Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə30/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

Nöqtələr


◘Şərabın qadağa ayəsi nazil olduqdan sonra müsəlmanlardan bəziləri qadağadan qabaq dünyasını dəyişənlərin şəraba görə cəzaları haqqında soruşdular. Yuxarıdakı ayə nazil oldu.

◘Bu ayədə iki dəfə iman və saleh əməl, iki dəfə təqva və iman, bir dəfə təqva və ehsan zikr olunmuşdur. Bəzi təfsirçilərin nəzərincə, iman, təqva və saleh əməlin mərhələləri və dərəcələri müxtəlif olduğundan uyğun ifadələr təkrarlanır.1 Bəziləri isə uyğun təkrarı iman və təqvada davamlılıq nişanəsi sayırlar.2 Bəziləri isə ayədəki təkrarları təkid əlaməti bilmişlər. “Nəbə” surəsinin 4-5-ci ayələri buna misal ola bilər.

◘Təqvanın insan həyatının müxtəlif sahələrində rolu var: məsrəf və rəftarda; məktəb və etiqadda; xidmət və əxlaqda.

Bildirişlər


1. Əgər möminlər qarşıda təqvaya riayət edib keçmiş günahları təkrarlamasalar, onların keçmiş günahları bağışlana bilər.

2. İlahi hökmü eşitdikdən sonra insan yenə də günah edərsə, o əvvəlki günahlarına görə də cəzalandırılar.

3. Ehsan və xeyir iş kamilliyin ən uca mərtəbəsi və Allah yanında məhbubluq səbəbidir. Ayədə iman və təqvadan sonra yaxşı əməl xatırlanmışdır.
94. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لَيَبْلُوَنَّكُمُ اللّهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللّهُ مَن يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ

Ey iman gətirənlər! Allah sizi əllər və nizələrin çatdığı ovla sınağa çəkər ki, kimin batində Ondan qorxduğu məlum olsun. (Kim Onun əmrinə tabedir və ovdan keçir.) Bundan sonra kim təcavüz etsə, onun üçün dərdli əzab var.”


Nöqtələr


◘Həcc dövründə və ehram halında hacının ov haqqı yoxdur. Bəzən həmin vaxt ov insana o qədər yaxınlaşır ki, insan əlini uzadıb onu tuta bilər. Amma Allah ova əl toxundurmamağımızla bizi sınağa çəkir. Hədisdə oxuyuruq: “Hüdəybiyyə ümrəsində bir çox ov heyvanları müsəlmanlara yaxınlaşdı. Onlar rahatca bu heyvanları ovlaya bilərdilər.3

◘Quranda qidalanma məsələsi ilahi sınaq vasitəsi kimi bəyan olunur. Aşağıdakı nöqtələrə diqqət yetirin:

a) Adəm və Həvva qidalanma məsələsində büdrədi.4

b) Bəni-İsrail şənbə günü balıq ovunun qadağasında qanunu pozdu.5

v) Bəni-İsrailin başçılarından biri məntəqədəki çayın yaxınlığından keçərkən həmin çayın suyundan içməmək göstərişi verdi. Amma ətrafındakıların əksəri həmin sudan içdi.1

q) Oruc tutmaq özü böyük bir sınaqdır.

e) Ov ehram halında hacılara yaxınlaşsa da, kimsənin ovlamaq haqqı yoxdur.

Sual: İnsan bir şeyi öyrənmək məqsədi ilə sınaq aparır. Bəs hər şeydən xəbərdar olan Allah nə üçün sınaq aparır?



Cavab: Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurmuşdur: “İlahi sınaqlarda məqsəd odur ki, insan acı və şirin hadisələr qarşısında reaksiya göstərsin və öz rəftarı müqabilində ya cəzalandırılsın, ya da mükafat alsın.”2 Bəli, Allah öz biliyi əsasında yox, insanların əməli əsasında mükafat və ya cəza verir. Heç biz özümüz də kimsəyə istedadına görə mükafat vermirik. İstedadlı insan yalnız işinə görə mükafatlandırılır.

Sual: Allah evinin ziyarətçi qonaqları ov heyvanına görə nə üçün dərdli əzaba düçar olsunlar?



Cavab: Öz-özlüyündə ov üçün cəza yoxdur. Vəd olunan əzabın səbəbi müqəddəs yerin hörmətini pozmaq, qanuna qarşı çıxmaqdır.

Bildirişlər


1. Möminlərin imtahanı dəyişməz ilahi qanundur.

2. Allah qorxusu o zaman bilinir ki, günah şəraiti yaransın və insan xata etməsin.

3. Bir şeyə əl çatırsa, bu o demək deyil ki, o, halaldır.

4. Təqva ölçüsü zahiri həya yox, iç qorxusudur.

5. Yalnız bildirişdən sonra vəzifə məsuliyyəti gəlir.

6. Uzun-uzadı yollar keçib ilahi eşqlə haqqa üz tutan hacı bəzən kiçik bir ova yol verib itaətsizlik etdiyindən əzaba düçar olur.


95. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْتُلُواْ الصَّيْدَ وَأَنتُمْ حُرُمٌ وَمَن قَتَلَهُ مِنكُم مُّتَعَمِّدًا فَجَزَاءٌ مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَو عَدْلُ ذَلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللّهُ عَمَّا سَلَف وَمَنْ عَادَ فَيَنتَقِمُ اللّهُ مِنْهُ وَاللّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ

Ey iman gətirənlər! Ehram halında ovu öldürməyin. Sizlərdən hər kəs bilərəkdən ovu öldürsə, cəzası və kəffarəsi öz aranızdan olan iki ədalətli şahidin (oxşarlığını) təsdiq etdiyi oxşar heyvanın kəsilməsidir. (Bu qurbanlıq heyvan) Kəbəyə çatası bir hədiyyədir. Ya da (qurbanlıq yerinə) əvəz üçün (altmış) fəqirə təam versin, ya da o qədər oruc tutsun. (Bu üç kəffarənin səbəbi odur ki,) öz işinin cəzasını alsın. Allah sizin keçmişinizi bağışladı. Hər kəs bu işi təkrar etsə, Allah ondan intiqam alar. Allah yenilməzdir və intiqam alandır.”


Nöqtələr


◘Ayədəki “hurum” həcc və ya ümrə üçün ehram halına girmiş adama deyilir.

◘“Ənam” sözünün tək forması olan “nəəm” dəvə, inək, qoyun mənasındadır.

◘“Məsakin” deyərkən fəqirlik səbəbindən öz məsləkini tərk edə bilməyən, başqa sözlə, fəqirliyin əldən salıb evdə oturtduğu kəs nəzərdə tutulur.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Dəvəquşunun kəffarəsi dəvə, vəhşi ulağın kəffarəsi inək, ceyranın kəffarəsi qoyun, vəhşi inəyin kəffarəsi inəkdir.”1



Bildirişlər


1. Allahın möminlərdən xüsusi bir intizarı var.

2. Ehram halında əmin-amanlıq heyvanlara münasibətdə də qorunmalıdır.

3. Qadağa və ya halallığın fəlsəfəsi həmişə bir şeyin zatı və özü ilə bağlı olmur. Bəzən dövr və məkanın şəraiti, tarixi və coğrafi amillər ilahi hökmə təsir göstərir.

4. İslam xüsusi hallar üçün xüsusi göstərişlər nəzərdə tutur.

5. İslam qanunları hamı üçündür.

6. Xatadan da təhlükəlisi agah surətdə, bilərəkdən müxalifətçilikdir.

7. Cəza ədalətli olmalıdır.

8. Cəza və cərimə dəqiq yerinə yetirilməlidir.

9. İslam bütün hallarda ədaləti gözləyir.

10. İslam istənilən bir münasibətlə acların və fəqirlərin halına yanır.

11. Məkkədə kəsilən heyvanlar hədiyyədir.

12. Günahkara cərimə seçimində azadlıq verək. Onun iqtisadi və fiziki gücünü nəzərə alaq.

13. Qanunu pozmağın cəzası o qədər ağırdır ki, altmış fəqiri doyurmaq və ya altmış gün oruc tutmaq bu cəzanın bir hissəsidir.

14. Qanunlar rəsmi surətdə bəyan olunduqdan sonra icra edilir. Qanun özündən əvvəlki dönəmlərə şamil edilmir.

15. Ovun təkrarına görə cərimədən əlavə ilahi intiqam və qəzəbdə vəd olunur.

16. Günahın israrı, təkrarı olduqca təhlükəlidir və onun ağır cəzası var.

17. İlahi hədələrə ciddi yanaşaq.
96. ﴿أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَّكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ

(Əlbəttə,) dəniz ovu və onun qidaları sizə halal oldu. (Bu ov) sizin üçün və karvan əhli üçün azuqədir. Amma nə qədər ki, ehramdasınız, səhra ovu sizə haramdır. Hüzurunda dayanacağınız Allahdan çəkinin.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin