Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə57/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   53   54   55   56   57   58   59   60   ...   76

Bildirişlər


1. Peyğəmbərlərin hökumət və qəzavət haqları var.

2. Xeyir əməl, islahın önə çəkilməsi, doğru yolun tapılması peyğəmbər sifətlərindəndir.

3. Hər bir məktəbin tərəfdarları və müxalifləri var. Bəzən tərəfdar müxalifətə keçir, bəzən də müxalif tərəfdar olur. Mürtəd və kafir dönüb müsəlman ola bilər.

4. Bir dəstənin küfrə varması haqq məktəbini tərəfdarsız qoymur. Əgər yol haqq və ilahi yoldursa, insanların yaxınlaşıb uzaqlaşması insana təsir etməməlidir.


90. ﴿أُوْلَـئِكَ الَّذِينَ هَدَى اللّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ قُل لاَّ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ هُوَ إِلاَّ ذِكْرَى لِلْعَالَمِينَ

Onlar Allahın hidayət etdiyi kəslərdir. Onun hidayətinə tabe ol. (Ey peyğəmbər! Xalqa) de ki, mən buna (risalət və dəvətə) görə sizdən muzd istəmirəm. Bu Quran yalnız aləmdəkilər üçün bir xəbərdarlıqdır. (Mənim istədiyim yalnız aləmdəkilərin öyüd götürməsidir.)”


Nöqtələr


◘“İqtədih” sözündəki “ha” hərfi əvəzlik deyil və vəqfi bildirən bir hissədir.

Bildirişlər


1. Peyğəmbərlərin hidayətinə ardıcıllıq ilahi hidayətə iqtidadır.

2. İlahi övliyaların adı və yolu yaddan çıxarılmamalıdır. Hər hansı yenilik keçmişin dəyərini unutdurmamalıdır.

3. İnsanın dəyəri onun baxışı və əməli ilə təyin olunur.

4. Keçmiş dinlərin nəsx (ləğv) olunması o demək deyil ki, həmin dinlərin üsulları gücdən düşmüşdür. Peyğəmbərlərin ümumi üsul xətti davam etməlidir.

5. Müvəffəqiyyət arzusunda olan insan keçmiş nəsillərin kamilliklərindən, müsbət əxlaqından və üsulundan faydalanmalıdır.

6. Bütün peyğəmbərlərin məqsədi bir olmuşdur. (Çünki müxtəlif hədəflərə malik peyğəmbərlərə iqtida etmək mümkün deyil.)

7. Ardıcıllıq üçün dəlil lazımdır və onun nəticəsi hidayətə müvəffəqlik olmalıdır.

8. Təbliğatçı dünyaya vurğun olmamalı və dünyapərəstliyinə görə ittiham edilməməlidir.

9. Peyğəmbərlərin digər iddiaçılardan bir fərqi onların maddi hədəflər ardınca getməmələridir.

10. Peyğəmbərlər unutqan və qafil insanların haqqı xatırlamalarına səbəb olurlar.

11. İslam ümumbəşəri bir dindir.
91. ﴿وَمَا قَدَرُواْ اللّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُواْ مَا أَنزَلَ اللّهُ عَلَى بَشَرٍ مِّن شَيْءٍ قُلْ مَنْ أَنزَلَ الْكِتَابَ الَّذِي جَاء بِهِ مُوسَى نُورًا وَهُدًى لِّلنَّاسِ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُواْ أَنتُمْ وَلاَ آبَاؤُكُمْ قُلِ اللّهُ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ

Allahı layiq olduğu kimi tanımadılar, çünki dedilər: “Allah heç bir bəşərə bir şey nazil etməmişdir. «De ki, Musanın xalq üçün nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etdi?» Bir kitab ki, onu vərəq-vərəq edib (qəlb istəklərinə uyğun) bir hissəsini aşkar, çoxunu isə pünhan etdilər. Sizin və atalarınızın bilmədikləri (həmin səmavi kitab, Tövrat vasitəsi ilə) Sizə endirildi. «(Ey peyğəmbər,) de ki, Allah (onları nazil etdi). Sonra əl götür ki, öz haqsız danışıqlarında batıb qalsınlar.”


Nöqtələr


◘Bir dəstə yəhudi həzrət Musaya vəhy nazil olmasını qəbul etsə də, inadkarlıq göstərərək deyirdilər: “Allah heç bir peyğəmbərə kitab göndərməmişdir.”

Bu ayə buyurur: “Dediyiniz sözlər əqidənizlə uyuşmur. Əgər Allah heç kəsə vəhy göndərmirsə, bəs iman gətirdiyiniz Tövratı kim nazil etmişdir?”


Bildirişlər


1. Peyğəmbərlər və səmavi kitabların göndərilməsi Allahın Öz bəndələrinə olan lütflərindəndir. Onu inkar edənlər əslində Allahın lütfünü, rəhmətini, hikmətini inkar edirlər.

2. Təlqin olunan şübhələrə cavab verilməməlidir.

3. Əsl Tövrat nur və hidayət olmuşdur.

4.Tövratda yəhudi alimlərinin gizlətdikləri həqiqətlər olmuşdur.

5. Din təbliğatçıları yersiz məsləhətlərdən çəkinərək məktəb maarifi və həqiqətlərini xalqa bəyan etməlidirlər.

6. Vəhy olmasa insan bir çox maariflərdən məhrum qalar.

7. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır.

8. Dəlillər həddi aşmamalı, zəruri ölçüdə olmalıdır. Bu ayə özü də bir növ dəlildir və onda buyurulur: “İndiki ki, qəbul etmirlər, onları boşla.”



92. ﴿وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ

Nazil etdiyimiz bu mübarək kitab özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edəndir. (Xalqa ilahi mükafatlardan müjdə verir.) Məkkə əhli və onun ətrafında olan kəslərə xəbərdarlıq et. (Əlbəttə,) axirətə iman gətirənlər ona (Qurana) da iman gətirəcək. Onlar öz namazlarını hifz edirlər.”


Nöqtələr


◘Ayənin ərəbi mətnində “Litunzirə” sözü “vav” hərfi ilə yanaşı işlənmişdir. Bu onu göstərir ki, Quranda qorxutma (“Litunzirə”) məqsədindən əlavə də məqsədlər var.

◘Peyğəmbərlər hidayət və qurtuluş müjdəçisi olsalar da, insanda zərəri dəf etmək hissi mənfəət qazanmaq hissindən güclü olduğundan, onun ruhu qorxutmadan daha tez təsirlənir. Quranda qorxutma sözünün müxtəlif formaları müjdə sözünün müxtəlif formalarından daha çox işlənmişdir.


Bildirişlər


1. Quran bütün bərəkətlərin daşıyıcısıdır. (Məsələn, hidayət, ibrət, şəfa, inkişaf, izzət).

2. Quran digər səmavi kitablarla həmahəng olub onları təsdiqləməklə bir daha məqsəd birliyi və işin ilahiliyini göstərir.

3. Təbliğə “Ümmül-qura” (Məkkə) və mühüm mərkəzlərdən başlanılmalıdır. Yalnız sonra əyalətlərə üz tutmaq olar.

4. Quran və qiyamətə əqidə yanaşıdır.

5. İmanın ən aydın təzahürü namazdır.

6. Axirətə iman namazın hifz amillərindəndir.


93. ﴿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

Kimdir ondan da zalım ki, Allaha iftira yaxır və deyir: “Mənə vəhy olub.” Hansı ki, ona heç nə vəhy olunmayıb. Bir də o kəs ki, dedi: “Tezliklə mən də Allahın nazil etdiyi kimi bir şey nazil edərəm.” (Ey peyğəmbər,) bir zaman ki, zalımları ölüm yatağında çırpınan gördün, (ruhunu çıxarmaq üçün) mələklərin əllərini açdığına baxdın, o vaxt ki canın çıxma fərmanı verilir, (deyirlər,) bu gün sizə Allaha iftiralar yaxdığınız və Onun ayələrini ört-basdır etdiyiniz üçün zəliledici əzab veriləcək.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin