Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə73/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   68   69   70   71   72   73   74   75   76

Bildirişlər


1. Bütün ilahi dinlərin əsasını Allah yoluna tabeçilik, Allahdan qeyrilərinin yolundan çəkinmək təşkil edir.

2. İlahi hökmlərə əməl vəhdət səbəbidir. Allahdan qeyrilərinin hökmləri ardınca getmək təfriqə yaradır.

3. Bəlkə də son üç ayənin axırına diqqət yetirdikdə belə bir nəticə əldə edilsin: İnsanın təkamül və kamal mərhələləri düşüncə, xatırlama və təqvadan ibarətdir.
154. ﴿ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِي أَحْسَنَ وَتَفْصِيلاً لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَاء رَبِّهِمْ يُؤْمِنُونَ

Sonra Musaya kitab (Tövrat) verdik ki, yaxşı əməl sahibi olan üçün (neməti) tamamlayaq və (bu kitab) bütün məsələləri, hidayət və rəhmət vasitələrini açıqlayan olsun.) Bəlkə xalq öz Rəbbi ilə görüşə iman gətirsin.”


Nöqtələr


◘Quranla Tövrat arasında bir çox oxşarlıqlar vardır. İncildə moizə, Zəburda duaya istinad edilmişdir. Amma Tövratın Qurana oxşarlığı əsasən qanunlar baxımındandır. Bu baxımdan Tövrata “imam” da deyilmişdir.2 Bu ayədə Tövrat da rəhmət, hidayət və hər şeyi açıqlayan kimi tanıtdırılmışdır.

Bildirişlər


1. Hər bir səmavi kitab öz dövrünə görə kamildir.

2. Yalnız yaxşı əməl və düşüncə sahibləri səmavi kitabın göstərişlərini və ilahi qanunları üstün tuturlar.

3. Səmavi kitabda insanın təkamülə çatması üçün onun bütün ehtiyacları bəyan olunmuşdur.

4. Səmavi kitab insanın hidayəti və ilahi rəhməti məqsəd daşıyır.

5. Səmavi kitabların və ilahi peyğəmbərlərin bir məqsədi də insanın qiyamətə iman gətirməsidir.
155. ﴿وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ

Bu (Quran) mübarək bir kitabdır ki, onu nazil etdik. Ona tabe olub təqva yolunu seçin. Bəlkə rəhmətə çatasınız.”


156. ﴿أَن تَقُولُواْ إِنَّمَا أُنزِلَ الْكِتَابُ عَلَى طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَافِلِينَ

(Biz onu nazil etdik ki,) deməyəsiniz: səmavi kitab yalnız bizdən əvvəl olmuş iki tayfaya (yəhudi və məsihilərə) nazil olmuşdur və biz onların elmindən xəbərsiz qalmışıq.”


Nöqtələr


◘“Mübarək” sözü “bərəkət” kökündən olub iki məna daşıyır. Güclü və sabit kök; daimi inkişaf. Quran həm əsas, dəyişməz və möhkəm qanunlara malikdir, həm də zaman ötdükcə onun sirləri üzərindən pərdələr götürülür. Günlər keçdikcə Quran daha çox aydın olur.

◘Ayədəki “ən təqulu” təbiri belə mənalandırılır ki, “deməyəsiniz və bəhanə gətirməyəsiniz.”

◘Ayədəki “dirasət” sözü tilavət və elm mənasını bildirir.

Bildirişlər


1. Quran yalnız nəzəri kitab deyil. Quran səadət kitabıdır və o, insana əməl proqramı təqdim edir.

2. Bəşəriyyətin xoşbəxtliyi iki şeydədir: Haqqa itaət və batildən çəkinmək.

3. Allah höccəti (dəlilləri) xalqa tamamlamışdır.

4. Müsəlmanların təbliğat mexanizmi hər bir ölkə, millət, dil üçün günün səviyyəsində dəqiq proqramlar hazırlamalıdır. Bu yolla höccət tamamlanar, bəhanələr kəsilər. Kimsə deyə bilməz ki, biz haqdan xəbərsiz olmuşuq.


157. ﴿أَوْ تَقُولُواْ لَوْ أَنَّا أُنزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَى مِنْهُمْ فَقَدْ جَاءكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِآيَاتِ اللّهِ وَصَدَفَ عَنْهَا سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُواْ يَصْدِفُونَ

(Kitabı nazil etdik ki), “əgər səmavi kitab nazil olsaydı, hökmən onlardan (yəhudi və məsihilərdən) daha çox hidayət olardıq” deməyəsiniz. (Bu bəhanələrin qarşısını almaq üçün) şübhəsiz, Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və rəhmət gəldi. İlahi ayələri təkzib edib ondan üz çevirənlərdən zalımı kimdir? Biz tezliklə ayələrimizdən üz çevirənləri həmin dönüklüklərinə görə ağır əzabla cəzalandıracağıq.”


Nöqtələr


◘“Yəsdifun” götür-qoy etmədən, düşünmədən bir şeydən sərt şəkildə üz döndərmək mənasını bildirir.

Bildirişlər


1. Məkkə müşrikləri Tövrat və İncil ardıcıllarının doğru yolu tutduğunu etiraf edirdilər. Amma onlar elə hesab edirdilər ki, səmavi kitaba onlar başqalarından daha layiqdirlər.

2. Quranın nazil olması hamı üçün höccəti tamamlayır.

3. Quran Allahın rübubiyyət cilvələrindəndir.

4. Quran hidayət və rəhmət kitabıdır.

5. İmtahana çəkilənədək iddiaçı çox olur. Amma imtahan kimin sədaqətli olub-olmadığını aşkarlayır.

6. Bəşəriyyətə ən böyük zülm səmavi kitabdan üz döndərilməsidir.

7. Həqiqi dindən üz çevirməyin, ilahi ayələrə müxalifətçiliyin cəzası ağır əzabdır.

8. İnsanın bədbəxtçiliklərinin əsas amili onun öz əməlləridir.


158. ﴿هَلْ يَنظُرُونَ إِلاَّ أَن تَأْتِيهُمُ الْمَلآئِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لاَ يَنفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انتَظِرُواْ إِنَّا مُنتَظِرُونَ

Məgər bundan sonra da gözləyirlərmi ki, onların yanına mələklər, Rəblərinin özü, Rəblərinin bəzi ayələri gəlsin?! (Məgər bilmirlərmi,) o gün ki, Rəblərinin bəzi nişanələri gələcək, bundan qabaq iman gətirməyən və ya iman gətirdiyi müddətdə xeyir iş görməyən şəxs iman gətirsə də, faydasız olar?! De ki, (Allahın qəzəbi) intizarında olun ki, biz də intizardayıq.”


Nöqtələr


◘“İsra” surəsinin 92-ci ayəsində kafirlərin yersiz istəkləri bəyan olunmuşdur. Onlar deyirdilər: “Göyü endirməyincə, Allah və mələkləri yanımıza gətirməyincə, sənə iman gətirmərik.” Onların bu intizarı ayədə rədd olunmuşdur.

Bildirişlər


1. İnadkar kafirlər ilahi möcüzələri görsələr də təslim olmurdular.

2. İmana biganəliyin nəticəsi nakamlıqdır.

3. İman və əməl azad və təbii şəraitdə səmərəlidir. Çıxılmaz vəziyyətə düşüb qorxudan iman gətirmək dəyərsizdir.

4. İman olmayan yerdə saleh əməl faydasızdır.


159. ﴿إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ

(Ey peyğəmbər,) öz dinini pərakəndə salıb, dəstə-dəstə olanlarla sənin heç bir bağlılığın yoxdur. (Sən onlara məsul deyilsən.) Onların işlərinin sonu yalnız Allaha aiddir. Həmin vaxt Allah onları öz əməllərindən xəbərdar edəcək.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin