Nöqtələr
◘Məsihilərin Allahla bağlı bir neçə əsassız iddiaları var. Quran onlara işarə edir:
1.Üç məbuda etiqad. 2
2. Yaradan Allahın üç məbuddan biri (ata Allah) olmasına etiqad.3
3. İlahiliyin Məsihə aid edilməsi. (Bu ayə həmin iddianı rədd edir.)
◘“İstədiyini yaradır” ifadəsi İsanın atasız, Adəmin ata-anasız yaranışına işarədir.
◘Əgər həzrət Məsih Allah idisə, necə oldu ki, (məsihilərin əqidəsinə görə) öldürüldü və xaç onun məzlumiyyət nişanəsi oldu? Allah sui-qəsd edə bilməz!
Bildirişlər
1. İslam istənilən bir məktəbə aid küfr, şirk və xurafatla müxalifdir. (Həddi aşmaq da küfrün bir növüdür.)
2. Peyğəmbərə müxaliflərlə məntiq əsasında danışmaq əmr olunub.
3.Əgər məsih Allah olsaydı, qadın bətnində qərar tutmazdı.
4. Fəna və yoxluq Allahlıqla uyğun gəlmir.
5. İsa, onun anası və bütün bəşəriyyət Allah qarşısında acizlikdə eynidirlər.
6. İsa kimi bir insanı Allah bilmək məsihilərin Allahı tanımaması nişanəsidir.
7. İlahi qüdrət məhdud bir nizam çərçivəsində deyil. Allah, ata olmadan da övlad yarada bilər.
18. ﴿وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ﴾
“Yəhudilər və məsihilər dedilər: “Biz Allahın oğulları və (xüsusi) dostlarıyıq.” De ki, bəs nə üçün sizi günahlarınıza görə cəzalandırır? (Belə deyil,) siz də Onun məxluqlarından olan insanlardansınız. (Üstünlüyünüz yoxdur.) (Allah) istədiyini (layiqli bilsə) bağışlayar və istədiyinə əzab verər. Göylərin və yerin, onların ikisi arasında olanların hakimiyyəti Allahındır. Qayıdış və son yalnız Ona doğrudur.”
Nöqtələr
◘İslam peyğəmbəri yəhudilərdən bir dəstəsini İslama dəvət ediyi vaxt onlar dedilər: “Biz Allahın övladları və dostlarıyıq.” (Bu iddia Yuhanna İncilində, səkkizinci fəsil, 41-ci cümlədə bəyan olunmuşdur.)
◘Yəhudilər və məsihilər özlərini Allahın gerçək oğlanları yox, oğulluq şərəfinə malik kəslər kimi təsəvvür edirdilər.
◘Peyğəmbərlərin qətlə yetirilməsi, İslam peyğəmbərinin gəlişini bildirən müjdələrin gizlədilməsi, əhdin sındırılması, səmavi kitabların təhrifi, buzovpərəstlik, bəhanəçilik, qarınqululuq Bəni-İsrailin cinayətlərindəndir. Dağın yerindən qoparılması, qırx illik avaralıq, məsx və zillət ilahi cəza nümunələrindəndir.
Bildirişlər
1. İrqçilik, imtiyaz istəyi, yalnız özünü və mənsub olduğu firqəni haqlı bilmək qadağandır.
2. Heç bir fərd, qövm, millət və ümmət Allahın bağışlayacağına əmin olmamalıdır. Eləcə də, Allahın rəhmətindən məyus olmaq qadağandır.
19: ﴿يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَى فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُواْ مَا جَاءنَا مِن بَشِيرٍ وَلاَ نَذِيرٍ فَقَدْ جَاءكُم بَشِيرٌ وَنَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Ey kitab əhli! Həqiqətən, Bizim rəsulumuz peyğəmbərlərin olmadığı bir dövrdə sizə doğru gəldi ki, (həqiqətləri) sizin üçün bəyan etsin. Məbada, deyəsiniz ki, bizə müjdə verən və bizi qorxudan (bir kəs) gəlmədi. Həqiqətən də, sizin üçün müjdəçi və qorxudan gəldi. Allah hər şeyə qadirdir.”
Nöqtələr
◘Həzrət Məsih ilə həzrət Məhəmməd (s) arasında altı yüz il fasilə olmuşdur. Peyğəmbərlərin məbus olmadığı dövrlərdə yer ilahi höccətsiz qalmır, peyğəmbərləri onların canişinləri əvəz edir. Həzrət Əlinin (ə) təbirincə, istər qüdrətli ola, istərsə də qüdrətsiz, yer heç vaxt ilahi höccətsiz qalmır. Çünki ilahi yol o yolu gedənlər üçün məxfi qalmamalıdır.”1 Demək, fətrət dövrü (iki peyğəmbər arasında peyğəmbərin olmadığı dövr) xalqın başlı-başına qalması mənasını daşımır.
◘Qısa və ya uzun müddətli fətrətlərdə bir hikmət var. İlahi tərbiyə nizamında bu proqramın özünəməxsus faydası var. Fətrətə nümunə olaraq tarixdə həzrət Musanın öz qövmündən ayrılması, peyğəmbərlərin etikafı (ibadət üçün kənara çəkilməsi), peyğəmbərdən vəhyin qət olması, imam Mehdinin (ə) kiçik və böyük qeybi göstərilə bilər.
Bildirişlər
1. İslam kitab əhlini imana doğru dəvət edir.
2. Gizlədilmiş, təhrif olunmuş və ya unudulmuş həqiqətlərin bəyanı peyğəmbərlərin vəzifələrindən biridir.
3. İlahi hökmlərin bəyanında peyğəmbərlərə ehtiyac var.
4. Peyğəmbərlərin besəti (gəlişi) bəşəriyyət üçün üzr və bəhanə yeri qoymur.
5. Müjdə və qorxutma peyğəmbərlərin təbliğat üsullarındandır.
6. İnsan yol seçimində azaddır. Peyğəmbərlərin vəzifəsi yalnız müjdə və agahlıq verməkdir. Peyğəmbərlərin işində məcburiyyət və ikrah yoxdur.
7. Dərs oxumamış bir peyğəmbərin gizlədilmiş maarifi açmasına və ya baş vermiş təhrifləri aradan qaldırmasına şübhə edilməməlidir. Çünki Allah hər işə qadirdir.
20. ﴿وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاء وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّن الْعَالَمِينَ﴾
“(Xatırlayın) O zaman ki, Musa öz qövmünə dedi: “Ey mənim qövmüm! Özünüzə Allahın nemətini xatırladın. Bir zaman ki, sizin aranızda peyğəmbərlər qərar verdi, sizə mükafatlar təyin etdi (Var-dövlət, can, namus, hökumət sahibi oldunuz) sizə elə şeylər verdi ki, aləmdəkilərdən kimsəyə verilməmişdi.”
Nöqtələr
◘İlahi nemətlərin yada salınması Allah eşqi, nemətlərin şükrü, bəndəlik, ilahi göstərişlər qarşısında təslimçilik səbəbidir.
◘“Məlik” həm hakim və rəhbər, həm də sahib mənasını bildirir. Bir rəvayətdə peyğəmbərin belə buyurduğu nəql olunur: “Bəni-İsraildə arvadı, xidmətçisi, miniyi olan kəsə malik deyirdilər.”1 Əgər ayədəki “muluk” sözünü “sultan”kimi mənalandırsaq, təbii ki, bütün xalq sultan ola bilməz. Ona görə də uyğun söz ixtiyar sahibi kimi mənalandırılmalıdır.
◘Nil çayından keçmək, “mənn və səlva” kimi nemətlərin göndərilməsi, on iki su çeşməsinin qaynaması Bəni-İsrailə əta olunmuş xüsusi nemətlərdən idi və bu ayə həmin nemətlərə işarə edir.
Dostları ilə paylaş: |