Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə46/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

Bildirişlər


1. Yaranışdakı ilahi qüdrət, varlıq aləminin məqsədli olması bütün mövcudlara münasibətdə eynidir.

2. Nəzm və ictimai həyat yalnız insanlara aid deyildir. Heyvanların həyatında da xüsusi bir nizam-intizam müşahidə olunur.

3. Həm insanlar, həm də heyvanlar İlahi tədbirə ehtiyaclıdırlar. Allah Öz məsləhəti əsasında onlara şüur verir və onların hər birində nizam-intizam vardır.

4. Qurani-kərim ən əhatəli və ən kamil səmavi kitabdır.

5. İnsanın hidayət, tərbiyə və inkişaf səbəbləri Quranda bəyan olunmuşdur. Quranda İslam peyğəmbərinin haqq olması və xalqın hidayəti məsələlərində heç bir əskiklik yoxdur.

6. Heyvanlara münasibətdə də zülm və biganəliyə yol verməyək. Onların da bizim kimi yaşamaq haqları var.5

7. Məad və həşr (qiyamət hüzuru) yalnız insanlara aid deyildir.

8. Mövcudların Allaha doğru hərəkəti təkamül hərəkətidir və ilahi rübubiyyətdən bir cilvədir.


39. ﴿وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ مَن يَشَإِ اللّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

«Bizim ayələrimizi təkzib edənlər qaranlıqlardakı kar və lal kəslərdir. Allah istədiyini (layiq olduqda) azdırar, istədiyi kəsi (layiq bilsə) doğru yolda qərar verər.»

Nöqtələr


◘Hidayət və zəlalət Allahın əlində olsa da, Allah insana ixtiyar vermiş və Öz işini hikmət əsasında qurmuşdur. Məsələn, insanın Allah yolunda cihadı onun İlahi hidayəti üçün zəminədir.6 Eləcə də, insanın ətrafdakılara zülm etməsi onun azğınlığına səbəb olur.1 İlahi ayələrin təkzibi isə Allah tərəfindən azdırılma ilə nəticələnir.

Bildirişlər


1. Küfr və inad insanı tanıma vasitələrindən məhrum edən zülmətdir.

2. Haqqın təkzibi və onun gizlədilməsi lallıq, haqqı eşitməmək isə karlıqdır.

3. İlahi ayələrin təkzibinin nəticəsi zəlalət və ilahi qəhrdir.

4. Doğru yolda hərəkət üçün eşidən qulağa, haqq danışan dilə və daxili nura ehtiyac vardır.


40. ﴿قُلْ أَرَأَيْتُكُم إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللّهِ تَدْعُونَ إِن كُنتُمْ صَادِقِينَ

De ki, əgər doğru deyirsinizsə, Allahın əzabı dünya və axirətdə sizə gəlib çatdıqda nə edəcəksiniz? Yoxsa Allahdan qeyrisinimi çağırarsınız?”


Nöqtələr


◘İnsan, adətən, rifah və rahatlıq içində yaşadıqda qafil, diqqətsiz olur. Amma qarşıya çıxan çətinliklər qəflət pərdəsini qaldırır və insandakı allahpərəstlik fitrəti oyanır.

Bildirişlər


1. Təbliğ və tərbiyə üsullarından biri qarşı tərəfə ünvanlanan sualdır.

2. Təcrübə göstərir ki, bütün insanlarda (zahirdə küfr etsələr də) allahpərəstlik fitrəti var. Hadisələr və bəlalar zamanı bu fitrət üzə çıxır. İslam peyğəmbərinin vəzifəsi insanların diqqətini onların yatmış fitrətinə yönəltməkdir.

3. Hadisələr və çətinliklər zamanı bütün qəflət pərdələri qaldırılır və insan yalnız Allaha üz tutur. Həmin vaxt başqa məbudlara diqqətsizlik onların puç olması dəlilidir.


41. ﴿بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاء وَتَنسَوْنَ مَا تُشْرِكُونَ

Əksinə, (təhlükə zamanı) yalnız Onu çağırarsınız. Əgər istəsə, Allah Onu çağırmağınıza səbəb olan çətinliyi aradan qaldırar. Allaha şərik güman etdiklərinizi (qiyamət günü) unudarsınız.”


Nöqtələr


◘Əzabın götürülməsinin səbəbi ya höccətin, dəlillərin tamamlanması məqsədidir, ya da qövmün halının dəyişilməsi. Necə ki, “Yunus” surəsinin 98-ci ayəsində buyurulur: “İman gətirdiklərinə görə onları zillət əzabından azad etdik.”

Bildirişlər


1. İnsan çətin hadisələrlə qarşılaşdığı zaman bütün uydurma məbudlar yaddan çıxır. Bu məbudlar nəinki unudulur, hətta inkar edilir. Digər bir ayədə oxuyuruq: “Müşriklər qiyamət günü and içməklə öz şirklərini inkar edərlər.”1

2. Xalisanə dua qəbul olunur.

3. Allahdan qeyrilərinə ümidsizlik duanın qəbul olmasını sürətləndirir.

4. Duanın qəbulu Allahın hikmətinə, iradəsinə əsaslanır.


42. ﴿وَلَقَدْ أَرْسَلنَآ إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

Həqiqətən, səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. (Boyun qaçırdıqlarına görə) onları yoxsulluq və xəstəliyə düçar etdik. Bəlkə (Bizə) yalvaralar.”


Nöqtələr


◘“Bəsa” döyüş, yoxsulluq, qəhətlik, sel, zəlzələ, keçici xəstəlik, “zərra” isə qəm-qüssə, alçalmaq, cəhalət, iflas deməkdir.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Əgər çətinliklər zamanı xalq Allah dərgahına sədaqətlə nalə çəksə, Allahın lütfünə nail olar.”2 Mövləvi bu həqiqəti belə nəzmə çəkir:


Haqqın hüzurunda çəkilən fəğan,

Üstündür bir ömür səcdədən, inan.

Zoru kənara qoy, tut nalə yolun,

Göylər ağlayana uzadır əlin.


Bildirişlər


1. Xalq arasında peyğəmbərin besəti tarix boyu gerçəkləşmiş ilahi sünnələrdəndir.

2. Keçmişdəkilərin başlarına gələnlər gələcəkdəkilər üçün ibrətdir.

3. Tərbiyə və hidayətdə bəzən təzyiq və sərtlik də lazım gəlir.

4. Çətinliklər fitrəti oyadan və diqqəti Allaha yönəldən yollardandır.

5. Hər rifah lütf, hər əziyyət qəzəb sayılmamalıdır.

6. Bəzi inadkarlar hətta sıxıntı və çətinlik vasitəsi ilə də ram olmurlar.


43. ﴿فَلَوْلا إِذْ جَاءهُمْ بَأْسُنَا تَضَرَّعُواْ وَلَـكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُواْ يَعْمَلُونَ

Bəs nə üçün Bizim çətinliklərimiz onlara yetişdikdə tövbə edib nalə çəkmədilər? Bəli, (həqiqət odur ki,) onların qəlbi daşlaşıb bərkimiş və Şeytan gördükləri işləri onlara gözəl cilvələndirmişdir.”


Bildirişlər


1. Allah dərgahına doğru nalə insanın təkamülü, Allaha yaxınlaşması, daşqəlblik və yalandan uzaqlaşma səbəbidir.

2. İnsan fitrətən gözəlliyi sevir. Şeytan bu meyldən istifadə edib onu qəflətə sürükləyir.

3. İnadkarlara nə təbliğ, nə də tənbeh təsir edir.

4. Yalvarışın tərki və qürurun kökü insanın şeytani cilvələrə məftun olmasıdır.


44. ﴿فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّى إِذَا فَرِحُواْ بِمَا أُوتُواْ أَخَذْنَاهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ

Onlara verilmiş nəsihətləri unutduqlarından hər növ nemət qapılarını üzlərinə açdıq. (Maddi nemətlər içində qərq oldular.) Onlara veriləndən məmnun olduqları vaxt qəfildən onları saxladıq və birdəfəyə qəmgin və ümidsiz oldular.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin