Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə25/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

Nöqtələr


◘“Məcməül-bəyan” təfsirində deyilir: “Məsihilərdən olan «Yəqubiyyə» firqəsi elə düşünür ki, Allah Məsihlə zatən birləşdi və onlar bir varlıq oldular.

◘Bu ayə bəzi məsihilərin əqidəsini bəyan edir. Onlar Allahı Məsih kimi tanıyırlar. Sonra ayə digər bir qrupun əqidəsini bəyan edir. Onlar üç uqnum əqidəsindədirlər. Qeyd etməliyik ki, Merqis İncilində (on ikinci bab, ayə 29) İsa xalqı tövhidə dəvət etmiş və buyurmuşdur: “Bizim Allahımız vahid Allahdır.” Mətta İncilində isə (altıncı bab, ayə 24) belə bəyan olunur: “İnsanın iki ağa və iki məhbuba malik olması qeyri-mümkündür. İnsan həm Allaha, həm də bir başqasına xidmət edə bilməz.”

◘İmam Sadiq (ə) kəbirə günahlar haqqında danışarkən buyurmuşdur: “Kəbirə günahların ən böyüyü Allaha şərik qoşulmasıdır.” Sonra həzrət bu ayəni oxumuşdur.1

Bildirişlər


1. Böyük çaşqınlıqlar qarşısında qətiyyət göstərilməlidir.

2. Allahın fərdlərdə zühur etməsinə inam küfrdür.

3. Anadan doğulan insan Allah ola bilərmi?!

4. Allahın övliyaları, paklar və salehlər haqqında ifrata varmayaq. İsa özü allahpərəstliyə dəvət etdiyi zaman, onu Allah saymaq nəyə əsaslanır?!

5. Allaha şərik qoşanlar, müşriklər heç vaxt behiştə daxil olmaz.

6. Həzrət İsanı Allah sayanlar kafir, müşrik, zalımdırlar və behiştdən məhrum edilmişlər.

7. Allaha şərik qoşmaq zülmdür.

8. Qiyamətdə şəfaət var. Amma bu şəfaət müşriklərə aid deyil.


73. ﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ ثَالِثُ ثَلاَثَةٍ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ إِلَـهٌ وَاحِدٌ وَإِن لَّمْ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ

Həqiqətən, Allah üçdən biridir” deyənlər kafir oldular. Bir Allahdan savay Allah yoxdur. Əgər dediklərindən əl götürməsələr, kitab əhlinin kafirlərinə, şübhəsiz, dərdli əzab yetişəcək.”


Nöqtələr


◘Əvvəlki ayə Allahın Məsihdə zahir olması etiqadını rədd etdi. Bu ayədə isə üçlüyə etiqad əqidəsi haqqında danışılır, hər iki əqidənin şirk olduğu bildirilir və onlarla mübarizə zəruri sayılır.

◘Üç uqnum əqidəsində Allah, Məsih və Ruhul-qüds - hər üçü Allah sayılır. Amma son dövr məsihi alimlərindən bir qrupu belə deyir: “Üçlüyə etiqadın elmi əsası yoxdur.”2


Bildirişlər


1. İslam başqa din ardıcıllarının çaşqınlığına biganə deyil.

2. Şirk və çoxallahlılıq küfrdür.

3. Üçlüyə inanan bütün fərdlər ilahi əzaba düçar olacaq. (Belə deyə bilərik ki, üçlük əqidəsində qalanlar və Quranın dəvətindən sonra tövhidə dönməyənlər əzabda olacaqlar.)

4. Əzabdan qabaq xəbərdarlıq zəruridir.

5. Küfr və şirkin sonu əzabdır.
74. ﴿أَفَلاَ يَتُوبُونَ إِلَى اللّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

Məgər tövbə edib, Ondan bağışlanma diləməzlərmi? Halbuki Allah bağışlayan və mehribandır.”


Bildirişlər


1. Azğın əqidələrdən tövbə edilməlidir.

2. Azğınları əfv və ilahi rəhmət haqqında danışmaqla doğru yola dəvət edin.

3. Tövbə və tövhidə etiqadla hətta küfr və şirk də bağışlanır.

4. Allah həm keçmişi bağışlayır, həm də rəhmətini nazil edir.

5. Ötən ayədə əzab haqqında danışmaqla yanaşı tövbə edənlərə münasibətdə rəhmət də yada salındı.
75. ﴿مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلاَنِ الطَّعَامَ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الآيَاتِ ثُمَّ انظُرْ أَنَّى يُؤْفَكُونَ

Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir, ondan qabaq da peyğəmbərlər olmuşdur. Onun anası çox doğruçu və əməlisaleh idi. O iki nəfər (başqa insanlar kimi) çörək yeyirdilər. (Demək, heç biri Allah deyildir.) Gör ki, ayələri xalq üçün necə bəyan edirik? Gör ki, bu xalq (haqdan) necə üz döndərir?”


Nöqtələr


◘Bu ayədə Allah-təala İsanın tanrı olmamasına üç dəlil gətirir: O, anadan doğulmuşdur və Məryəmin oğludur; onun kimi peyğəmbərlər olmuşdur və o oxşarsız deyil; o da başqaları kimi qidalanmış, gücünü qidadan almışdır. (Demək, onun Allah olmaq qüdrəti yoxdur.) Bəli, yeməyə ehtiyacı olan kəs xaliq ola bilməz. Bunlar Quranın aşkar, ümumi və hamı tərəfindən dərk olunan bəyanlarıdır.”

◘“Siddiq” çox düzdanışan insana deyilir. Belə bir insan öz düz əməli ilə doğruçuluğunu sübuta yetirir.

◘Digər bir ayədə həzrət Məryəmin “Siddiqə” olması ilahi kəlmələri təsdiq etməsi ilə əsaslandırılır. Bildirilir ki, Məryəm abidlərdən idi.1

Bildirişlər


1. Bəzi imtiyazlara və istisna işlərə malik olmaq ilahi dəlil deyil. Həzrət Adəm də ata-anasız vücuda gəlmişdi. Amma kimsə onu Allah saymadı.

2. Məryəm Allahın övliyalarındandır. Quran onu uca tutur və “siddiqə” adı ilə xatırlayır.

3. Bütün peyğəmbərlərin ölümü qətidir. İsa ölümdən amanda deyil və Allah sayılmamalıdır.

4. Əgər ortada inadkarlıq varsa, ən aydın dəlillərdən də səmərə olmayacaq.

5. Qadın ən üstün mənəvi dərəcəyə çata bilər. Beləsi haqqında Allah xoş sözlər buyurar.

6. Keçmişdəkilərin tarixi ilə tanışlıq və baş vermiş hadisələrin səbəbini araşdırmaq gələcəkdəkilər üçün faydalıdır.


76. ﴿قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا وَاللّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

(Ey peyğəmbər! Xalqa) de ki, sizin üçün heç bir faydası və zərəri olmayan, Allahdan qeyrisinəmi pərəstiş edirsiniz? Halbuki Allah eşidən və biləndir.”


Nöqtələr


◘Bu ayədə məsihilərdən bir dəstəsi həzrət İsaya münasibətdə şirk və düşmənçiliyə görə məzəmmət olunmuşdur.

Bildirişlər


1. Şirk yolunun tanınması üçün ağıl və vicdanınıza müraciət edin.

2. Pərəstişin mehvəri və kökü mənfəət qazanmaq və ya zərəri uzaqlaşdırmaqdır. Allahdan qeyri kimsə nə zərəri uzaqlaşdıra bilər, nə də mənfəət gətirər.

3. Yalnız Allah istəkləri eşidir, insanların xeyir və zərərindən xəbərdardır. Məbud seçilmiş başqaları bu sahədə fəaliyyətsizdir.
77. ﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلاَ تَتَّبِعُواْ أَهْوَاء قَوْمٍ قَدْ ضَلُّواْ مِن قَبْلُ وَأَضَلُّواْ كَثِيرًا وَضَلُّواْ عَن سَوَاء السَّبِيلِ

(Ey peyğəmbər,) de ki, ey kitab əhli! Öz dininizdə nahaqdan həddi aşmayın. Bundan qabaq yolunu azmış və bir çoxlarını azdırmış, (indi isə) haqq yoldan uzaq düşmüş qövmün həvəslərinə tabe olmayın.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin