Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə52/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

Bildirişlər


1. Peyğəmbərin vəzifələrindən biri Allahın misilsiz qüdrətini xatırlatmaqdır.

2. Şirk insanın müxtəlif əzablara düçar olmasına zəmin yaradır.

3. Allah həm nicat verən, həm də əzaba salandır. Bilərəkdən Allahdan qeyrisinin sorağınca gedən insan əzab gözləməlidir.

4. Təfriqə və parçalanma göy və yer əzabı ilə yanaşı ilahi əzablardandır.

5. Bəzən xalq xalq vasitəsi ilə, bir-birlərinin əli ilə tənbeh olunur.

6. Din təbliğatçıları xalqın yola gətirilməsində müxtəlif üsullardan istifadə etməlidirlər.

7. Əgər bir mövzunu müxtəlif şəkillərdə açıqlasaq təsir daha güclü ola bilər.

8. Tutduğunuz yol haqdırsa, xalqın təkzibindən qorxmayın.

9. Sən nəticəyə yox, vəzifəni yerinə yetirməyə məsulsan.
67. ﴿لِّكُلِّ نَبَإٍ مُّسْتَقَرٌّ وَسَوْفَ تَعْلَمُونَ

(Allah və ya Onun peyğəmbərinin sizə verdiyi) hər bir xəbər üçün vaxt müəyyənləşmişdir və tezliklə biləcəksiniz.”


Nöqtələr


◘Əvvəlki ayədə deyildi: “Allahın hər tərəfdən sizə əzab nazil etmək qüdrəti var.” Bu ayədə buyurulur: “Əgər inadkar kafirlərə bir əzab gəlmədisə, tələsməyin. Çünki hər bir xəbərin gerçəkləşməsi üçün müəyyən zaman var.”

Bildirişlər


1. Hər bir ilahi xəbərin və proqramın gerçəkləşməsi qətidir, hikmətə əsaslanır və müəyyən zaman üçün nəzərdə tutulmuşdur. (Heç bir hadisə proqramsız, məqsədsiz və təsadüfi deyil.)

2. İman gətirməyə məcbur edilməsəniz də, öz işinizin sonunu, aqibətini düşünün.

3. Tələsik mühakimə yürütməyin, Allahın sizə möhlət verməsini Onun sizdən xəbərsiz olması kimi qəbul etməyin.
68. ﴿وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُواْ فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنسِيَنَّكَ الشَّيْطَانُ فَلاَ تَقْعُدْ بَعْدَ الذِّكْرَى مَعَ الْقَوْمِ الظَّالِمِينَ

Kimlərinsə Bizim ayələrimizi (eyb tutmaq məqsədi ilə) araşdırdığını gördükdə onlardan üz döndər ki, (söhbətin mövzusunu dəyişib) digər bir mövzuya məşğul olsunlar. Əgər şeytan sənə unutdursa, hiss etdikdən sonra (bir daha) bu zalım qövmlə oturma.”


Nöqtələr


◘“Xovz” dedikdə məsxərə və təhqir məqsədli araşdırma və danışıq nəzərdə tutulur. Bu danışıqda haqqı dərk etmək məqsədi olmur.1

◘“Bədəz-zikra” təbiri bir başqasına xatırlatmaq və ya insanın özünün xatırlaması mənasını bildirir.

Sual: İlahi peyğəmbərlər məsum sayıldığı halda nə üçün şeytanın peyğəmbərə nüfuzundan danışılır?

Cavab: Şeytanın unutqanlıqla bağlı təsiri fərz olunan məsələdir. Bunun oxşarı ilə Quranın başqa ayələrində də rastlaşırıq. Məsələn, əgər müşrik olsan və ya rəva olmayanı bizə aid etsən.”1

Ayədə əsas məqsəd peyğəmbərin özü yox, ardıcılları da ola bilər. “Qızım sənə deyirəm, gəlin sən eşit” məsəlində olduğu kimi.

◘Oxşar mövzu ilə “Nisa” surəsinin 140-cı ayəsində də rastlaşırıq: “İlahi ayələrin inkar olunduğu və ya məsxərəyə qoyulduğunu eşitsəniz, onlarla əyləşməyin ki, söhbət dəyişsin.”

◘Çoxsaylı rəvayətlərdə peyğəmbər və məsum imamlar günahın qarşısını almaq gücü olmadıqda günah məclisində oturmağı qadağan etmişlər. İnsanın yaxınlarına münasibətdə də bu qadağa qüvvədədir. Həzrət Əli (ə) öz övladlarına vəsiyyət edir: “Allah qulağa vacib etmişdir ki, günah və qeybəti eşitməklə razılaşmasın.”2

◘Həzrət Peyğəmbər (s) bu ayəyə istinadən buyurmuşdur: “Allah və qiyamət gününə iman gətirən kəs imamın təhqir olunduğu və ya bir müsəlmanın eybi araşdırılan məclisdə oturmasın!”3

◘Həzrət Əli (ə) buyurmuşdur: “Pislərlə oturub-durmaq yaxşılar haqqında sui-zən yaradar.”4


Bildirişlər


1. Müqəddisliklərə münasibətdə öz qeyrət və dini təəssübünüzü düşmənlərə nümayiş etdirin.

2. Pislik və pislik əhlindən üz döndərmək nəhy əz münkər üsullarından biridir.

3. Çirkin sözlərə qulaq asmaq (azdırıcı kitablar oxuyub, proqramlara baxmaq) məzəmmət olunmuşdur. Azdırıcı kitablar və proqramları qadağan edərkən bu ayəyə əsaslanmaq olar. Əlbəttə ki, bu qadağada, zəruri məlumat toplayıb cavab verən mütəxəssislər istisnadır.

4. Azğın cəmiyyət, dəstə və ya məclisdə ərimək əvəzinə mövcud vəziyyəti dəyişin.

5. Üz döndərmək və dillə məhkum etmək kifayət deyil. Hansısa şəkildə vəziyyətə müdaxilə etmək lazımdır.

6. Zalımlarla bir məclisdə oturmaq rəva deyil və bundan çəkinək.

7. Diqqət və xəbərdarlıq vəzifə şərtidir. (Bir şeyin yaddan çıxması qəbul olunan üzrdür.)

8. Quran ayələri haqqında haqsız danışmaq (istehza, şəxsi rəy əsasında təfsir, bidət və təhrif) zülmdür.


69. ﴿وَمَا عَلَى الَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَلَـكِن ذِكْرَى لَعَلَّهُمْ يَتَّقُونَ

Təqva yolunu seçənlər onların (sitəmkarların) günahına görə sorğuya çəkilməyəcəklər. Amma onlara nəsihət verməlidirlər ki, bəlkə təqvalılardan olalar.”


Nöqtələr


◘Pis danışanlar və məsxərəyə qoyanlarla yoldaşlığı qadağan edən ayə nazil olduqda bir dəstə dedi: “Demək, Məscidül-hərama da getməməli, təvaf etməməliyik. Çünki istehza edənlərin əli oraya uzanmışdır.” Ayə nazil oldu ki, gücləri qədərində xatırladan təqvalı müsəlmanların hesabı ayrıdır. Onlar Məscidül-həramı tərk etməsinlər.”1

◘Nəhy əz münkər və doğru yola çağırış məqsədi ilə günah əhlinin məclisində iştirak etməyin eybi yoxdur. Əlbəttə ki, bu istisna təqvalı və təsirə düşməyən insanlara aiddir. Çoxları isə boğulanı qurtarmaq istədikdə özləri qərq olurlar.

Su çəkmək istərkən çaydan bir qulam,

Çay alıb qulamı apardı lapdan.


Bildirişlər


1. Məsələlərdə “əhəmm” və “mühüm” (əhəmiyyətli və daha əhəmiyyətli) prinsipinə riayət edilməsi əqli və islami üsullardandır. Azğınları qurtarmaq və ya pis sözə cavab vermək məqsədi ilə müvəqqəti olaraq haqsızlığı dinləmək caizdir.

2. Təqva insanı günahdan qoruyan vasitədir. (Yanğın söndürənləri oddan qoruyan xüsusi libas kimi.)

3. Haqsız danışanlarla yoldaşlıqdan çəkinək və onların sözünü dinləməyək. Amma özümüzdən asılı olmayaraq bir söz eşitsək, bunun eybi yoxdur.

4. Özümüz təqvalı olmaqla yanaşı başqalarının da təqvalı olmalarına çalışaq.


70. ﴿وَذَرِ الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَذَكِّرْ بِهِ أَن تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ اللّهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لاَّ يُؤْخَذْ مِنْهَا أُوْلَـئِكَ الَّذِينَ أُبْسِلُواْ بِمَا كَسَبُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ

Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin