Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə4/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   2   3   4   5   6   7   8   9   ...   76

Bildirişlər


1. İslam hərtərəfli bir dindir. Bu dində insanın bütün təbii və psixoloji ehtiyacları dəqiq şəkildə nəzərə alınmışdır.

2. Cisim və ruhun sağlamlığında qidalanma o qədər əhəmiyyətə malikdir ki, Quranda bu məsələyə dəfələrlə toxunulmuşdur.

3. Tövhid nizamında heyvanın kəsilməsi də ilahi rəngə malik olmalıdır. Əks-təqdirdə bu iş haram olur.

4. Əgər vurulmuş, buynuzlanmış, yıxılmış, parçalanmış heyvanın bədənində yarıcanlılıq varsa, onu şəri qaydada kəsib yemək halaldır.

5. Şirkin istənilən bir formalı təzahürləri ilə mübarizə aparmaq lazımdır.

6. Qumar oxları vasitəsi ilə bölünmüş ət haram olsa da, elə görünür ki, nə həmin ət, nə də həmin bölgü uyğun xüsusiyyətə malikdir. Əslində qumar yolu ilə əldə olunmuş bütün gəlirlər haramdır.

7. Kafirlərin ən mühüm ümid yerləri Həzrət Peyğəmbərin (s) ölümü idi . Həzrət Əlinin (ə) rəhbərliyə təyin olunması ilə həmin yol bağlandı.

8. Cəmiyyətdə ilahi rəhbər varsa, müsəlmanlar heç nədən qorxmamalıdırlar.

9. Xarici düşmənlər sizdən əl çəksə də, daxili düşmənlər var. Allahdan qorxaraq onlarla mübarizə aparmaq lazımdır.

10. Əgər müsəlmanlar “Qədir” günü təyin olunmuş rəhbərlik xəttindən çıxmasaydılar, kafirlər tərəfindən heç bir təhlükə ilə üzləşməzdilər.

11. Kafirlər kamil dindən qorxurlar. Rəhbəri təslim olmuş, cihaddan əl çəkmiş, mənbəyi dastanlar, xalqı pərakəndə olan cəmiyyətin dini kafirləri qorxutmur.

12. Əgər kafirlər sizdən ümidlərini üzməmişlərsə, deməli rəhbərlik baxımından dininizdə nöqsan var.

13. Rəhbərsiz din kamil deyil.

14. Məktəbin möhkəmliyi düzgün rəhbərdən asılıdır. Yalnız həqiqi rəhbərin varlığı kafirləri məyus edir. Başqa şeylər bir o qədər də əhəmiyyət daşımır.

15. İlahi rəhbərsiz bütün nemətlər naqisdir.

16. Həzrət Əlinin (ə) imamətə təyini nemətlərin tamamlanmasıdır. O həzrətin (ə) vilayətindən çıxmaq naşükürlükdür və sonu çox pisdir.1

17. Rəhbərsiz İslam Allahın nəzərində yetərsizdir.

18. İnsandan asılı olmayaraq yaranmış çıxılmaz vəziyyətlərdə haramdan istifadə caizdir. Demək, insan bilərəkdən özünü çıxılmaz vəziyyətə salmamalıdır.

19. İnsanın bütün hallarını və şəraitlərini nəzərə alan qanun kamildir. Xüsusilə çıxılmaz vəziyyətlərə nəzər yetirilməlidir. Bəli, İslam hökmlərində çıxılmaz vəziyyət yoxdur.

20. Fövqəladə vəziyyət günah və mütləq azadlığa şərait yaratmamalıdır. Çıxılmaz vəziyyətə düşdükdə də hədd gözlənilməlidir.

21. Çıxılmaz vəziyyətə düşmüş insanlar üçün nəzərdə tutulan yüngülləşdirmə hallarından sui-istifadə edilməməlidir. İmam Baqir (ə) bu cümlənin təfsirində buyurmuşdur: “Sui-istifadə etməyən şəxs o kəsdir ki, bilərəkdən günah sorağınca getməsin.”1
4: ﴿يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللّهُ فَكُلُواْ مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُواْ اسْمَ اللّهِ عَلَيْهِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ

(Ey peyğəmbər,) səndən soruşurlar ki, onlar üçün nələr halal olmuşdur? De ki, “bütün pak şeylər sizin üçün halal olmuşdur. (Eləcə də) ov ardınca göndərdiyiniz və Allahın sizə öyrətdiyinə xatir öyrətdiyiniz ov itlərinin (ovu). Onların sizin üçün tutduqlarından yeyin. (Ov heyvanını göndərən zaman) Allahın adını çəkin və Allahdan çəkinin. Allah tez hesab çəkəndir.”


Nöqtələr


◘“Cəvarih” sözü “carihə” sözünün cəm forması olub “cərh” kökündən alınmışdır və kəsb və yara kimi iki məna daşıyır. Ovçu heyvana “carihə” deyilir. Çünki o ya ovu yaralayır, ya da onu sahibi üçün kəsb edir. Kəsb və səy vasitəsi olan bədən üzvləri də «cəvarih» adlandırılmışdır.

◘“Mukəllibin” sözü “kəlb” sözündən olub «it» mənasını bildirir. Yalnız təlim görmüş ov itlərinin ovu halaldır. Bu it ovun ardınca göndərilməli və onu saxlamalıdır. İt ovu özü üçün ovlamışsa, həmin ovu yemək haramdır.


Bildirişlər


1. Peyğəmbərlər cəmiyyətdəki təbii sual və ehtiyaclara cavab verirlər.

2. Bilmədiklərimizi peyğəmbərlər və onların varislərindən soruşaq. (İlkin İslam dövrü müsəlmanlarında dini hökmlərin və vəzifələrin öyrənilməsinə münasibətdə məsuliyyət hissi var idi.)

3. Sual bir dəyərdir və məsuliyyət hissinin göstəricisidir.

4. Sual Quran ayələrinin tədricən nazil olma zəminəsidir.

5.Ümmətin peyğəmbərlə rabitəsi vasitəsiz olur.

6. İslamda qidalanma məsələsinə əhəmiyyət verilmişdir.

7. Hər hansı qida aşkar və ya gizli çirkinliyə görə haram edilir.

8. Əsas və külli qanun odur ki, bütün pak və xoşagəlimli şeylər halaldır.

9. İslam fitri din olduğundan könül oxşayan və zərərsiz şeyləri halal bildirir. (Şəriət və yaranış (təbiət) arasında tam uyğunluq var.)

10. Təlim təkcə insana aid deyil. Heyvanlara da təlim verilə bilər.

11. Bilik hətta itə də dəyər verir. Bu yolla itin səmərəsi artır. İt azca təlim görməklə bir ömür ovunu öz müəlliminə bağışlayır. Bəs bütün biliklərini Allahdan öyrənmiş insanlar Allah üçün nə edir?

12. Ovlanmış ətin bir hissəsi ovçu heyvana çatır. (Ayədəki “min” hissəsi ovun bir qisminə işarədir.)

13. Ov itini göndərən zaman Allahın adını çəkin.

14. İtdən istifadə edərkən İlahi göstərişlərə riayət təqva nişanəsidir.

15. Bəzi çöl heyvanlarının əti halaldır. (“Ov” sözü heyvanın çöl heyvanı olmasını göstərir)

16. Məad və Allahın dərhal hesab çəkməsinə diqqət yetirmək təqva səbəblərindən biridir.


5. ﴿الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلُّ لَّهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ وَمَن يَكْفُرْ بِالإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ

Bu gün bütün pak və könül oxşayan şeylər sizin üçün halal oldu. Kitab əhlinin təamı sizin üçün halaldır. Sizin təam da onlar üçün halaldır. Pak, imanlı, eləcə də, sizdən əvvəl kitab verilmiş kəslərdən olan pak qadınlar (ilə izdivac) caizdir. Bir halda ki, qadınların mehriyyəsini ödəyin, zinakar yox, pak olun, gizlində (qeyri-şəri) dost tutmayın. Hər kəs öz imanını küfrə dəyişsə, hökmən onun əməli puç olmuşdur və o, axirətdə ziyankarlardandır.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin