Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə71/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   68   69   70   71   72   73   74   75   76

Nöqtələr


◘Bu ayədə gələcəklə bağlı qeybi bir xəbər verilir. Bu, müşriklərin gələcəkdəki rəftarları ilə bağlıdır. Bu xəbər gerçəkləşdi və öncədən xəbər verilən həqiqət oldu.1

◘“Əgər Allah istəsəydi, biz və atalarımız müşrik olmazdıq” bəhanəsi müşriklər tərəfindən dəfələrlə təkrarlanmışdır.2

Sual: Ayədə müşriklərin dilindən nəql olunur ki, əgər Allah bizim şirkimizə razı deyilsə, nə üçün onun qarşısını almır? Yoxsa bizim şirkimiz Allahın razılığı ilə baş verir?

Cavab: İstənilən bir insanın gördüyü istənilən bir iş ilahi qüdrət dairəsindən kənarda deyil. Amma Allah hər kəsin öz yolunu azad şəkildə seçməsini istəmişdir. Əgər dövlət bizim mənzilimizə su, işıq və qaz çəkmişsə, bu o demək deyil ki, dövlət onları israf etməyimizə razıdır. Allah insana əql və vəhy əta etmiş, haqq və batil yolu göstərmiş, ona seçim azadlığı vermişdir. Amma iradə və ixtiyar, Allahın xilaf işlərimizə razı olması nişanəsi deyil.

◘Allah insanların məcburi yox, azad şəkildə iman gətirməsini istəyir. Quranda dəfələrlə buyurulur ki, Allah istəsəydi, hamını hidayət edərdi. Hətta peyğəmbərin də xalqı məcburi şəkildə imana gətirməsinə icazə verilmir.


Bildirişlər


1. Din rəhbərləri və alimləri özlərini mümkün irad və bəhanələrə cavab verməyə hazırlamalıdırlar.

2. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsində məqsəd xalqın azad şəkildə müvəhhid, təkallahçı olmasıdır. Demək, Allahın istəyi ilə bağlı müşriklərin məntiqləri yanlışdır.

3. Günahdan da pis olan şey günaha don geyindirməkdir. Müşriklər öz şirklərinə don geyindirir, onu Allahın iradəsi kimi təqdim edirdilər. (Cəbrilik, yəni insanın gördüyü işlərdə məcbur olmasına iman məsuliyyətdən qaçmaq üçün bir bəhanədir.)

4. Müşriklər öz azğınlıqlarını babalarının tarixi ilə pərdələyirdilər.

5. Cəbrə (məcburiyyətə) əqidə azğınların əsassız bəhanələrindəndir. Azğınların rəhbəri olan şeytan da öz azğınlığını Allahın adına yazırdı.3

6. Müxaliflər daim cəbr məsələsi vasitəsi ilə peyğəmbərləri təkzib edirdilər.

7. Quran müxaliflərdən də dəlil istəyir.

8. Tale yazısı bəhanəsi ilə məsuliyyətdən qaçanlar ilahi qəzəb intizarında olsunlar.

9. Cəbr tərəfdarları məntiqə əsaslanmırlar, zənn-gümana uyurlar.

10. Əgər elm və yəqin əvəzinə zənn-gümana qapılsaq yolumuzu azacağıq.


149. ﴿قُلْ فَلِلّهِ الْحُجَّةُ الْبَالِغَةُ فَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ

De ki, aydın və yetərli dəlil yalnız Allahdandır. Əgər istəsəydi, hamınızı (məcburən) hidayət edərdi.”


Nöqtələr


◘Allah insanda qərar verdiyi tövhid fitrəti ilə, eləcə də, peyğəmbərlərin və əqlin hidayəti vasitəsi ilə höccəti, dəlili xalqa tamamlayıb xeyir və şər yolları, onların xeyir və bəd sonluqlarını bəyan etmişdir. Xataya yol verənlər üçün də tövbə və qayıdış yolu açıq saxlanmışdır. Peyğəmbərlərin aşkar möcüzələri, gözəl şəkildə dəvətləri və möhkəm dəlilləri, eləcə də, dinin fitrət və əqllə uyğun olması xalq üçün höccəti tamamlamışdır, bəhanə yeri qalmamışdır. Bəli, müşriklərin əsassız gümandan savay öz şirklərinə bir dəlilləri yoxdur. Onlar Allahdan qeyrisinin yolunu seçməklə xatalara, zəifliklərə, elmi və əqli məhdudiyyətlərə, həvəslərə üz tutmuşlar.

◘Rəvayətdə bildirilir ki, Allah qiyamətdə insana buyurar: “Haqq yolu bilirdin, yoxsa yox?” «Bilirdim» deyənlərdən soruşular ki, nə üçün əməl etmədin? «Bilmirdim» deyənlərdən “nə üçün bilməyə çalışmırdın?” deyə soruşular. Budur Allahın yetərli höccəti.1


Bildirişlər


1. Yetərli dəlili, höccəti olan yalnız Allahdır. Ona cavab verməkdə hər birimiz aciz və əliboşuq.

2. Allah yolunda müxaliflər üçün heç bir bəhanə yoxdur. Onlar nə dəlillərdə, nə peyğəmbərlərin sifətində, nə onların dəvət üsulunda nöqsan tapa bilməzlər.

3. Allahın istəyi azad, insanın iradəsinə əsaslanan hidayət, eləcə də, insanın azadlığıdır.

4. Allahın iradəsi dəyişməzdir.


150. ﴿قُلْ هَلُمَّ شُهَدَاءكُمُ الَّذِينَ يَشْهَدُونَ أَنَّ اللّهَ حَرَّمَ هَـذَا فَإِن شَهِدُواْ فَلاَ تَشْهَدْ مَعَهُمْ وَلاَ تَتَّبِعْ أَهْوَاء الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا وَالَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ

(Ey peyğəmbər! Mal-qara və əkinlərdən bəhrələnməyi boş yerə haram edən kəslərə) de ki, “Allah bunu haram edib” deyən şahidlərinizi gətirin. Əgər şahidlik etsələr, sən onlarla birlikdə şahid durma. Ayələrimizi təkzib edənlərin istəklərinə, axirətə iman gətirməyənlərə, Rəblərinə şərik qoşanlara tabe olma.”


Nöqtələr


◘İslam məntiq və azadlıq dinidir. Ötən iki ayədə Allah müşriklərdən soruşdu: “Elə bir şey bilirsinizmi ki, Biz onu bilməyək? Burada isə buyurulur: “Əgər sübutunuz varsa, gətirin.”

◘Bu ayədə əvvəlcə buyurulur: “Əgər dəlilləri varsa, gətirsinlər.” Sonra isə belə buyurulur: “Şəhadət versələr də, sən qəbul etmə.” (Çünki sadiqanə deyil.)

◘“İdl” sözündən olan “yədilunə”, yəni tay, oxşar mənasını bildirir. “Bi Rəbbihim yədilunə”, yəni “Allaha şərik, tay, oxşar qərar verirlər.”

Bildirişlər


1. İslam məntiq və dəlil dinidir. Bu din öz müxaliflərindən dəlil istəyir və onları məntiqli müqayisəyə çağırır.

2. Din təbliğatçılarının vəzifələrindən biri bidətlərə qarşı çıxmaqdır.

3. Hər dəlil və şəhadət etibarlı olmur.

4. Diqqətli olaq ki, ictimai şərait bizi çaşdırmasın.(Haqsız dəlillərin təsdiqi haramdır).

5. Bəşər qanunları kafirlərin həvəsindən doğursa, qəbuledilməzdir.

6. İmanlı insanlar müşriklərin sünnələrinə təqlid etməməlidirlər.

7. Müşriklər Allahı xaliq sayır, amma varlıq aləminin idarəçiliyində Ona şərik qoşurlar.
151. ﴿قُلْ تَعَالَوْاْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلاَّ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

De ki, gəlin Rəbbinizin sizə haram buyurduqlarını deyim: Bir şeyi Ona şərik qoşmayın, ata-anaya yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzi verən Bizik. İstər aşkar, istər gizli, çirkin işlərə yaxınlaşmayın. Allahın (öldürməyi) haram etdiyi insanı nahaqdan öldürməyin. Allahın sizə tövsiyə etdiyi bunlardır. Olsun ki, düşünəsiniz.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin