Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə17/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

Nöqtələr


◘Əvvəlki ayədə deyildi ki, Tövrat hidayət və nurdur. Bu ayədə isə qisas qanunu açıqlanmışdır. Bəlkə də bunun səbəbi qisas qanununun cəmiyyətdə nur və hidayət amili olmasıdır. Necə ki, digər ayədə oxuyuruq: “Qisasda sizin üçün həyat var.”1

◘Ayədə göz, qulaq kimi əzaların adı nümunə olaraq çəkilir. Əslində istənilən bir üzvə zərər vurulmasının qisası var.2

◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Allah qisasdan bağışlanan qədər insanın günahlarını bağışlayar.”3

◘Tövratda diyə (yetirilən xəsarətə görə ödənc) yoxdur. Günahkardan ya qisas alınır, ya da o bağışlanılır. Amma İslamda üçüncü bir yol kimi diyə yolu göstərilir.4


Bildirişlər


1. İnsanlar millətindən, qəbiləsindən, varlı-kasıb olmasından asılı olmayaraq qanun qarşısında eynidirlər. Heç kəsin qanı başqalarınınkından üstün deyil. (Qisas hökmündə qadınla kişi arasında fərq var. Bu fərqlərin hikməti fiqh kitablarında bəyan olunmuşdur.)

2. Əvvəlki dinlərdə də qisas olmuşdur.5 (İslam və digər dinlərdəki qanunlarda oxşarlıq var.)

3. Sədəqə təkcə mala aid deyil. Günahkarın bağışlanması da bir növ sədəqədir.

4. Biz günahkarı bağışlasaq, Allah da bizi bağışlayar. (Bəlkə də bizim əfvimiz günahkarın günahlarının kəffarəsi olsun və o bizim əfvimizə xatir qiyamətdə cəzalandırılmasın.)6

5. İslamda cəzadan əlavə əxlaqi məsələlər də bəyan olunmuşdur.

6. İqtisadi cərimə və həbs günahkarı günahdan saxlamaq üçün bəs etmir.

7. Əgər Allahın hökmü həyata keçməzsə, zülm cəmiyyəti bürüyər.
46. ﴿وَقَفَّيْنَا عَلَى آثَارِهِم بِعَيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَآتَيْنَاهُ الإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ

Onların (əvvəlki peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı gətirdik. Halbuki o, özündən əvvəlki Tövratı təsdiq edəndir. Onda təqvalılar üçün hidayət və moizə vardır.”


Nöqtələr


◘Həm Quran təqva sahiblərini hidayət edir,7 həm də İncil təqvalılar üçün hidayət və moizədir.

◘Bu ayədə iki yerdə «hidayət» sözü işlədilmişdir. Bu hidayətlərdən biri ümumxalqa, digəri təqva sahiblərinə aiddir.

◘Ayədəki “qəffəyna” «sözü bir şeyin ardınca o birini gətirmək» mənasını bildirir.

◘“Musəddiqən” sözünün mənası bu ola bilər ki, Həzrət İsanın şəxsi xüsusiyyətləri Tövratda bəyan olunmuş nişanələrlə uyğundur. Demək, həzrət İsanın özü və nişanələr bir-birini təsdiq edir.

◘Mətta İncilində (f. 5, a.17) deyilmişdir: “Güman etməyin ki, peyğəmbərlərin Tövrat və ya Səhifəsini batil etməyə gəlmişəm. Əksinə, gəlmişəm ki, tamamlayam.”

◘Bu surənin 15-ci ayəsində Allah-təala buyurur: «Quran nurdur.» 44-cü ayədə buyurur: «Tövrat nurdur.» Hazırkı ayədə isə İncilin nur olması bildirilir.


Bildirişlər


1. Peyğəmbərlər və onların kitabları eyni bir mənbədən qaynaqlanır və eyni bir məqsəd daşıyır. Onlar bir-birlərini təsdiqləyirlər.

2. Peyğəmbərlər və kitablar bütün xalqların hidayəti üçün olsalar da, yalnız təqva əhli onların nuru sayəsində hidayət olur.


47. ﴿وَلْيَحْكُمْ أَهْلُ الإِنجِيلِ بِمَا أَنزَلَ اللّهُ فِيهِ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ

İncil əhli Allahın o kitabda nazil etdiyi əsasında hökm etsin. O kəslər ki, Allahın nazil etdiyi əsasında hökm etmirlər, onlar həmin azğınlardır.”


Nöqtələr


◘İlahi qanunlar əsasında əməl etməyənlər haqqında bir neçə ayədə ardıcıl şəkildə “zalımlar”, “azğınlar”, “kafirlər” təbirləri işlədilmişdir. Belə ki, Allah qanunlarını ayaqları altına atdıqlarına görə kafirdilər. Onlar məsuliyyət sərhəddindən çıxdıqlarına görə azğın, bəziləri haqqında böhtana yol verdiklərinə görə zalımdırlar.

◘44-45-ci ayələrdə yəhudilərə xitab olunur. Onlar Allah qanunlarını təhrif etdiklərindən, dinlərini heçə satdıqlarından, Allah əvəzində xalqdan çəkindiklərindən zalım və kafir sayılmışlar. Onlar cəmiyyətdəki fərdlərin haqlarına qarşı zülmə yol verirlər.

Bu ayə isə məsihilər haqqındadır. Onlar İncil əsasında hökm etmədiklərindən azğındırlar. Çünki haqqın sərhəddini aşmışlar.

Bildirişlər


1. İlahi dinlərdə haqla batili tanıma meyarı Allah tərəfindən nazil ediləndir.

2. İncildə hakimiyyət qanunları mövcuddur.

3. İstənilən bir səbəbdən ilahi qanunlar əsasında hökm etməyən və ya haqq mühakimədən kənara çəkilən kəs azğındır.
48. ﴿وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ عَمَّا جَاءكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـكِن لِّيَبْلُوَكُمْ فِي مَآ آتَاكُم فَاسْتَبِقُوا الخَيْرَاتِ إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

Biz kitabı (Quranı) sənə haqq olaraq nazil etdik. Belə ki, (o,) əvvəlki səmavi kitabları təsdiq edir, onların hakimi və hafizidir. Onlar arasında Allahın nazil etdiyi ilə hökm et! Sənin üçün gəlmiş haqqı qoyub onların nəfs istəklərinə tabe olma. Biz sizlərdən hər biriniz üçün aşkar ayin və yol qərar verdik. Əgər Allah istəsəydi, sizin hamınızı vahid ümmət qərar verərdi. (Hamınızın bir qanun və ayini olardı.) Amma (Allah istəyir ki,) sizə verdiyi ilə sizi sınağa çəkə. Belə isə, yaxşı işlərdə önə keçin. (Bilin ki,) hamınızın qayıdışı Allaha doğrudur. O sizi ixtilaf etdiyiniz şeydən agah edəcək.”


Nöqtələr


◘“Şirət” su arxına gedib çıxan yoldur. “Minhac” aydın yol deməkdir. İbn-Abbas deyir: “Şirət” Quranda bəyan olunmuş hökmlərdir. “Minhac” isə həzrət Peyğəmbərin (s) sünnəsidir.”1 “Muhəymin” sözü «qoruyan, hifz edən» mənalarını bildirir.

◘Tövrat və İncil kitablarının səmavi olmasının təsdiqi onların əbədi qalması mənasında deyil. Uyğun bildiriş yalnız səmavi kitabların eyni məqsəd daşıdığını anladır.

◘Bütün dinlərin əsası eyni, şəriət qanunları isə fərqlidir. Necə ki, dənizə müxtəlif çaylar daxil olur. Din və şəriət bizi gerçək və insani həyata çatdıran bir yoldur. Amma hər dövr üçün bir şəriət qəbul olunmuşdur.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin