Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə28/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

Nöqtələr


◘Bir gün Allahın rəsulu qiyamət və məhşər səhnələri haqqında danışırdı. Onun danışdıqları xalqa o qədər təsir etdi ki, hamı ağladı və bəziləri qərara gəldilər ki, bundan sona yaxşı xörəklər yeməsinlər, rahatlığı özlərinə haram etsinlər, oruc tutsunlar, həyat yoldaşlarından uzaqlaşsınlar, gecələri az yatsınlar. Onlar bu qərarlarını yerinə yetirəcəkləri barədə and içdilər. Həzrət Peyğəmbər (s) bu məsələdən xəbər tutub xalqı məsciddə topladı və buyurdu: “Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşımı tərk etmirəm. Bizim dinimiz guşənişinlik və röhbaniyyət dini deyil. Mənim ümmətimin röhbaniyyəti cihaddır. Hər kəs mənim yolumu tərsinə getsə, müsəlman deyil.”2 Xalq arasında “içdiyimiz andlar necə olsun?” deyə soruşanlar oldu. Onların sualına cavab olaraq növbəti ayələr nazil edildi.

◘Halallardan imtina haramlığı etiqadla müşayiət olunduqda bidət və haram, əqidə bağlamadan bəhrələnməməkdən ibarət olduqda qadağandır.

◘Müsəlman ilahi göstərişlərə təslimdir. O nə halalları özbaşına haram edir, nə də haramlara başqa münasibət bəsləyir.

Bildirişlər


1. İman əhli pak-pakizə şeylərdən istifadə etməlidir. “Ey xalq” əvəzinə ayədə “ey iman gətirənlər” deyə müraciət olunmuşdur.

2. İman ilahi hökmlərin dəyişdirilməsi ilə bir araya sığmır.

3. İslam fitrət dinidir. Fitrəti boğmaq qadağandır. (Ayədə pak sözü insan fitrətinə uyğun məqamlarda işlədir.)

4. Halal yeməklər, içməklər və ləzzətlər insan üçün yaradılmışdır.

5. İman ifrat və təfritlə bir araya sığmır.

6. İslam məktəbində guşənişinlik, röhbaniyyət, ifrat və təfrit qadağandır.

7. İnsanın özünü pak nemətlərdən məhrum etməsi təcavüzkarlıq kimi qiymətləndirilir.

8. Halal nemətlərdən faydalanarkən israfa yol verməyək, həddi aşmayaq.

9. İfrat və təfrit ilahi məhəbbətdən məhrumluq səbəbidir.
88. ﴿وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ

Allahın sizə bəxş etdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan çəkinin.”


Nöqtələr


◘Quranda adətən “kulu” (“yeyin”) sözü digər əmrlərlə yanaşı buyurulur. Məsələn, “yeyin və şükür edin”, “yeyin və tüğyan etməyin”, “yeyin və layiqli iş görün”, “yeyin və yedirdin”, yeyin və israf etməyin”, “yeyin və şeytanın ardınca getməyin.”1

◘Hədisdə nəql olunur ki, Allah xalqın ruzisini halaldan ayırmışdır. Hər kəs haram ruzi ardınca getsə onun halal ruzi payından kəsilər.2


Bildirişlər


1. Halal maddi imkanlardan bəhrələnmə imanla zidd deyil. Kim maddiyyatın tərk olunmasını təqva sayırsa, yanılır.

2. Qidalanma məsələlərinə diqqət edin.” (Həm qazanc yolu, həm də məsrəf yolu halal olmalıdır.)

3. Ruzi yalnız Allahın əlindədir. Demək, tələskənliyin, hərisliyin, harama meylin faydası yoxdur.

4. Təqva iman şərtidir.


89. ﴿لاَ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاَثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُواْ أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ

Allah sizi boş, hədər andlarınıza görə sorğuya çəkməz. Amma bilərəkdən içdiyiniz andlara görə cəzalandırar. Onun (andı pozmağın) kəffarəsi ailənizə yedirdiyinizdən orta həddə on fəqirə təam vermək, ya on fəqiri geyindirmək, ya da qul azad etməkdir. Əgər bir kəs (qida, geyim və qul) tapmasa, üç gün oruc tutsun. Bu, sizin andlarınızın kəffarəsidir. Nə vaxt and içdinizsə, andlarınıza diqqət yetirin. Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə şükür edəsiniz.”


Nöqtələr


◘Boş, hədər andlar dedikdə məqsədsiz, diqqətsiz, adət şəklində, həyəcanlı və ya qəzəbli halda, düzgün olmayan işlərdə, xilaf işlərin görülməsi məqsədi ilə içilən andlar nəzərdə tutulur. Belə andların kəffarəsi yoxdur. Amma bilərəkdən, faydalı bir iş üçün içilən and məsuliyyət yaradır. Belə and əməl olunmalı, and pozulduqda kəffarə verilməlidir.

İmam Sadiq (ə) “ləğv” (“boş, mənasız”) sözünün haqqında buyurmuşdur: “Ciddi bir məqsəd olmadan “la vəllah” və “bəla vəllah” deyə içilən and boş anddır.”1

◘“Əvsət” (orta”) sözünü bəzi təfsirçilər ən üstün yemək kimi təfsir etmişlər. “Qələm” surəsində də uyğun təfsirlə rastlaşırıq.

◘Andın kəffarəsi olaraq məhrumlara geyindirilən libas həm qış, həm də yay, həm kişi, həm də qadın libası ola bilər.

◘Ümumbəşəri və həmişəlik bir dinin göstərişləri və cəzalarının yerinə yetirilməsi mümkün olmalıdır. Məslən, qul azad etmək, fəqiri doyurmaq və ya geyindirmək hər bir dövrdə, hər bir fərd üçün mümkün əməldir. (Bəziləri bu gün qul olmadığını, quldarlıq dövrünün ötüb keçdiyini bildirirlər. Halbuki «quldarlıq quruluşu ləğv olundu» deməklə qullar azad olmur. Bu gün də insanlar alınıb-satılır, qul kimi istismar edilir.)

◘İmam Sadiq (ə) buyurmuşdur: “Bəziləri on sir (sir-ölçü vahidi), bəziləri isə on sirdən az xörək yeyir. Buna görə də orta hədd kimi on sir (bir müd) təyin olunmuşdur.2

◘İmam Kazim (ə) yuxarıdakı ayəni təfsir edərkən buyurmuşdur: “Ayədəki “tapmayan” ifadəsi ailəsinin ehtiyaclarından artığa gücü çatmayana aiddir.3

Bildirişlər


1. Məqsədsiz andların cərimədən azad edilməsi ilahi bir lütfdür.

2. İslam asan bir dindir. Ciddi olmayan andlar üçün kəffarə təyin edilməmişdir. (Danışıq və əməldə ölçü məqsəd və niyyətdir.)

3. İslamda maddi cərimələr də var.

4. İslam qanunları fəqirliyin aradan qaldırılmasına yönəlib. İslamın fərdi hökmləri cəmiyyətin faydalarına uyğundur. (Yedirmək, geyindirmək, qul azad etmək)

5. Orta həddin gözlənilməsində ədalət hər yerdə, hətta cərimə təyin olunmasında da bir dəyərdir.

6. Cərimə insanların maddi durumuna uyğun olmalıdır.

7. Vəzifənin icrası insanın güc və imkanından asılıdır.

8. Cərimə və kəffarə təyin edərkən xalqın gündəlik orta yaşayış həddi nəzərə alınmalıdır. Hansısa xüsusi günlər əsas götürülə bilməz.

9. Kəffarə ödəyərkən fəqirlərin şəxsiyyətini alçaltmayaq. Onlara öz ailə üzvümüz kimi yanaşaq.

10. Andı pozmaq cürətini oruc və ya cərimə ödəməyin çətinliyi ilə yuyun. (İslamda cərimə və kəffarə ödənməsi özünütərbiyə proqramlarındandır.)

11. İslam qulların azad olunmasında bütün fürsətlərdən istifadə etmişdir. (Hətta bəzi əməllərin kəffarəsi qul azad olunmasıdır.)

12. Allahın müqəddəs adına hörmətlə yanaşaq. Ya and içməyək, ya da içdiyimiz anda əməl edək. Ən son vəziyyətdə pozulmuş andın kəffarəsini ödəyək.

13. Bəziləri elə düşünməsinlər ki, yeri gəldi-gəlmədi and içib cərimə ödəmək olar. (Biz içdiyimiz andların məsuliyyət daşıyırıq.)

14. Maddi imkanı olmayanlar öz fiziki imkanlarından bəhrələnməlidir.

15. Nöqsanları aradan qaldırma yolunun açıq olması ilahi bir nemətdir və buna görə şükür edilməlidir.

16. İlahi göstərişlərə əməl olunması ən üstün şükürdür.


90. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Həqiqətən, şərab, qumar, bütlər, püşk oxları çirkin və şeytani işlərdəndir. Onlardan çəkinin ki, bəlkə nicat tapasınız.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin