Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə44/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

Nöqtələr


◘Əgər dünya həyatı axirət üçün əkinəcək olmasa oyuncaq olar. Uşaqlar oyuncaqla başlarını qatdıqları kimi, xalq da dünya malına aludə olub ömrünü əldən verər. Məsələn, teatr səhnəsində biri şah, digəri vəzir, o biri isə nökər libası geyir. Bir saatdan sonra isə hamı libasını soyunur və əvvəlki halına qayıdır. Açıq-aşkar görünür ki, bu bir saat ərzindəki məqamlar xəyali bir məqam imiş.

◘Axirətin dünyadan üstünlük nişanələri sırasında ondakı ləzzətlərin əziyyətlə birgə olmaması və davamlılığıdır.

◘Quranın əvvəlki ayələrini nəzərə almaqla bu ayəni tərki-dünyalığa dəvət kimi qəbul etməməliyik.

◘“Ləb” dedikdə yanlış məqsədli iş başa düşülür. “Ləhv” isə insanı mühüm işlərdən ayıran işdir.1

◘Dünya bir neçə baxımdan oyun-oyuncağa oxşayır: dünyanın da ömrü oyunun ömrü kimi qısadır; dünya da oyun kimi yorucudur və acı-şirinliyi var; məqsədsiz qafillər oyunu özlərinə peşə seçirlər; dünyapərəstlik də oyun kimi insanı mühüm məqsədlərdən ayırır.

Bildirişlər


1. Dünyapərəstlik uşaqyana və puç fikirdir. (Oyun-oyuncaq, adətən, uşaq işi olur və dünyaya baş qatmaq insanı axirətdən ayırır.)

2. Axirət təhlükəsindən qurtuluş yolu düşüncədir.

3. Düşüncəli insan dünyaya aldanmır.

4. Düşüncəsizlik insanı dünyaya qul edir və axirətdən qəflətdə saxlayır.

5. Axirətdən xəbərsizlik məzəmmətə səbəb olur.

6. Düşüncə və təqva bir-biri üçün şərtdir.


33. ﴿قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ فَإِنَّهُمْ لاَ يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللّهِ يَجْحَدُونَ

Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər.”


Nöqtələr


◘Ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbərin düşmənləri də onu əmanətdar və sədaqətli sayırdılar. Amma deyirdilər: “Əgər onun dediklərini təsdiq etsək, qəbiləmiz və mövqelərimiz alçaldılmış olar.” Bəzən isə belə deyirdilər: “O, sədaqətlidir, amma düşünür ki, ona vəhy gəlib.” Belə bir gümanla onlar ilahi ayələri təkzib edirdilər.

◘İmam Sadiq (ə) “səni təkzib etmirlər” təbiri haqqında buyurmuşdur: “Yəni onlar sənin dediklərini və müddəalarını batil edə bilməzlər.”2


Bildirişlər


1. Müxaliflərin təkzibi rəhbəri pərişan etməməlidir. Bu səbəbdən də Allah Öz peyğəmbərinə təsəlli verib, onu himayə edir.

2. Allah insanın daxili ruhiyyəsinə agahdır.

3. Peyğəmbərin təkzib olunması Allahın təkzib olunmasıdır. Eləcə də, peyğəmbərə beyət Allahla beyətdir.

4. Başqalarının daha böyük çətinliklərini, təkzib olunmaqlarını nəzərə alaraq öz çətinliyimizi asan sayaq.

5. Peyğəmbərlərin müxalifləri hansısa bir şəxslə yox, əqidə məktəbi ilə müxalifdirlər.

6. İlahi ayələrin təkzibi insanın həm özünə, həm peyğəmbərə, həm əqidə məktəbinə, həm də gələcək nəsillərə zülmdür.


34. ﴿وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُواْ عَلَى مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّى أَتَاهُمْ نَصْرُنَا وَلاَ مُبَدِّلَ لِكَلِمَاتِ اللّهِ وَلَقدْ جَاءكَ مِن نَّبَإِ الْمُرْسَلِينَ

Həqiqətən, səndən qabaq da peyğəmbərlər təkzib olundular. Amma onlar bu təkzib və əzab-əziyyət qarşısında səbir etdilər. Nəhayət, Bizim yardımımız onlara çatdı. (Sən də belə ol, çünki) Allahın kəlmələrini (sünnələrini) dəyişən yoxdur. Şübhəsiz, peyğəmbərlərin xəbərlərindən sənin üçün gəlmişdir. (Onların tarixi ilə tanışsan.)”




Nöqtələr


◘«Kəlmələr» dedikdə ilahi sünnələr nəzərdə tutulur.1

◘Tarix hadisələri tanımaq üçün qəbul olunmuş qaynaq və mənbədir. Əvvəlki peyğəmbərlərin səbrindən, Hud, Saleh, Lut qövmünün həlak olmasından ibrət götürülməlidir. Allahın sünnə və qanunu budur ki, xalqa seçim azadlığı verilsin və peyğəmbərlər göndərilsin. Allah kafirləri cəzalarına çatdırır, peyğəmbərlərə öz dəvətlərində yardım göstərir.

◘Quranın müxtəlif ayələrində Allah-təala səbirli rəhbərlərə və möminlərə yardım göstərəcəyini Özünə vacib bilmişdir.2

Bildirişlər


1. Haqq yol heç vaxt hamar olmamışdır. Peyğəmbər amallarının araşdırılması daim çətinliklərlə müşayiət olunmuşdur.

2. Çətinliklərə sinə gəlməkdə ən üstün vasitə ilahi yardımların bəyanıdır.

3. Rəhbərlər hamıdan itaət gözləməməlidirlər.

4. Qələbənin əsas şərti səbirdir. (Allah səbirlilərə qələbə ümidi verir.)

5. Düşmənlər haqqa qarşı döyüşdə heç nədən çəkinmirlər. Onlar həm təkzib edir, həm də əzab-əziyyət verirlər.

6. Ardıcıl səbir ilahi yardıma çatma zəminəsidir.

7. Haqq qalibdir.

8. İlahi sünnələr, qanunlar dəyişməzdir. Allah Öz vədinə vəfalıdır.

9. Hər kəs tarixdən öz oxşarını tapmalıdır.

10. Keçmiş nəslin zəhmətlərini xatırlamaq və dəyərləndirmək lazımdır.


35. ﴿وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ اسْتَطَعْتَ أَن تَبْتَغِيَ نَفَقًا فِي الأَرْضِ أَوْ سُلَّمًا فِي السَّمَاء فَتَأْتِيَهُم بِآيَةٍ وَلَوْ شَاء اللّهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَى فَلاَ تَكُونَنَّ مِنَ الْجَاهِلِينَ

Əgər onların (kafirlərin) üz döndərməsi və etinasızlığı sənə ağırdırsa, (onları istənilən bir vasitə ilə doğru yola gətirmək istəyirsənsə, bax gör) edə bilsən yerdə bir dəlik və ya göydə bir nərdivan axtarasan ki, (digər bir) ayə gətirəsən (yenə iman gətirməzlər). Əgər Allah istəsəydi, onların hamısını doğru yola gətirərdi. (Amma məcburi hidayət ilahi sünnə deyil,) beləcə, heç vaxt cahillərdən olma.”


Nöqtələr


◘Ayənin nazilolma şəni haqqında deyilir: Kafirlər həzrət Peyğəmbərə (s) deyirdilər: “Nə qədər ki, yeri yarıb bizim üçün bir bulaq çıxarmamışsan, sənə iman gətirmərik.1 Onlar bəzən də göyə çıxmaqdan danışırdılar.2 Bəlkə də ayə kafirlərin yersiz istəklərini açıqlayır. Peyğəmbərə bildirilir ki, yeri aralasan da, göyə nərdivan qoysan da, özünü oda-suya vursan da faydası yoxdur. Buyurulur ki, sənin dəvətində nöqsan yoxdur, onlar inadkardırlar və onların hidayəti üçün özünü üzmə.

Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin