Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə39/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   35   36   37   38   39   40   41   42   ...   76

Nöqtələr


◘“Ləbs” sözü pərdələmək, dolaşıq salmaq mənalarını bildirir. “Lubs” sözü isə libas geymək mənasındadır.1

◘Əgər insanlar üçün peyğəmbər və nümunə mələk olsa, bu mələk nəfs istəkləri tufanında çabalayan insanlara necə rəhbərlik edə bilər?

◘Ayə belə mənalandırıla bilər: Əgər peyğəmbər mələk olsa, bir kişi surətində zahir olmalıdır. Bu halda o, gözə görünər. Belə bir vəziyyətdə xalq təyin edə bilməz ki, o, insandır, yoxsa mələk.

Bildirişlər


1. İlahi sünnələr, qanunlar hikmətə əsaslanır. Kiminsə istəyi ilə onlar dəyişilmir. “(Ləv”) belə bir məna verir ki, biz öz işimizi görürük və yersiz istəklərlə işimiz yoxdur.)

2. Xalqın tərbiyə və dəvəti üçün insan seçilməlidir ki, o bütün işlərdə nümunə və öncül olsun.

3. Peyğəmbərlər xalqın arasından seçilir.
10. ﴿وَلَقَدِ اسْتُهْزِىءَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ

Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.”


Nöqtələr


◘Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir.

Bildirişlər


1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır.

2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji müharibələrindən biri də istehzadır. Düşmənlərin istehzasına müqavimət göstərilməlidir.

3. Məsxərə edənlər sonra zəlil olar və istehzaları onları öz ağuşuna alar.

4. Dinə istehza kəbirə günahlardan biridir. Bu günah müqabilində əzab vəd olunmuşdur.

5. Allah peyğəmbərlərin himayəçisidir və istehza edənləri məhv edir.

6. İstehza kafirlərin daimi üslubudur.


11. ﴿قُلْ سِيرُواْ فِي الأَرْضِ ثُمَّ انظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

(Ey peyğəmbər! Onlara) de ki, yer üzündə dolanın, sonra baxın ki, təkzib edənlərin aqibəti necə oldu?”


Nöqtələr


◘“Siru fil-ərz”, yəni “yer üzündə dolanın, gəzin” cümləsi Quranda altı dəfə işlədilmişdir. Təəssüf ki, kafirlər bu göstərişə bizdən öncə əməl etdilər və İslam ölkələrini qarış-qarış dolanıb onun təbii sərvətləri, güclü və zəif nöqtələri, mədəniyyət abidələri və əsərləri, dəyərli kitablarından xəbər tutdular. Bütün bu sərvətlər onlar tərəfindən qarət edildi. Müsəlmanlar isə hələ də qəflət yuxusundadırlar.

Bildirişlər


1. Elm və bilik qazanmaq məqsəd ilə olan və ibrətamiz səfərlər bəyənilmişdir.

2. Haqqa qarşı çıxanların məğlubiyyəti və süqutu qətidir. Əgər şəkk edirsinizsə, onların tarixini oxuyun, səfərlərə çıxmaqla deyilənləri gözünüzlə görün və ibrət götürün.

3. Cəmiyyətin yüksəliş və ya süqut amilləri qanunauyğundur. Həqiqətin inkarı kimi amillər hansısa bir dövrdə insanların həlak olmasına səbəb olmuşsa, başqa dövrlərdə də uyğun nəticə ilə qarşılaşasıyıq.

4. Mədəniyyətlərin süqut amillərindən biri peyğəmbərlərin təkzibidir.

5. Ötəri görüntülər mühüm deyil, mühüm olan şey işin sonudur.
12. ﴿قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالأَرْضِ قُل لِلّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ

De ki, göylərdə və yerdə olan kimin üçündür? De ki, Allah üçündür. O, rəhməti göstərməyi Özü üçün vacib etmişdir. O hökmən sizi heç bir şübhə olmayan qiyamət günündə toplayacaq. Özünü uduzanlar (istedadlarını inkişaf əvəzinə süquta sərf edənlər) həqiqətən iman gətirmirlər.”


Nöqtələr


◘Allahın rəhməti özünə vacib etməsi mövzusu Quranda iki dəfə xatırlanmışdır.1

◘“La rəybə fihi”, yəni “heç bir şübhə yoxdur” cümləsi həm Quran, həm də qiyamət günü haqqında işlədilmişdir.

◘Allah bizim üçün vəzifələr müəyyənləşdirdiyi kimi, Özü üçün də vəzifə müəyyənləşdirmişdir. Məsələn, hidayət etmək2, ruzi vermək3, lütf etmək4, Allah dininin qələbəsi1. Amma Allahın rəhmətinə çatmaq şərti Onun bəndələrinə rəhm etməkdir. Hədislərdə nəql olunur ki, rəhm etməyənə rəhm olunmaz.2

◘Salman Farsi nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Allahın rəhməti yüz dərəcədir. Onun bir dərəcəsi dünyadakı bütün ilahi lütflərin qaynağıdır. Allah qiyamət günü Öz rəhmətinin bütün yüz dərəcəsi ilə xalqla rəftar edəcək.”3

◘Quran ilahi rəhməti hər şeyə şamil edir.4 Bu rəhmətin bir çox nümunələri vardır: yağış5; külək6; gecə-gündüz7; peyğəmbər8; Quran9; Tövrat10; azadlıq11; həyat yoldaşına meyl12; bitkilər və meyvələr13; tövbənin qəbulu.14

Bildirişlər


1. Peyğəmbərə əmr olunmuş təbliğ üsullarından biri sual-cavabın tərtibidir.

2. Varlıq rəhmətə əsaslanır. İlahi rəhmət hər yeri və hər şeyi əhatə edir.

3. Allahın yaratdıqları, məsələn külək, yağış, gecə-gündüz, nəbatat rəhmət olduğu kimi, məad da rəhmətdir.

4. Qiyamətin bərpa olma dəlili xalqın ilahi rəhmətdən bəhrələnməsidir.

5. İlahi rəhmət nə qədər əhatəli olsa da, bəziləri özünü bundan məhrum edir.

6. Dəlil-sübut əvəzinə nəfs istəkləri ardınca qaçmaq, Allahın övliyaları yerinə tağuta üz tutmaq, axirətə etiqad əvəzinə küfr etmək, nura təslim olmaq yerinə oda təslim olmaq kafirlərin böyük zərərlərindəndir.15


13. ﴿وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

Gecə və gündüzdə qərarlaşan hər şey yalnız Ona aiddir. O, eşidən və biləndir.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin