Bildirişlər
1. İslam həm vilayət, həm də bəraət (müxaliflərdən üz döndərmə) dinidir. İslamda həm cazibə, həm də dəfetmə var. Əvvəlki ayələrdə yəhudi və məsihilərin vilayətinin qəbulu qadağan edildi. Bu ayədə isə buyurulur: “Allahı, Onun rəsulunu və rüku halında üzüyünü verəni özünüzə rəhbər seçin.
2. “Əvliyaukum” sözünün əvəzinə ayədə “vəliyyikum” sözünün işlədilməsindən belə bir nəticə çıxarmaq olar ki, Peyğəmbər (s) və Əli (ə) vilayətinin ruhu ilahi vilayət şüasıdır.
3. Adətən, Quranda namaz və zəkat sözləri yanaşı işlədilir. Bu ayədə isə namaz və zəkat bir-birinə qarışmış şəkildədir. (Namaz halında zəkat vermək)
4. Namaz və zəkat əhli olmayanlar xalq üzərində vilayət haqqına malik deyillər. (“İnnəma” ilahi vilayətin xüsusi fərdlərə aid olduğunu göstərir.)
5. Məhrumlara diqqətdə namaz maneə deyil. (Bəli, fəqir müsəlman üz tutduğu toplumdan əliboş geri qayıtmamalıdır.)
6. Vilayət namazın bərpası və zəkat ödənməsində möhkəm olan kəslərə aiddir. (“Yuqimunə” və “yutunə” təbirləri davam nişanəsidir.)
7. Allah, Onun rəsulu və imam tərəfindən olmayan istənilən bir vilayət, hökumət və rəhbərlik batildir.
8. Namaz halında Allahın razılığı xatirinə xalqa diqqət namazla zidd deyildir.
9. Fəqirlərə etinasız olanlar sizə rəhbər olmamalıdırlar.
10. (Üzüyün infaqı kimi) cüzi işlər namazı batil etməz.
11. Quran dilində müstəhəb sədəqəyə də zəkat deyilmişdir.
12. Vilayətlər çiyin-çiyinə yox, yuxarıdan aşağı gəlir. Müsəlmanlar üzərində vilayət əvvəlcə Allaha, sonra peyğəmbərə, daha sonra isə imama məxsusdur.
13. Həzrət Əlinin (ə) peyğəmbər dövründə də vilayəti var idi.
56. ﴿وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ﴾
“Hər kəs Allahı, Onun peyğəmbərini və (əvvəlki ayədə bəyan olunmuş) möminləri özünə rəhbər götürsə (Allahın firqəsindəndir). Həqiqətən, Allahın firqəsi qalibdir.”
Nöqtələr
◘Əvvəlki ayə haqqında danışılarkən bəyan olundu ki, “o kəslər ki, iman gətirmişlər” təbiri Həzrət Əli (ə) və ondan sonrakı məsum imamlara aiddir.
◘Allah firqəsinin nişanələri “Mücadələ” surəsinin 22-ci ayəsində belə bəyan olunmuşdur: “Yaranış və məada imanları var; Allahın düşməni ilə dostluq etmirlər.”
◘Allah, Onun rəsulu və imamların vilayətinin qəbulunu zəruri sayan bu ayə anladır ki, əvvəlki ayədəki “vəliyyukum” təbiri dost yox, hakimə aiddir. Necə ki, “hizbullah” (Allahın firqəsi) təbiri həmin insanların qalibliyinə və qüdrətli bir quruluşa işarədir.
◘“Hizb” sözünün lüğət mənası qüdrətli və möhkəm bir qrup deməkdir.1
◘Qələbə təşkilatsız, müdiriyyətsiz, qüdrətsiz, vəhdətsiz, cürətsiz qeyri-mümkün olduğundan, hizbullahda (Allah firqəsində) bu xüsusiyyətlər olmalıdır.
◘Allahın firqəsi təkcə qalib deyil, o həm də nicat tapmışdır.2
◘Həmin surənin 52-ci ayəsində oxuduq ki, bir dəstə şəxs təhlükələrdən qorxaraq kafirlərin hakimiyyətini qəbul edir. Bu ayədə isə buyurulur: “Hizbullah qalibdir.” Yəni kafirlərə üz tutanlar məğlubdurlar. Belədirsə, kafirlərə meyl etməyin.
Bildirişlər
1. Allahın, Peyğəmbərin (s), Əhli-beytin (ə) vilayətini qəbul edənlər hizbullahdırlar.
2. Son qələbə Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərindir.
3. Allah qalib olduğundan Ona bağlananlar da qalibdirlər.1
4. İlahi vədələrə əsaslanaraq, hizbullah öz gələcəyinə arxayındır.
57. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الَّذِينَ اتَّخَذُواْ دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاء وَاتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
“Ey iman gətirənlər! Sizin dininizi məsxərəyə qoyub, oyun-oyuncaq sayanları, sizdən əvvəl kitab verilənləri, (eləcə də) kafirləri özünüzə rəhbər tutmayın. Əgər imanınız varsa, Allahdan çəkinin.”
Bildirişlər
1. Allahın dini və dini müqəddəsliklərin alçaldılmasının dünyəvi cəzası rabitələrin kəsilməsidir. (Başqaları ilə rabitədə müqəddəsliklərə ehtiram zəruri bir şərtdir.)
2. Dini qeyrət və alçaq insanlardan uzaqlıq iman şərtidir.
3. (Soyuq və psixoloji müharibə ilə) dinə istehza düşmənlərin mübarizə üsullarındandır.
4. İlahi təqva zəruri edir ki, düşmənlərdən qorxmayaq, onları özümüzə rəhbər seçməyək.
58. ﴿وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلاَةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْقِلُونَ﴾
“Nə vaxt siz (azan vasitəsi ilə xalqı) namaza çağırırsınız, onu məsxərəyə qoyurlar. Bunun səbəbi onların düşünməyən bir qövm olmasıdır.”
Nöqtələr
◘Yuxarıdakı ayənin nazilolma şəni haqqında deyilir ki, yəhudilərdən və məsihilərdən bir dəstəsi azançının səsini eşitdikdə və ya müsəlmanların namaza dayandığını gördükdə onlara istehza edirdilər.2
Bildirişlər
1. Azanı (dini şüarları) məsxərəyə qoyanlarla rabitədən və dostluqdan çəkinin.
2. Namaz dinin çöhrəsi və zühur məhəllidir. (Əvvəlki ayədə dinə istehzadan danışıldı. Bu ayədə isə dinin siması olan namaza istehza xatırladılır.)
3. Namaz üçün nida edilməlidir ki, hamı toplansın. (Namaz aşkar olmalıdır.)
4. İslam cəmiyyətində namaz üçün fəryad çəkilməli, namaz təbliğ olunmalıdır. Kimsə buna mane olmamalıdır.
5. Aqillər məntiqi üslubda rəftar edirlər. Düşüncəsiz insanların işi isə istehzadır.
59: ﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ﴾
“De ki, ey kitab əhli! Bizə bunu irad tutursunuzmu ki, Allaha, bizə nazil olana və əvvəldən nazil olana iman gətirmişik? Həqiqətən, sizin çoxunuz haqq sərhədindən çıxmışsınız və günahkarsınız.”
Nöqtələr
◘“Niqmət” kökündən olan “tənqimunə” sözü bir şeyin inkarını bildirir. Bu inkar həm dil, həm qəzəb, həm də rəftar vasitəsi ilə ola bilər.1
◘Kitab əhli Tövrat və İncilin buyuruqlarına vəfalı qalmadı. Bu səbəbdən də onların səmavi kitaba sahiblik ləyaqətləri yoxdur.
Dostları ilə paylaş: |