Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə41/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

Nöqtələr


◘Məkkə müşrikləri İslam peyğəmbərindən öz risaləti üçün şahid tələb edirdilər. Onlar həzrətin peyğəmbərliyini qəbul etmir və deyirdilər: “Hətta yəhudi və məsihilər səni peyğəmbər bilmir. Bu ayə İslamın qəriblik dövründə onun parlaq gələcəyi və bəşəri missiyasından xəbər verir.

◘Həzrət Əli (ə) “həqiqətən O, bir olan Allahdır” cümləsi haqqında buyurmuşdur: “Əgər başqa məbudlar olsaydı, onlar da öz peyğəmbərlərini göndərərdilər.”1

◘Həzrət Peyğəmbərin (s) yanına bir dəstə əsir gətirdilər. Həzrət onlardan soruşdu: “Bu vaxtadak İslama dəvət olunmusunuzmu?” Əsirlər dəvət olunmadıqlarını bildirdilər. Həzrət buyurdu: “Bu insanları əmin-aman bir məhəllə çatdırıb azad edin. Çünki İslamın nidasını eşitməmiş kəs əsir götürülməməlidir.” Sonra həzrət həmin ayəni oxudu.2

◘İmam Sadiq (ə) buyurmuşdur: «Daimi qorxutma olan yerdə daimi qorxudan da olmalıdır. İlahi imamət və rəhbərlik də əbədi olaraq Quranla birlikdə olmalıdır.»1

◘İnsanlarda zərərdən qaçmaq istəyi mənfəət qazanmaq istəyindən güclüdür. Ona görə də Quranda qorxutma məsələsi daha ciddi vurğulanmışdır.2

Çoxsaylı hədislərdə ayədəki “mən bələğə” təbirinin məsum imamlara aid olduğu bildirilir.3 İmam Sadiq (ə) “mən bələğə” təbiri haqqında buyurmuşdur: “Ayədə imamət vəzifəsini qəbul etmiş kəs nəzərdə tutulur. Bu şəxs peyğəmbər kimi xalqı Quranla qorxudur.”4


Bildirişlər


1. İslam peyğəmbərinin doğruçuluğunun sübutu üçün Allahın şahid olması yetər.

2. Həqiqətlərin sual-cavab şəklində bəyanı Quranın təbliğ üsullarındandır.

3. Qəflət, səhv, unutqanlıq, məhdudiyyət insanın məlumat əldə etmək və şahid olmaq qüdrətini əskildir. Allahda bu sifətlər olmadığından O ən böyük şahiddir.

4. İslam peyğəmbərinin risalətinin ən böyük şahidi Qurandır.

5. Qafil xalqa qorxutma ilə müşayiət olunan müraciət daha təsirlidir.

6. Həzrət Məhəmmədin (ə) risaləti ümumbəşəri, əbədi və bütün xalqlar və dövrlər üçün nəzərdə tutulmuş risalətdir.

7. Nə qədər ki, bir qanun xalqa bəyan olunmayıb, məzəmmət və tələb etmək olmaz. Üsul elmi terminologiyasında bu hal “bəyansız cəza qəbihdir” kimi ifadə olunur.

8. Əqidə məktəbinə iman, gələcəyə ümid, möhkəmlik, şirklə mübarizə səmavi rəhbərlik şərtlərindəndir.


20. ﴿الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمُ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ

Kitab verdiyimiz kəslər Məhəmmədi (s) öz övladları tək tanıyırlar. (Əvvəlki peyğəmbər və kitabların Məhəmməd (s) haqqında dediklərini bilirlər.) Özünə zərər vuran kəslər iman gətirməzlər.”


Nöqtələr


◘Bu ayə “Bəqərə” surəsinin 146-cı ayəsinə oxşayır.

◘Tövrat və İncildə həm İslam peyğəmbərinin əlamətləri, həm də onun və ətrafındakıların əxlaqına işarə olunmuşdur.5

◘Ən yaxşı tanıma insanın öz övladını tanımasıdır. Çünki insan öz övladını anadan olduğu gündən izləyir. Amma ata-ana, bacı-qardaş və həyat yoldaşını övlad qədər tanımaq olmur. Ona görə də ayədə “onlar peyğəmbəri öz övladları kimi tanıyırdılar”-deyə buyurulur.

Bildirişlər


1. Allah kitab əhlinə höccəti tamam etdi, dəlillər gətirdi, bəhanələri kəsdi. Onlar İslam peyğəmbərini çox yaxşı tanıyırdılar.

2. Peyğəmbər çox yaxşı tanınmalıdır və onun doğruçuluğuna heç bir şübhə qalmamalıdır.

3. İnsanın qurtuluşu yalnız tanışlıq və elmdən asılı deyil. Bir çox allahşünaslar, peyğəmbərşünaslar və dinşünaslar öz inadkarlıqları səbəbindən ziyana düşdülər.

4. Haqqın gizlədilməsi insanı pis aqibətə düçar edir.


21. ﴿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ

Allaha iftira yaxan və ilahi ayələri təkzib edəndən də zalım olan kimdir? Həqiqətən, zalımlar nicat tapmazlar.”


Nöqtələr


◘Quranda “kimdir daha zalım?” təbiri on beş dəfə işlədilmişdir. Belə bir müraciət Allaha iftira yaxanlara, xalqı məsciddən uzaqlaşdıranlara, şəhadət və haqqı gizlədənlərə ünvanlanmışdır. Aydın olur ki, əqidə zülmü, xalqı təkamüldən uzaqlaşdırmaq cəmiyyətə ən böyük zülmdür.

Bildirişlər


1. Daha əziz və daha müqəddəs bir şeyə qarşı zülm daha ağır zülmdür. Ona görə də Allaha zülm, Onun müqəddəs zatına iftira zülmlərin ən böyüyü sayılır.

2. İnsanların düşüncə və mədəniyyətinə zülm ən pis zülmlərdəndir. Bu sayaq zülmə nümunə olaraq Allaha şərik qoşulmasını, Allaha iftira yaxılmasını, yalandan peyğəmbərlik iddiasını, bidəti, rəy əsasında təfsiri göstərmək olar.


22. ﴿وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ أَيْنَ شُرَكَآؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

Bir gün onları birlikdə hüzura gətirər (məhşur edər), sonra şərik qoşanlara deyərik: “Özünüz üçün (Allah) zənn etdiyiniz şərikləriniz haradadır?”


Nöqtələr


◘Müşriklərin qiyamət günü zəlilcəsinə dil çıxararaq yalvarması onların məhrumluq nişanəsidir. Bu məhrumiyyətə əvvəlki ayədə işarə olunmuşdur.

◘Ayədə şirk nəzərdə tutulsa da, Allahın övliyalarından qeyrilərini rəhbərliyə seçənlər və məsum övliyalarla müxalifətə qalxanlar da bir növ müşrik sayılırlar. Bu məsələyə “camieyi-kəbirə” ziyarətində də toxunulur.1 Hədisdə deyilir: “Bizim sözümüzü və yolumuzu inkar edənlər Allahın sözünü inkar edənlər kimidir və belə bir şəxs müşrik yerindədir.”2


Bildirişlər


1. Qiyamət mühakiməsi açıq-aşkardır.

2. Hər bir əqidə, eşq və pərəstişdən qabaq qiyamət gününün sorğusuna hazır olaq.

3. Qiyamət günü hətta müşriklər üçün də tövhidin haqq olaraq zühur günüdür.

4. Şirk puç xəyaldan başqa bir şey deyildir.


23. ﴿ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلاَّ أَن قَالُواْ وَاللّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

(Bütlərə aldanışlardan sonra Allah hüzurunda) bir üzr tapmazlar. Yalnız bunu deyərlər: “And olsun Allaha! Ey Rəbbimiz, biz heç vaxt müşrik olmamışıq.”


24. ﴿انظُرْ كَيْفَ كَذَبُواْ عَلَى أَنفُسِهِمْ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ

Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin