaq əmr edilmişdir.

3. Vəhyə əsaslanan qanunları qəbul etmək lazımdır. (Peyğəmbərlərin və alimlərin mühakiməsinin vaciblik şərti xalqın qəbul etməsidir.)

4. Peyğəmbərlər özlərindən bir hökm vermirlər. Onlar Allahın hökmünə təslimdirlər.

5. İslam (Allaha təslimçilik) bütün müvəhhidlərin (təkallahçıların) dinidir. Bəni-İsrail peyğəmbərləri də “əsləmu”, yəni “təslim olmuşlar” cümləsi ilə xatırlanır.

6. Hər bir ümmətin alimləri xalq arasında ilahi hökmlərin icrasına məsuldur. (Bütün dinlərdə fəqih vilayətinin kökləri var.)

7. Dərəcələr silsiləsinə əməl olunmalıdır. Əvvəlcə peyğəmbərlər, sonra imamlar, daha sonra alimlər.

8. Yəhudilərin çoxsaylı peyğəmbərləri olmuşdur.

9. Tövratda məhkəmə və hakimiyyət qanunları var. Tövrat qəzavət mehvəri olmuşdur.

10. Nur və hidayət o vaxt cəmiyyətdə hərəkətə gəlir ki, səmavi kitab əsasında mühakimə və hakimiyyət qurulsun.

11. Səmavi kitabların qorunması yolu onlar əsasında əməl, qəzavət və hökumətdir.

12. Alimlər əqidə məktəbinin keşikçisi olmalıdırlar.

13. Qəzavət alimlərin məsuliyyətidir.

14. Alimlərin və hakimlərin iki böyük vəzifəsi, risaləti vardır: Xalqın qorxusundan Allahın hökmünü dəyişməmək.; Dünya malı tamahından haqqı gizlətməmək və büdrəməmək.

15. Qəzavətdə xətdən çıxmaq küfrdür.

16. Qəzavətdə aşkarlıq, cürət və qətiyyət lazımdır. Hədələr və təxribatlar hakimi təsir altına salmamalıdır.

17. Ədalətli qəzavətin, mühakimənin zamini Allah qorxusudur.

18. Alim və hakim bütün dünyanı əldə edib təhrifə yol versə, haqqın qarşısında sussa, haqqı gizlətsə, Allahın hökmünə qarşı çıxsa zərər etmişdir. (Çünki dünya bütövlükdə cüzi bir matahdır.)1

19. Səmavi qanun olan yerdə şərq və ya qərb qanunları ardınca getmək küfrdür. Qeyri-ilahi qanunlar etibarsızdır.

20. Haqq mühakimə yürütmək imkanı olan yerdə bir kənara çəkilən kəs küfrə yol vermişdir.

21. Zalım hakimlərin qarşısında sükut və haqqın gizlədilməsi, sərmayədarlar qarşısında dinin satılması, avamların aldadılması alimləri izləyən təhlükələrdəndir.

22. Qorxaq və həris alimlər dindarlıqda və səmavi kitabın qorunmasında süstdürlər.

23. Haqsız mühakimədən əldə olunan gəlir qeyri-şəridir.

24. Qorxu və hərislik qəzavətdə azğınlıq səbəbi, qəzavətdə azğınlıq isə küfr səbəbidir.


45. ﴿وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَ بِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ

Onda (Tövratda) onlar üçün qərarlaşdırdıq ki, (qisasda) can əvəzində can, göz əvəzində göz, burun əvəzində burun, qulaq əvəzində qulaq, diş əvəzində diş olsun. Bütün yaralar üçün də (yenə həmin tərtib və ölçüdə) qisasdır. Hər kəs onu sədəqə etsə (bağışlasa), günahlarının kəffarəsi sayılar. Allahın nazil etdiyi əsasında hökm etməyən kəslər həmin sitəmkarlardır.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin