Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə62/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

Nöqtələr


◘Qüreyşdən olan bir dəstə kafir həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: “Sən də Musa, İsa kimi möcüzələr gətir ki, sənə iman gətirək.” Həzrət soruşdu: “Nə edim?” Dedilər: “Səfa dağını qızıla çevir, ölülərimizi dirilt, Allah və mələkləri bizə göstər.” Sonra and içdilər ki, bu halda iman gətirəcəklər. Ayə nazil oldu ki, möcüzə Allahın əlindədir və xalqın istəyi ilə yox, ilahi hikmətlə gerçəkləşir.3 Möcüzə xalqın istəklərini yerinə yetirəcək həddə yox, höccəti (dəlilləri) tamamlayacaq həddə zəruridir. Allahı görmək kimi istəklərin ağıla zidd olmasını bir kənara qoysaq da, varlıq nizamı oyuncaq deyildir ki, müşriklərin istəyi ilə dəyişdirilsin.

Bildirişlər


1. Məkkə müşrikləri Allahı qəbul edirdilər və Ona and içirdilər.

2. Müxaliflərin yalan andlarına aldanmayın.

3. Dəlil gətirək, amma axmaq istəklərə cavab verməyək.

4. Peyğəmbərlərin möcüzələri Allahın əlindədir.

5. İnadkarlıq sağalmaz dərddir və inadkarlar hansı möcüzəni görsələr də, iman gətirməzlər.
110. ﴿وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُواْ بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ

Necə ki, əvvəldə iman gətirməmişdilər, bu dəfə də qəlblərini və gözlərini dolaşdırar, onları tüğyanlarının içində başlı-başına buraxarıq ki, avara qalsınlar.”


Bildirişlər


1. İnadkar insanların qəlb dolaşıqlığı ilahi sünnədir.

2. Allaha və peyğəmbərliyə iman üçün qəlb sağlam olmalıdır.

3. Günah və inadkarlıq insanın baxışını dolaşdırır.

4. Övliyaların möcüzələrini görüb iman gətirməyənlər başqa möcüzələr istəməməlidir.

5. Allah “müqəllibəl-qülub” (qəlbləri çevirən) olsa da, iman və ya küfr yolunu seçməklə qəlb halını müəyyənləşdirən insandır.

6. Tüğyan küfrün köküdür.

7. Allah tərəfindən başlı-başına buraxılan şəxs avara qalar.
111. ﴿وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلآئِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَى وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلاً مَّا كَانُواْ لِيُؤْمِنُواْ إِلاَّ أَن يَشَاء اللّهُ وَلَـكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

Əgər Biz onlara doğru mələkləri göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi (haqqa şahid olaraq) dəstə-dəstə onların qarşısında toplasaydıq, yenə iman gətirməzdilər. Yalnız Allah istəsəydi (məcburi iman gətirərdilər). Amma onların çoxu nadanlıq edir.”


Nöqtələr


◘Nəql olunduğuna görə, mələklərin nazil olması və ölülərlə danışılması müşriklərin istəklərindən idi. Halbuki müşriklər o qədər inadkar idilər ki, hətta mələklərin görünməsi kimi qeybi bir iş də baş versəydi, iman gətirməzdilər. Sədi deyir:
Əlindəki gövhər olsa da əgər,

Sığal verildikcə o gözəlləşər.

Amma ki, dəmirə çəkilən sığal,

İnan faydasızdır, dəyişməz bu hal.

İti yuyundursan yeddi dəryada,

Su dəysə murdardır, belədir qayda.

İsanın ulağı Məkkəyə getsə,

Çətin qayıdanda dəyişə nəsə.


◘“Qubul” sözü ya müqabil, ya da dəstə mənasını bildirir.

◘Ötən iki ayədə müşriklərin yalanları bəyan oldu. Onlar deyirdilər: “Əgər möcüzə gəlsə, iman gətirərik.” Bu ayədə həmin möcüzələrin nümunəsi göstərilir.

◘Ayənin oxşarı “Hicr” surəsinin 14-15-ci ayələrində bəyan olunmuşdur: “Əgər səmadan bir qapı açılsa və kafirlər oradan yuxarı qalxsalar, yenə deyərlər: “Gözlərimiz cadu edilib.”

Bildirişlər


1. İnadkar qəlb üçün heç bir ayə və nişanə iman zəminəsi ola bilməz.

2. Allah istəsə, hamını məcbur surətdə mömin edər. Amma bu, Onun hikmətinə uyğun deyildir.

3. Cəhalət ilahi ayələrə etiqadsızlıq amilidir.
112. ﴿وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

(Ey peyğəmbər! Onlar təkcə sənin qarşında inadkarlıq etmirlər.) Biz bu sayaq hər bir peyğəmbər üçün insan və cindən olan şeytanlarla düşmənçilik yaratdıq. Onlardan bəzisi qəlbəyatan və aldadıcı sözlərini bəzilərinə təlqin edirlər. Əlbəttə, sənin Rəbbin istəsəydi, belə etməzdilər. (Amma ilahi sünnə, qanun insanların azadlığı üzərində qurulub) Onları və yalandan quraşdırdıqlarını özlərinə tapşır.”


Nöqtələr


◘Əvvəlki iki ayədə deyilmişdir: “Biz onları özbaşına buraxdıq. Burada buyurulur: “Sən də onları özbaşına burax.”

◘İnsanın süqutu şeytani vəsvəsələrə təslimçilikdən başlayır.1 Həmin vaxt kimə vəsvəsələr təsir edirsə, şeytanın yoldaşlarından olur.2 Həmin şəxs nəhayət özü şeytan olur.

◘Təzad və qarşıdurma ixtiyarı təkamülün zəminəsidir. Ona görə də Allah dünyanı ixtiyari çətinliklər və təzad aləmi qərar vermişdir.

Bildirişlər


1. İnsanın istiqamət və möhkəmlik amillərindən biri də tarixdən və başqalarının çətinliklərindən xəbərdarlıqdır.

2. Haqq və batilin mübarizəsi tarix boyu davam etmişdir.

3. Cəmiyyətin rəhbəri qarşıdurmalara hazır olmalıdır.

4. Müxaliflərin və bədxahların kökünün kəsilməsi intizarında olmayaq.

5. Peyğəmbərlərin növbənöv müxaliflərlə çəkişməsi ilahi sünnələrdəndir.

6. İnadkar kafirlər şeytandır.

7. İnsan və cin şeytanlar bir-birlərinə təlqin etməklə əlaqə saxlayırlar.

8. Şeytanlar şeytani üsulları bir-birlərinə öyrədirlər.

9. Peyğəmbər müxaliflərinin xalq arasında təbliğatları var.

10. Gözəl və aldadıcı sözlər insanı azdıra bilər.

11. Allah insanı azad yaratmış və dünyanı çəkişmə meydanı qərar vermişdir.

12. Bəşəriyyətin ixtiyar və azadlığı onun inkişaf və tərbiyəsi üçündür.

13. Varlıq nizamında xeyir və şər adlı iki yox, vahid iradə hakimdir. Azdırıcı səylər ilahi qüdrət xaricində deyil.
113. ﴿وَلِتَصْغَى إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُواْ مَا هُم مُّقْتَرِفُونَ

(Şeytanlar öz aldadıcı sözlərini xalqa oxuyurlar ki,) Qiyamətə imanı olmayanların qəlb qulağı həmin sözlərə meyl etsin, onu bəyənsin və ələ keçirmək istədiklərini qazansınlar.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin