Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə61/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

Nöqtələr


◘Kafirlər təkzib məqsədi ilə peyğəmbərə deyirdilər: “Bu sözlər sənin deyil. Başqalarından öyrənmisən.” Digər bir məqamda belə deyirdilər: “Kimsə onu öyrədib.” Bəzən də “bir dəstə ona kömək edib” deyirdilər.1

Bildirişlər


1. Bəyan, dəlil, təlim üsullarının müxtəlifliyi qəbul yolunu daha da genişləndirir.

2. Müxaliflər Quranın əhəmiyyətini etiraf edib deyirdilər: “Bu maarifi kimdənsə öyrənib.” Onlar Quran buyruqlarını dəyərsiz saymırdılar.

3. Bəziləri Quranın ayələri qarşısında böhtan və inkarla dayanırlar. Bəziləri isə deyilənlərdən nəticə çıxarıb doğru yola gəlirlər.

Əslən yağışda yoxsa da nöqsan,

Bağda lalə bitir, səhrada tikan.
106. ﴿اتَّبِعْ مَا أُوحِيَ إِلَيْكَ مِن رَّبِّكَ لا إِلَـهَ إِلاَّ هُوَ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

Yalnız Rəbbin tərəfindən sənə vəhy edilənə tabe ol. Ondan başqa məbud yoxdur və müşriklərdən üz döndər.”


Nöqtələr


◘Ötən ayədə peyğəmbərə qarşı müşriklərin belə bir böhtanı açıqlandı: “Sənin kəlamın vəhy deyil, əksinə, başqalarından öyrəndiklərindir.” Burada peyğəmbərə təsəlli verilir ki, sən öz işini gör və müxaliflərin sözlərinə etina etmə.

◘Müxaliflərlə rəftar üsulları müxtəlifdir. O cümlədən: bəzən salam vermək;2 bəzən sükut və ünsiyyətdən çəkinmək;3 bəzən üz döndərmək və etinasızlıq;4 bəzən sərt rəftar,5 bəzən qarşı tərəf kimi cavab vermək.6


Bildirişlər


1. İlahi rəhbərlər düşmənlərin böhtanları, təhqirləri və yersiz təhlilləri səbəbindən süstləşməməlidirlər.

2. Bəzən insanlar o qədər süqut edirlər ki, hətta peyğəmbər də ilahi göstərişlərlə onlardan üz döndərir.


107. ﴿وَلَوْ شَاء اللّهُ مَا أَشْرَكُواْ وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا وَمَا أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

Əgər Allah istəyərdisə (hamı məcburi iman gətirərdi və) şirkə uğramazdı. (Amma ilahi sünnə, qanun belə deyildir.) Biz səni onlara nəzarətçi qərar vermədik və sən onlara (onların iman gətirməsinə) vəkil deyilsən.”


Nöqtələr


◘Allahın istək və iradəsi iki növdür: təşrii və təkvini. Allah təşrii (şəri) baxımdan bütün insanların hidayətini istəmişdir. Ona görə də peyğəmbər və səmavi kitablar göndərmişdir. Amma təkvini (təbii) baxımdan xalq öz iradəsi əsasında seçim aparmalı, dinin qəbuluna məcbur edilməməlidir.

Bildirişlər


1. Allahın istək və iradəsində dönüklük yoxdur.

2. Allahın iradəsi insanları azad buraxmaqdır. Müşriklərin varlığı bu iradə azadlığının göstəricisidir.

3. İlahi peyğəmbərlər xalqa ilahi göstərişləri zorla qəbul etdirən məmurlar yox, mürəbbi və müəllimlərdirlər.

4. Peyğəmbər müşriklərin bəlaya düşməsi və ya fayda əldə etməsi üçün məsuliyyət daşımır.

5. Peyğəmbərlər nəticə yox, vəzifələrini yerinə yetirməyə zamindirlər. Bütün səylərə baxmayaraq bir çoxları müşrik qaldı.

6. Peyğəmbərlər xalqın hidayəti üçün can yandırırdılar.


108. ﴿وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ كَذَلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَى رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعْمَلُونَ

Allahdan qeyrisini çağıranları (onların məbudlarını) söyməyin. Onlar da cəhalət və düşmənçilik üzündən Allahı söyərlər. Biz bu sayaq hər bir ümmətə əməlini açıqladıq. Sonra onların dönüş yeri Rəblərinə doğrudur. Allah onlara etdiklərini xəbər verər.”


Nöqtələr


◘Allah insanı elə yaratmışdır ki, istər yaxşı, istərsə də pis işlər yavaş-yavaş onun ruhunda özünə yer edib adətə çevrilir. Ona görə də bəzən işlərin zinətləndirilməsi Allaha aid edilmişdi. Bəzən də şeytan öz vəsvəsələri yolu ilə çirkin işləri gözəl göstərir.1

◘Həzrət Əli (ə) Siffeyn döyüşündə öz döyüşçülərinə tövsiyə verirdi ki, Müaviyənin ardıcıllarını söyməsinlər, onların simasını açıqlasınlar və bu, söyüşdən də pisdir.2

◘Əmirəl-möminin Əli (ə) buyurmuşdur: Allahın imamlarının təhqiri Allahı təhqir nümunələrindəndir.3

◘Lənət, nifrin və bəraət (üz döndərmə) söyüş və təhqir sayılmır. Lənət və bəraət Quranın bəzi ayələrində Allah tərəfindən elan olunmuşdur. Lənət və bəraət əslində zalımlar və müşriklər qarşısında müsəlmanların mövqeyini bildirir.1


Bildirişlər


1. Müxaliflərə münasibətdə öz hisslərimizi cilovlayaq, nalayiq və yaramaz sözlərdən çəkinək.

2. Öz rəftarlarımızın əks-sədasına diqqətli olaq.

3. Söyüş və təhqirlə xalqı yanlış yoldan çəkindirmək olmaz.

4. Təhqir və söyüş düşmənçilik, kin-küdurət və təhqir doğurur.

5. Təhqir və söyüşün səbəbi ya məntiqsizlik, ya ədəbsizlik, ya da səbirsizlikdir. (Müsəlman təhqirdən çəkinməklə sübut etməlidir ki, o, səbir, məntiq və ədəb sahibidir.)

6. Müqəddəsliklərin təhqirinə səbəb olan hər bir iş haramdır.

7. Nəhy əz münkər, təbliğat və mübahisədə təhqir və söyüşdən istifadə etmək qadağandır.

8. Başqalarını günaha sövq edən iş haramdır.2

9. Bəzən insan bilmədən başqalarının günahına şərik olur. Başqalarının günah və haram iş görməsinə şərait yaratmaq belə hallardandır.

10. Ümmətin əməllərini gözəl cilvələndirmək ilahi sünnələrdəndir. (Hər bir ümmət haqsız da olsa, öz əməllərini gözəl bilir.)

11. Nümayiş və bir şeyi gözəl saymaq həqiqət nişanəsi deyil.

12. İnsanları qiyamətdə əməlləri ilə bağlı görəcəklərindən xəbərdar etmək ilahi rübubiyyət şənindəndir.


109. ﴿وَأَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِن جَاءتْهُمْ آيَةٌ لَّيُؤْمِنُنَّ بِهَا قُلْ إِنَّمَا الآيَاتُ عِندَ اللّهِ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءتْ لاَ يُؤْمِنُونَ

Ən ağır andları ilə Allaha and içdilər ki, əgər onlara möcüzə və nişanə gəlsə, hökmən ona iman gətirəcəklər. De ki, möcüzələr yalnız Allaha məxsusdur. (Onun əlindədir.) Nə bilirsiniz (Biz bilirik), əgər möcüzə də gəlsə, onlar iman gətirməyəcək.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin