Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə54/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

Bildirişlər


1. Qohumluq nəhy əz münkərə mane ola bilməz.

2. Münasibətlərdə meyar insanın yaşı yox, haqdır.

(Həzrət İbrahim yaşlı əmisinə haqqı aşkar bəyan edib xəbərdarlıq etmişdi.)

3. Haqqa dəvət edərkən yaxınlardan başlamaq lazımdır. Söhbətdə diqqət əsas məsələyə yönəldilməlidir.

4. Şirk və bütpərəstlik həzrət İbrahimin risalətindən qabaq vardı.

5. Çoxluq, yaş batili haqq etmir və hər bir şəraitdə dəyər sayılmır.

6. Bütpərəstlik sağlam vicdan və ağılın məzəmmət etdiyi azğınlıqdır.

7. İbrahim həlim təbiətli olsa da,6 və peyğəmbər hətta fironla da yumşaq danışmalıdırsa, həzrət İbrahim bu ayədə əmisinin küfrdə israrına xatir sərtdir.


75. ﴿وَكَذَلِكَ نُرِي إِبْرَاهِيمَ مَلَكُوتَ السَّمَاوَاتِ وَالأَرْضِ وَلِيَكُونَ مِنَ الْمُوقِنِينَ

Göy və yer mülkünü bu sayaq İbrahimə göstərdik ki, (xatircəmlik tapıb) yəqin əhlindən olsun.”


Nöqtələr


◘Ayədəki “mələkut” sözü haqqında müxtəlif rəylər vardır və onların bəzilərini nəzərdən keçiririk:

“Mələkut” sözü “mülk” sözündəndir. Bu sözün sonuna artırılmış “vav” və “ta” hərfləri təkid, mübaliğə bildirir. “Səmaların mülkü” dedikdə Allahın onlar üzərindəki mütləq və həqiqi malikliyi nəzərdə tutulur. “Mülkün müşahidəsi” dedikdə isə əşyanın Allaha aidlik baxımından müşahidəsi başa düşülür. “Mələkuti baxış” varlıq aləmindəki tövhidin və şirkin batil olmasının dərkidir.7

Varlıq aləmi dörd hissəyə bölünür: Lahut (Allahdan başqalarının xəbərsiz olduğu ilahi aləm), Cəbərut (mücərrədliklər aləmi), Mələkut (cisimlər aləmi), Nasut (varlıq, fəsad, dəyişiklik, hadisələr aləmi.)1

Mələkut aləmi sirr, nəzm, qəribəliklər aləmi və qeyb dünyasıdır.2 Mələkut göylər və ondakı qəribəliklərdir.3

İbrahim səma və yer səltənətini gördükdə Allahın sünnə, xilqət, hikmət və rübubiyyəti ilə daha artıq tanış oldu. İmam Baqirin (ə) buyruğuna görə Allah İbrahimin gözünə bir qüdrət və nur vermişdi ki, səmaların, ərşin və yerin dərinliyini müşahidə edirdi.”4

◘Möhkəm dəlillər və başqalarına elmi yanaşma qəlb imanına ehtiyaclıdır. Həzrət İbrahim də yəqinliyə çatdıqdan sonra dəlillərə varırdı ki, bu da növbəti ayələrdə bəyan olunmuşdur.5

◘“Vəliyəkunə minəl-muqinin” cümləsindəki “vav” hərfi ilahi baxışın bir neçə məqsəd daşıdığını bildirir. Onlardan biri Həzrət İbrahimin yəqinə çatmasıdır.

Bildirişlər


1. Haqqı tanıyıb ona dəvət edən və heç nədən çəkinməyən kəsə Allah ilahi (mələkuti) baxış əta etmişdir. Ötən ayəyə əsasən, həzrət İbrahim də bu məqama çatmışdı. Bəli, bir gənc də mənəvi təkamüllə ilahi baxış əldə edə bilər. Çoxsaylı təfsirlərə əsasən, İbrahim həmin vaxt bir yeniyetmə idi.

2. Peyğəmbərlər Allahın xüsusi hidayətindən bəhrələnmişlər.

3. İmanın ən ali dərəcəsi yəqindir.

4. Yəqinə çatmaq üçün ilahi yardıma ehtiyac var.




76. ﴿فَلَمَّا جَنَّ عَلَيْهِ اللَّيْلُ رَأَى كَوْكَبًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لا أُحِبُّ الآفِلِينَ

Elə ki, gecə ona pərdə çəkdi, bir ulduz görüb dedi: “Bu, mənim Rəbbimdir.” Elə ki, (ulduz) qürub etdi, o dedi: “Mən zavala uğrayanları sevmirəm.”


Nöqtələr


◘Həzrət İbrahimin dövründə ulduzpərəstlik yayılmışdı. İnsanlar ulduzun tədbir qüdrətinə malik olduğunu düşünürdülər.

Sual: Həzrət İbrahim kimi böyük bir peyğəmbər bir an da olsa ulduz, ay və ya günəşə pərəstiş edə bilərdimi?



Cavab: Həzrət İbrahimin müşriklərlə söhbəti qəlb əqidəsini bəyan etmək yox, qarşı tərəfin əqidəsini rədd etmək məqsədi daşıyırdı. Növbəti iki ayədə “ey qövm” müraciəti “bu mənim Rəbbimdir” deyimindəki yanaşma, yola getmə məqsədini göstərir. Həzrət İbrahim ay və günəşin batdığını gördükdə «sizin şirkinizdən üz döndərdim»-deyə buyurur. (ayə 78)

Bundan əlavə, əvvəlki ayədə oxuduq ki, Allah göy və yer səltənətini İbrahimə göstərdi və o, yəqinə çatdı. Ayənin “fa” hərfi ilə başlaması, haqqında danışılan ilahi səltənət və yəqinin uyğun növ dəlillərlə nəticələnməsini göstərir. (Ərəb qrammatikasına əsasən.)

◘Doğan və batan bir mövcud, qanunlara hakim yox, məhkumdur. Həzrət İbrahim sonradan uyğun baxışı rədd etmək üçün əvvəlcə müvəqqəti olaraq onu qəbul etdiyini bildirir.

Bildirişlər


1. Haqqı sübuta yetirmə üsullarından biri əvvəlcə batil əqidədə olanlarla həmfikirliyi izhar edib sonra onu rədd etməkdir.

2. Fitrətləri oyatmaq, düşüncələri hərəkətə gətirmək, diqqəti hisslərə yönəltmək ən üstün təbliğ üsullarındandır.

3. Həqiqi məhbub üçün məkan, zaman məhdudiyyəti yoxdur.

4. Məbud məhbub və ibadət aşiqanə olmalıdır. Dinin ruhu eşqdir.


77. ﴿فَلَمَّا رَأَى الْقَمَرَ بَازِغًا قَالَ هَـذَا رَبِّي فَلَمَّا أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِي رَبِّي لأكُونَنَّ مِنَ الْقَوْمِ الضَّالِّينَ

Növbəti dəfə ayı tülu və parlayan halda gördükdə dedi: “Bu mənim Rəbbimdir.” Elə ki, (ay) qürub etdi dedi: “Əgər Rəbbim məni hidayət etməsəydi, şübhəsiz, azğın dəstələrdən olardım.”


Nöqtələr


◘“Baziğ” sözü parçalamaq və qan axıtmaq mənasını bildirir. Burada isə günəş və ay zülmət pərdəsini yırtır və onların ətrafında bir qızartı müşahidə olunur.1

◘İbrahim həm ulduzpərəstlər, həm də ay-günəşpərəstlərlə üz-üzə gəlmişdi.2 Bir çox təfsirçilərin bildirdiyinə görə, həzrət İbrahim Babil məntəqəsinin müşrikləri ilə qarşılaşmışdı.

◘İnsan hər hansı ehtimalla çıxılmaz vəziyyətə düşdükdə inadkarlıq göstərməməli, yolu dəyişməlidir. “Kişi dediyindən dönməməlidir” deyiminin əksinə olaraq, ayə bizə buyurur: “Kişi odur ki, mövqeyini dəyişməklə də olsa, sözü haqq olsun.”

Bildirişlər


Ötən ayənin bir, iki və üçüncü bildirişləri bu ayəyə də aiddir.

4. Tənqiddə “addım-addım” üsullardan istifadə etməliyik. Ötən ayədə buyuruldu: “Mən zavala uğrayanları (batanları) sevmirəm.” Bu ayədə isə belə buyurulur: “Aya pərəstiş azğınlıq və zəlalətdir.”

5. Haqqı tanıma yolunda ilahi feyz və hidayətə arxalanmaq lazımdır. İlahi yardımsız şirin maarif çeşməsinə yetişmək olmaz.3

6. İnsanın daxili bir itkisi var. Bəzən bu itkinin axtarışında olan insan onun oxşarları ilə rastlaşır və azır. Bu mövzu ilə ardıcıl olaraq iki ayədə rastlaşırıq.

7. Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.

8. Hidayət rübubiyyət şənindədir.


78. ﴿فَلَمَّا رَأَى الشَّمْسَ بَازِغَةً قَالَ هَـذَا رَبِّي هَـذَآ أَكْبَرُ فَلَمَّا أَفَلَتْ قَالَ يَا قَوْمِ إِنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ

Elə ki günəşi doğmuş gördü, dedi: “Budur mənim Rəbbim! Bu, (ayla ulduzdan) daha böyükdür.” Amma elə ki, (günəş) qürub etdi, dedi: “Ey mənim qövmüm! Həqiqətən, mən Allaha şərik qoşduğunuza düşmənəm.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin