Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə67/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

Bildirişlər


1. Cin və ins (insan) hər ikisi peyğəmbərlərin dəvətini qəbul etməyə vəzifəlidirlər. Peyğəmbərlər hər iki nəsil üçün gəlmişlər.

2. Qorxutma ən güclü tərbiyə vasitəsi və peyğəmbərlərin mühüm vəzifəsidir.

3. Fərd və cəmiyyətin islahı üçün ilahi hökmlərin icrasında ən güclü amil məada imandır.

4. Qiyamət ört-basdır etmə və ya inkar yeri deyil. Ona görə də insanlar orada öz əleyhlərinə şəhadət verirlər.

5. Dünyapərəstlik peyğəmbərlərin dəvətinə diqqətsizlik, etinasızlıq amilidir. (Dünyaya aldanmaq axirətin yaddan çıxmasına səbəb olur.)

6. Dünyaya ifrat surətdə bağlılıq insanı küfrə çəkir.


131. ﴿ذَلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ

Bu, (höccətin tamamlanması və xəbərdarlıq) onun üçündür ki, sənin Rəbbin heç vaxt zülm olaraq əhalisi qəflətdə olan abadlıqları məhv etmir. (Allah əvvəlcə xalqı qəflət və cəhalət girdabından çıxarır, peyğəmbərlərin vasitəsi ilə onlara xəbərdarlıq edir, sonra qəbul etməyənləri cəzalandırır).”


Nöqtələr


◘İlahi sünnəyə əsasən, doğru yol peyğəmbərlər vasitəsi ilə xalqa göstərilir. Həqiqətlər bəyan olunur, höccət və dəlillər tamamlanır. Bu halda etinasızlıq baş versə, cəza nazil olur. Bu qanun və sünnə Quranın müxtəlif ayələrində bəyan olunmuşdur.4

Bildirişlər


1. Günahkarı cəzalandırmaq Allahın rübubiyyət şənidir.

2. Xəbərdarlıq etmədən cəzalandırmaq zülm və qəbahətdir.


132. ﴿وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

Hər kəs üçün gördüyü işə görə dərəcələr var. Sənin Rəbbin görülən işlərdən qəflətdə deyil.”


Nöqtələr


◘Bu ayədə “dərəcələr” dedikdə inkişaf yox, süqut dərəcələri nəzərdə tutulur.

Bildirişlər


1. Allah ədalətlidir və hər kəsin mərtəbəsini onun əməlinə uyğun qərar verir.

2. İnsanın xoşbəxtlik və ya bədbəxtçiliyi onun əməllərindən asılıdır.

3. İnsan daim Allahın nəzarəti altında olduğundan diqqətli olmalıdır.
133. ﴿وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِن بَعْدِكُم مَّا يَشَاء كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ

Sənin Rəbbin ehtiyacsızdır və rəhmət sahibidir. Əgər istəsə, sizi aparar və sizdən sonra istədiyini gətirər. Necə ki, sizi digər bir qövmün nəslindən yaratdı.”


134. ﴿إِنَّ مَا تُوعَدُونَ لآتٍ وَمَا أَنتُم بِمُعْجِزِينَ

Həqiqətən, nə vəd edilibsə, o da olasıdır. Siz (Allahı) zəiflədə bilməzsiniz. (Onun cəza və ədalətindən qaça bilməzsiniz).”


Bildirişlər


1. Yalnız Allah mütləq surətdə ehtiyacsızdır. Demək, heç vaxt özümüzü ehtiyacsız saymamalıyıq. Digər bir ayədə buyurulur: “Ey xalq! Hamınız Allaha ehtiyaclısınız, yalnız Odur ehtiyacsız və həmd olunan.”1

2. Günahkarlar elə bu dünyada da qorxmalıdırlar. Çünki Allahın qüdrəti ilə onların məhvi çox asandır.

3. Zülmün kökü ötən iki ayəyə əsasən ya ehtiyacdır, ya da qəlbidaşlıq. Allahda bu sifətlərin heç biri yoxdur.

4. Ehtiyacsızlıq və rəhmət mürəbbiliyin şərtidir.

5. Bəşər cəmiyyətinin davamı Allahın iradəsindən asılıdır.

6. İnsan nəslinin olub-olmamasının Allaha xeyir-zərəri yoxdur.

7. Allah bizim ibadətlərimizdən ehtiyacsızdır. İbadi göstərişlər insanın öz inkişafı üçündür.

8. Allahın rəhməti əhatəlidir. Amma bəzən bəşər işi bir yerə çatdırır ki, Allah hamını məhv edir.

9. İlahi vədlər zarafat yox, qəti gerçəkləşəsi həqiqətdir.

10. Qiyamətdə günahkar kəs ilahi qüdrətə qarşı çıxa bilməz.


135. ﴿قُلْ يَا قَوْمِ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدِّارِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ

De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.”


Bildirişlər


1. İslam peyğəmbəri tutduğu yolun doğruluğuna əmin olduğundan ona əmr olunmuşdur ki, rəftarlarında öz qətiyyətini başqalarına elan etsin.

2. Xalqın boyun qaçırması peyğəmbərlərin vəzifəsini dəyişmir.

3. Xalqın taleyi onların öz əməllərindən asılıdır.

4. Müvəffəqiyyət meyarı ötəri görüntülər və səylər yox, gözəl sonluqdur.

5. Zalım nicat tapmaz.

6. Allah və peyğəmbər yolundan üz döndərmək zülmdür.


136. ﴿وَجَعَلُواْ لِلّهِ مِمِّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالأَنْعَامِ نَصِيبًا فَقَالُواْ هَـذَا لِلّهِ بِزَعْمِهِمْ وَهَـذَا لِشُرَكَآئِنَا فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلاَ يَصِلُ إِلَى اللّهِ وَمَا كَانَ لِلّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَآئِهِمْ سَاء مَا يَحْكُمُونَ

(Bütpərəstlər) Allahın yaratdığı əkin və mal-qaradan Allah üçün pay ayırırdılar və öz gümanlarına əsasən deyirdilər: “Bu, Allahın payıdır, bu isə bizim şəriklərimizin (bütlərin). Şəriklərə və bütlərə ayrılmış paydan Allaha çatmır. Amma Allahın nə payı varsa şəriklərə ondan çatır.” Necə də pisdir onların mühakimələri!”


Nöqtələr


◘Peyğəmbərlərin tərbiyə yolundan çıxıb, xəyal aləminə qapılanların sözləri və qərarları da xəyali və məntiqsizdir. Onlar özlərini hər şeyin sahibi bilir, pay bölüşdürürlər. Bir dəfə oğlanları öz payları, qızları Allahın payı sayırlar.1 Bəzən də məhsul və mal-qaranı Allahla bütlər arasında bölürlər. Müşriklər elə düşünürlər ki, bütlərin payı toxunulmazdır. Bu payı bütxana və onun xidmətinə xərcləyirdilər. Allahın payını isə «Allah ehtiyacsızdır» deyə bütxanaya xərcləməkdən çəkinmirdilər. Onlar bu payı körpələrə, yoxsullara və qonaqlara xərcləmək barədə düşünmürdülər.

Bildirişlər


1. Əkinçilik və heyvandarlıqda insanın rolu olsa da, amma bu işə bərəkət verən əsil xaliq Allahdır.2

2. Zəkat qanunu, qazancın bölünməsi xurafat şəklində olsa da, qədim dinlərdə də nəzərdə tutulmuşdur.

3. Müşriklər bütləri Allahın şəriki bilsələr də, Allahın xüsusi bir mövqeyə, izzətə, var-dövlətə malik olduğunu bildirirdilər. Onlar itkilərini Allahın payından çıxır və deyirdilər: “O, ehtiyacsızdır.”

4. Peyğəmbərlərin risaləti xurafatla mübarizədən ibarətdir.


137. ﴿وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلاَدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُواْ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَاء اللّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

Beləcə, (bütlər və onların xadimləri,) onların şərikləri övladın öldürülməsini bir çox müşriklər üçün (bütlərə qurbanlıq adı ilə) gözəl göstərdilər ki, onları məhvə sürükləyib, ayinlərini çətinləşdirsinlər. Əgər Allah istəsəydi, belə etməzdilər. (Onların qarşısını məcburi şəkildə alardı.) Onları toxuduqları yalanlarla birgə boşla.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin