Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə8/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

Nöqtələr


◘Bu surənin ilk ayəsində əhdlərə vəfa, növbəti ayədə Allahın Bəni-İsraillə peymanı xatırlanmışdır. Bu ayədə isə vədə xilaflığın, əhdi pozmağın təsirləri bəyan olunur.

◘Unutqanlıq bəzən ixtiyarsız şəkildə baş verir. Bu hal tənqid olunmur. Amma unutqanlıq səbəbi etinasızlıq və diqqətsizlik olur. Bu hal tənqid olunur. Bu ayədə də uyğun halların nümunəsi bəyan olunmuşdur.


Bildirişlər


1. Bəni-İsrailin vədə xilaflığından və bu işin aqibətindən ibrət götürün.

2. Əhdi pozmaq ilahi lütfdən məhrumluq səbəbi və qəlbin daşlaşması üçün zəmindir. “Tövbə”, surəsinin 77-ci ayəsində əhdə vəfasızlıq nifaq səbəbi kimi göstərilmişdir.

3. Bəni-İsraildən bir dəstəsi daim xəyanət əhli olmuşdur.

4. Peyğəmbər daim yəhudilərin əməl və rəftarlarını izləmişdir.

5. Düşmənlə münasibətdə insafı yaddan çıxarmayın. (“İlla qəlilən” ifadəsi Bəni-İsrail arasında fitnəkar olmayanların da varlığını göstərir.)

6. Əfv və bağışlama ehsan nümunələrindəndir.

7. Kafirin də bağışlanması ehsan və yaxşılıqdır.

8. Xeyirxah insan Allahın sevimlisidir.


14. ﴿وَمِنَ الَّذِينَ قَالُواْ إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللّهُ بِمَا كَانُواْ يَصْنَعُونَ

Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.”


Nöqtələr


◘“Nəsara” “nəsrani” sözünün cəm formasıdır. Həzrət İsa yardımçılarının şüarı da belə olduğundan onların «nəsara» adlandırılması nəzərə gəlir.1

◘“Bəğza” qəlb düşmənçiliyi, “ədavət” isə onun zahirdə təzahürüdür.

◘Xatırlatmaların bir hissəsinin unudulması dedikdə, məsihilərin tövhid həddini aşıb üç üqnuma üz tutması və həzrət Məhəmmədi (s) qəbul etmək əvəzinə, onun nişanələrini gizlətmələri nəzərdə tutulur.

◘“Əğrəyna” əslində «yapışdırma» mənasını bildirir. Yəni onların bağlılıq səbəbi aralarındakı ədavətdir.


Bildirişlər


1. İddia çoxdur, amma əməl az!

2. İddiası olan kəs məsuliyyəti qəbul etməlidir.

3. İlahi xəbərdarlıqların və iki əhdin müjdələrinin unudulması nəticəsi təfriqə və ədavətdir.

4. Başqalarının əhdi pozmasının acı nəticələrindən ibrət götürək. (Nəsaradan əhd aldıq, unutduqları üçün bədbəxtliyə düçar oldular.)

5. Yəhudilər və məsihilər qiyamətədək qalasıdırlar.

6.Təfriqə və düşmənçilik ilahi əzablardandır.

7. Bütün işlər Allahın nəzarəti altındadır və hər bir işin mükafatı və cəzası olacaqdır.
15: ﴿يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ

Ey kitab əhli! Həqiqətən, Bizim peyğəmbərimiz sizə doğru gəldi. (Səmavi) kitabdan bir çox şeyləri gizlətdiyiniz halda sizə bəyan edər və çox şeydən (hazırda ehtiyac olmayan sizin xilaflarınız və gizlətdiyiniz həqiqətlərdən) keçər. Şübhəsiz, Allah tərəfindən sizin üçün nur və aşkar kitab gəlmişdir.”


Nöqtələr


◘Gizlədilmiş məsələlərin bəyanı qeyb elminin nişanəsi və peyğəmbəri tanıma yollarından biridir.1

Bildirişlər


1. İslam ümumbəşəri bir dindir və bütün dinləri haqqa çağırır.

2. İnsanları dəvət edərkən kitab əhlindən də məyus olmayaq.

3. Quransız dünya qaranlıqdır.

4. Tövrat və İncilin bəzi həqiqətləri gizlədilmişdir.

5. Haqqa dəvət üslublarından biri məsələləri zəruri həddə bəyan etməkdir.

6. Peyğəmbər və Quran çox əzəmətlidir. (“Nur” və “kitab” sözlərinin qeyri-müəyyən formada işlənməsi böyüklük və əzəmət nişanəsidir.)


16. ﴿يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

Allah onun (kitabın) vasitəsi ilə Allahın razılığı sorağında olan kəsləri əmin-amanlıq və qurtuluş yollarına hidayət edir. Onları Öz istəyi ilə zülmətlərdən işıqlığa çıxarır və doğru yola yönəldir.”


Nöqtələr


◘Hidayətin dərəcələri vardır: Mərhələlərdən biri insanların qəbul edib-etməməsindən asılı olmayaraq hamı üçün nəzərdə tutulmuş ümumi hidayət mərhələsidir. İkinci mərhələdəki hidayət ümumi hidayəti qəbul edənlərə aiddir. Bu ayə ikinci növ hidayət haqqında danışır.

◘Salam Allahın adlarından biridir.2 Behiştin də adlarından biri “darus-səlamdır.”3 Demək, «Salam» yolları, yəni Allah və behişt yolu əmin-aman və doğru yoldan keçir.

◘“Subuləs-Səlam” fərd və cəmiyyətin, ailə və nəslin, düşüncə, ruh və namusun salamatlıq yollarını bildirir.

◘Allahın razılıq yolunu gedənlərin aşkar nümunəsi Qədir-Xum xəttini izləyənlərdir. Çünki ayənin uyğun hissəsi Əli ibn Əbi-Talibin (ə) canişinlik məqamına seçilməsindən sonra nazil olmuşdur.1


Bildirişlər


1. O insanlar hidayət ola bilirlər ki, Allahın razılığını qazanmaq əzmində olsunlar, məqam, mal, nəfs istəkləri və intiqam ardınca düşməsinlər.

2. İnsan özü öz hidayəti üçün zəmin hazırlayır.

3. Salamatçılıq və səadət yollarına hidayət Allahın razılığını qazanmaqdan asılıdır. Allahdan qeyrisini razı salmaq istəyində olanlar azmışlar.

4. Haqq yol birdir, batil yollar isə (şirk, küfr, nifaq, təfriqə yolları) çoxsaylı. (“Nur” kəlməsi tək, “zülmət” kəlməsi isə cəm formada işlədilmişdir. Bəli, bütün yaxşılıqlar və paklıqlar tövhid nuru sayəsində vəhdət və birlik halına gəlirlər. Zülmət isə həmişə təfriqə və cərgələrdə pərakəndəlik səbəbidir.)

5. Hədəf bir, ona çatmaq yolları isə çoxdur.

6. Vəhy məktəbi fərd və cəmiyyətin, ruh və cismin sağlamlıq və səadətini təmin edir.

7. Bəşəriyyət Quran sayəsində yanaşı yaşayış və həyat səfası əldə edir.

8. Salamatlıq yolu doğru yola aparır. Müxtəlif şəraitlərdə növbənöv vəzifələri yerinə yetirənlər Allahın razılığını qazanır və doğru yola çatırlar.

9. Doğru yola çatmaq üçün peyğəmbər və kitab kifayət etmir. Bu işdə Allahın lütf və istəyi də zəruridir.

10. Nə cəbr (məcburiyyət), nə də təfviz (özbaşına buraxılma). Həqiqət bu iki yol arasındadır. İnsan seçim aparır. Amma Allahın iradəsi olmadan məqsədə çatmaq olmur.

11. Quran bütün zülmətlərin şəfabəxş məlhəmidir. Cəhalət, şirk, təfriqə, vəhşilik, şəkk-şübhə, nəfs istəkləri, xurafat, cinayət, iztirablar zülməti Quran vasitəsi ilə elm, tövhid, vəhdət, mədəniyyət, yəqin, haqq, səfa və aramlıq nuruna çevrilir.
17: ﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Allah Məryəmin oğlu Məsihdir” deyənlər, şübhəsiz ki, kafir oldular. (Ey peyğəmbər, onlara) de ki, əgər Allah Məryəm oğlu Məsih, onun anası və yer üzündə olan hər kəsi həlak etmək istəsə, kimin bunun (qəhrin) qarşısında əlindən bir iş gələr? Göylər və yer, onların arasında olanlar Allahın hakimiyyətindədir. İstədiyini yaradır, Allah hər şeyə qadirdir.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin