Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə43/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   39   40   41   42   43   44   45   46   ...   76

Nöqtələr


◘Quran ayələrinə əsasən, onlar həm ölüm astanasında, həm qəbirdə, həm də qiyamətdə dünyaya qayıtmağı arzulayarlar.1

◘23-cü ayədə müşriklər öz şirklərini inkar edirdilər. Amma bu ayədə onlar etiraf edir, dünyaya qayıdıb öz günahlarını yumaq istəyirlər.


Bildirişlər


1. Kafirlər oda çəkilən zaman dəhşətə düşüb zillət içində nalə çəkirlər. Qiyamətin müxtəlif mərhələləri və dayanacaqları var. Bəzi mərhələlərdə günahkarlar nalə çəkir, bəzi dayanacaqlarda onların ağızlarına sükut möhürü vurulur.

2. İlahi ayələrin inkarı axirətdə peşmançılığa səbəb olur.

3. Nə qədər ki, dünyada fürsət var, iman gətirək. Çünki axirətdən geri qayıtmağa macal yoxdur. Qiyamətdə dünyaya qayıdıb iman gətirmək və itaət etmək arzusu kafirlərin arzularındandır.
28. ﴿بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ

(Belə deyil,) əksinə, əvvəllər gizlədikləri (həmin gün) onlar üçün aşkar olub. Əgər onlar (öz arzularına əsasən) dünyaya qaytarılsalar, şübhəsiz, yenə də qadağan olunanlara qayıdarlar. Onlar həqiqətən yalançıdırlar.”


Nöqtələr


◘Qiyamət günü xalqın gizli sirlərinin aşkar olduğu gündür. Quran bu həqiqətə dəfələrlə işarə etmişdir.2

Bildirişlər


1. Qiyamətdə insanların bütün sirləri və gizli işləri açılar.

2. Axirətdən dünyaya qayıtmaq mahaldır (mümkünsüzdür).

3. Bəzilərinin islah olacağına heç bir ümid yoxdur. Onlara fürsət verildikdə yenə də əvvəlki halda qalırlar.

(Bəli, insan dünyada hər dəfə çətinliklərlə qarşılaşdıqda peşman olur, amma rahatlığa çıxan kimi verdiyi sözləri unudur.)

4. Yalançılıq insanda xasiyyətə çevrildikdə, o, qiyamətdə də yalan danışır. 23-cü ayədə bu məsələyə işarə olundu.
29. ﴿وَقَالُواْ إِنْ هِيَ إِلاَّ حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

Onlar dedilər: “Bizim dünya həyatımızdan başqa heç bir həyat yoxdur və biz (öləndən sonra) dirildilməyəcəyik.”


30. ﴿وَلَوْ تَرَى إِذْ وُقِفُواْ عَلَى رَبِّهِمْ قَالَ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُواْ بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُواْ العَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Əgər görsən ki, onlar Rəblərinin hüzurunda saxlandıqları vaxt (Allah) buyurar: “Bu (qiyamət), haqq deyilmi?” Deyərlər: “Bəli, and olsun Rəbbimizə (ki, haqdır).” O buyurar: “Belədirsə, öz küfrlərinizin cəzası olaraq əzabı dadın.”


Nöqtələr


◘“Əgər görsən” təbiri 27 və 30-cu ayələrdə iki dəfə təkrarlanmışdır. Burada məqsəd qiyamət səhnəsini təsvir etmək və xalqın hidayəti üçün addım atmaqdır.

◘30-cu ayəyə əsasən, Allah günahkar bəndəsi ilə danışır. Amma bəzi ayələr bu danışığı inkar edir. Bu fərqi doğuran ya qiyamətin müxtəlif dayanacaqları və səhnələridir, ya da söhbətin ürəkaçan olmaması nəzərdə tutulur.

◘22-ci ayədə Allah kafirləri tövhid inancına qarşı çıxdıqları üçün məzəmmət edir. 27-ci ayədə isə nübüvvətin təkzibinə görə cəza vəd edilir. 30-cu ayədə qiyamətin inkarı önə çəkilir.

◘İslam insanlar üçün bir neçə növ həyat təsvir edir: dünya həyatı1; bərzəx həyatı2; mənəvi həyat, hidayət həyatı3; ictimai həyat4; (aram və qane qəlb sayəsində) pak həyat.5


Bildirişlər


1. Müşriklər darbaxışlı və maddiyyatçı fərdlərdir. Onlar həyatın yalnız dünya həyatından ibarət olduğunu düşünürlər və qiyaməti inkar edirlər. Müşriklər bütləri şəfaətçi seçərkən dünya şəfaətini nəzərdə tuturlar.6

2. Allah bütün inadkarlıqların cavabsız qalmayacağını bildirməklə peyğəmbərə təsəlli verir.

3. Günahkarlar zəlil əsirlər tək tutular və saxlanılarlar.

4. Qiyamətdə ilkin dərəcədə hakim və sorğuçu Allahdır.

5. Kafirlərin və müşriklərin qiyamətdəki etirafları səmərəsizdir.

6. Kafirlər qiyamətdə təkrar-təkrar and içərlər.

7. Qiyamət cəzaları dünyadakı küfr və inkarlara xatirdir.
31. ﴿قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ حَتَّى إِذَا جَاءتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُواْ يَا حَسْرَتَنَا عَلَى مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَى ظُهُورِهِمْ أَلاَ سَاء مَا يَزِرُونَ

Sözsüz, (qiyamətdə) Allahla görüşü təkzib edənlər ziyankar oldular. Vəd olunmuş saat qəfildən soraqlarına gələn kimi, öz günahlarının ağır yükünü arxalarında çəkdikləri halda deyərlər: “Dünyada yol verdiyimiz nöqsanlara görə vay halımıza!” Agah olun ki, çiyinlərində çəkdikləri yük necə də pis yükdür.”


Nöqtələr


◘“Liqaullah” dedikdə qiyamətdəki mənəvi və batini görüş nəzərdə tutulur. Çünki qiyamətdə insanın bütün dünyəvi bağlılıqları qırılır. İnsan ilahi mükafat və cəza ilə üzbəüz dayanmaqla Allahın mütləq hakimiyyətini dərk edir.

◘Həsrətin səbəbi mənafelərin əldən çıxması, peşmançılığın səbəbi qarşıya çıxmış zərərlərdir.1

◘Qiyaməti “saat” da adlandırmışlar. Çünki bu səhnə şimşəksayaq bir saat və anda qurular. “Nəhl” surəsinin 77-ci ayəsində buyurulur: “Qiyamət bir göz qırpımında və ya ondan da yaxın müddətdə qurular.”

◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir: “Od əhli behiştdəki yerini görüb (Allah hər kəsə behiştdə ayırdığı yeri göstərər) anlayar ki, ağır ziyana düşmüşdür və həsrət çəkər.”2


Bildirişlər


1. Qiyaməti qəbul etməyən şəxs varlığını fani dünya həyatına dəyişmiş və ən böyük ziyana düşmüşdür.

2. Qiyamət qəfildən bərpa olar və kimsə onun vaxtından xəbər tutmaz. Ona görə də hər an hazır olmaq lazımdır.

3. Qiyamət günü həsrət günüdür.

4. İnsanın etiraf və həsrət çəkməsi onun əməldə azad olduğunu göstərir. İnsan yaxşı əməl edə bilərdi, amma etmədi.

5. Qiyamət həsrət və əfsus günüdür. Amma həmin günün təəssüfləri səmərəsizdir.

6. Günahlar qiyamət günü üzə çıxıb insana yük olar.

7. Qiyamətin təkzibi və ya unudulması qiyamət günü insan üçün bəlaya dönən günahların səbəbidir.
32. ﴿وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ الآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلاَ تَعْقِلُونَ

Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil. Təqva yolunu tutanlar üçün isə, əlbəttə ki, axirət evi üstündür. Yoxsa düşünmürsünüz?”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin