Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə26/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   22   23   24   25   26   27   28   29   ...   76

Nöqtələr


◘Bu ayədən belə bir nəticə çıxarıla bilər ki, həzrət İsanın Allah sayılması keçmişdəki cəmiyyətlərin həddi aşması, şirkə batma növüdür. Çünki “Tövbə” surəsinin 30-cu ayəsində oxuyuruq: “Yəhudilər dedilər: “Üzeyir Allahın oğludur.” Məsihilər dedilər” “Məsih Allahın oğludur.” Bu azğın və əsassız sözlər keçmişdəki kafirlərin sözlərinə oxşayır.”

Bildirişlər


1. Bütün dinlərdə düşüncə və əqidə sərhədləri qorunmalıdır. Şəxsiyyətlərə münasibətdə həddi aşmaq qadağandır.

2. İlahi rəhbərlərə münasibətdə həddi aşmaq dində həddi aşmaqdır. (İsanın Allah sayılması haqda məlumat verən ötən ayəyə əsasən.)

3. Əgər Allahın dini və ilahi övliyalara münasibətdə həddi aşmaq qadağandırsa, başqalarına münasibətdə də mübaliğə rəva deyil.

4. Kor-koranə təqlid qadağandır.

5. İnsanlar yalnız İsaya münasibətdə həddi aşmamışdılar. Bəzi yəhudilər Üzeyir haqqında da ifrata varmış və onu Allahın oğlu saymışdılar.

6. Qədim elm və mədəniyyətlərin dəyəri var. Amma əcdadların öz nəfs istəklərinə əsaslanan əqidələri puçdur. Bu dəyərsiz, batil əqidələrə tabe olmamalıyıq.

7. Azğınlığın mərhələləri var: İlk öncə insan özü yolunu azır. Sonra o başqalarını da doğru yoldan çəkindirir. Yavaş-yavaş o, haqqa hidayətdən həmişəlik ayrı düşür.
78. ﴿لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ

Bəni-İsraildən kafir olan kəslər Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bunun (lənət və nifrinin) səbəbi bu idi ki, onlar üsyan edib, Allahın göstərişlərinə təcavüz edirdilər.”


Nöqtələr


◘Həzrət Davud Bəni-İsraili ovun qadağan edildiyi şənbə günlərində yollarını azdıqları üçün lənətlədi. Həzrət İsa isə Bəni-İsrailə səmavi süfrədən yedikdən sonra növbəti dəfə küfr etdikləri üçün lənət yağdırdı.1

◘İmam Baqir (ə) buyurmuşdur: “Həzrət Davudun nifrini onları donuza, həzrət İsanın nifrini isə onları meymuna döndərdi.”2


Bildirişlər


1. Bəni-İsraildən bir dəstəsi öz peyğəmbərinin lənətinə düçar oldu.

2. Üsyan və təcavüz insanı küfrə çəkir.

3. Peyğəmbərlər heç də həmişə şəfaətçi olmur. Bəzən onlar nifrin də yağdırır.

4. Günah və təcavüzün ardınca peyğəmbərlərin lənəti gəlir.

5. Təcavüz və qanunları pozmaq Bəni-İsrailin yoludur.
79. ﴿كَانُواْ لاَ يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُواْ يَفْعَلُونَ

Onlar bir-birlərini gördükləri pisliklərdən çəkindirmirdilər. (Nəhy əz münkər etmirdilər.) Doğrusu, gördükləri iş necə də pisdir!”


Nöqtələr


◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah-təalanın bu ayədə məzəmmət etdiyi Bəni-İsrail dəstəsi günah məclisinə daxil olmasalar da, günahkarları gördükdə onlarla xoş davranırdılar.3

◘Digər bir rəvayətdə Həzrət Əlidən (ə) belə nəql olunur: “Bəni-İsrail zalımların günaha batdığını görsə də, onlardan faydalandığı üçün nəhy əz münkər etmirdi. (Qorxurdular ki, mənafeləri əldən çıxsın.) Allah onları pislikləri ilə xatırlayır.4


Bildirişlər


1. Fitnə-fəsada biganə qalanlar peyğəmbərlər tərəfindən lənətlənmişlər.

2. Nəhy əz münkər yalnız İslam dininə məxsus deyil.

3. Nəhy əz münkər əhatəli və ümumi bir vəzifədir.

4. Bəni-İsrail və yəhudi cəmiyyətində fitnə-fəsad rəvac tapmışdır.

5. Əmr be mərufun tərk olunması küfrə zəmin yaradır.
80. ﴿تَرَى كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُواْ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ اللّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ

Onların (Bəni-İsrailin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. (Onları özlərinə rəhbər götürürlər.) Öncədən necə də pis əməllər göndərirlər? (Nəticədə) Allah onlara qəzəb etdi və onlar əzabda əbədi qalacaqlar.”


Nöqtələr


◘Bu ayədə Bəni-İsrailin lənətlənməsinin digər bir səbəbi bəyan olunmuşdur. Onlan kafirlərlə aşkarda və gizlində dostluq edirdilər. (Ayədəki “təra” aşkar, “yətəvəlləvnə” isə gizli münasibətləri bildirir.)

◘İmam Baqir (ə) uyğun ayəni izah edərkən buyurmuşdur: “Bu dəstədən olanlar zalımları sevənlər, onların dünyasından bəhrələnmək üçün həvəsbaz əməllərini nəzərlərində gözəl göstərənlər idi.”1


Bildirişlər


1. Kafirlərlə dostluq ilahi qəhr-qəzəb səbəbidir.

2. Kitab əhli kafirlərin hakimiyyətini və onlarla dostluğu qəbul edir, amma müsəlmanlara yaxınlaşmır.

3. Allah-təala hətta kitab əhli üçün də istiqlaliyyət istəyir. Müşriklərə tabeçilik və onlardan asılılıq məzəmmət olunur.

4. Bəni-İsrailin yol verdiyi ən mühüm pis işlərdən biri (Məkkə müşrikləri və) kafirlərlə yaxın rabitə idi.

5. Hər bir günah daha böyük günah üçün müqəddimədir. (Əvvəlki ayələrdə üç günah haqqında danışıldı və bu günahlar kafirlərin hakimiyyətinin qəbul edilməsi üçün müqəddimədir).
81. ﴿وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِالله والنَّبِيِّ وَمَا أُنزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاء وَلَـكِنَّ كَثِيرًا مِّنْهُمْ فَاسِقُونَ

Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, heç vaxt onları (kafirləri) sevməzdilər. Amma onların bir çoxu günahkarlardır.”


Nöqtələr


◘Bu ayənin mənası haqqında bir neçə ehtimal var:

a) Əgər yəhudilər müsəlman olsaydılar, kafirləri özlərinə rəhbər seçməzdilər.2

b) Əgər yəhudilər Musa və Tövrata iman gətirsəydilər, heç vaxt müşriklərə tabe olmazdılar.3

v) Əgər kafirlər və müşriklər müsəlman olsaydılar, yəhudilər onları özünə dost seçməzdi.4

Amma əvvəlki ayələrə əsasən, zahirdə belə görünür ki, birinci ehtimal həqiqətə daha çox uyğundur.

Bildirişlər


1. Kitab əhlinin iman gətirməsi o qədər inanılmazdır ki, bir arzu olaraq qalır. (“Ləv” sözü mümkünsüz işlərlə bağlı istifadə olunur. Məsələn, qoca kişinin cavan olmaq arzusu kimi.)

2. Allah və peyğəmbərə qəlbən inamlı olan kəs Allahdan qeyrisinin hakimiyyətini qəbul etməklə razılaşmır. (Gerçək istiqlaliyyət əldə etmək yolu kafirlərin hakimiyyətindən çıxmaq və imandır.)

3. Fəsad və imansızlıq kafirlərin hakimiyyətinin qəbul edilmə səbəbidir.

4. İman kafirlərin hakimiyyətinin qəbul edilməsi ilə bir araya sığmır. İstibdadı qəbul edən sazişçi kəs dinsiz və günahkardır.

5. Azğınlıq imanla bir araya sığmır.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin