Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə17/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   13   14   15   16   17   18   19   20   ...   94

Nöqtələr


◘Ayədən məlum olur ki, iman yaxınlığı qohumluq yaxınlığından daha geniş və daha möhkəmdir. Eyni hədəfə doğru hərəkət edən, həmfikir olan insanlar bir-birlərinə zahirdə qohum olanlardan daha yaxındırlar. Çünki qohumlar əqidə və düşüncə baxımından fərqli mövqedə də ola bilərlər. İmam Sadiq (ə) vəfalı yaxınlarından birinə buyurmuşdur: “And olsun Allaha ki, siz Məhəmməd (s) ailəsindənsiniz.” Sonra imam yuxarıdakı ayəni tilavət etmişdir.3 Həzrət Peyğəmbər (s) isə Salman Farsi haqqında belə buyurmuşdur: “Salman biz Əhli-beytdəndir.”4

◘Ayədə İbrahimin ardıcılları ona ən yaxın adamlar kimi tanıtdırılsa da, İslam peyğəmbəri və müsəlmanların adı ayrıca çəkilir. Burada məqsəd İbrahimə itaətin ən üstün nümunəsi kimi həzrət peyğəmbər və müsəlmanları dünyaya tanıtdırmaqdır.

◘Rəvayətdə nəql olunmuşdur: Həzrət Məhəmmədin (s) dostu o kəsdir ki, qohumluq baxımından ondan uzaq olsa da, Allaha itaət etsin. Peyğəmbərin düşməni isə o kəsdir ki, Peyğəmbərə (s) qohum olmuş olsa da Allaha itaətsizlik göstərsin.”5

İmam Sadiq (ə) buyurmuşdur: “Ayədəki “iman gətirmiş kəslər” təbiri imamlar və onların ardıcıllarına işarədir.”6


Bildirişlər


1. Xalqın rəhbərə bağlılığı qəbilə, dil, məntəqə, irq bağlılığından uzaq olan məktəb bağlılığıdır.

2. Peyğəmbərlərə yaxınlıq ölçüsü onlara itaətdir.

3. İslam peyğəmbəri və müsəlmanlar İbrahim yolundadırlar və onun məqsəd və məramını davam etdirirlər.
69. ﴿ وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

Kitab əhlindən bir dəstə sizi azdırmaq istəyindədirlər. Amma yalnız özlərini azdırırlar və (bunu) anlamırlar.”


Nöqtələr


◘Bu və bundan sonrakı üç ayədə düşmənin ideoloji hücumlarının, müsəlmanları dindən çıxarmaq üçün qurduğu qurğuların simasını görürük. Bu ayə onların məktəb düşmənçiliyindən, növbəti ayə onların inadkarlıq və küfründən, yetmiş birinci ayə onların haqqı ört-basdır etməsindən, yetmiş ikinci ayə onların aldadıcı üslublarından danışır. Zülmətdən baş qaldırmış ideoloji bir hücum haqqı gizlətmə, xalqın əqidəsini sual altına alıb onu süstləşdirmə üsullarından qaynaqlanır.

Bildirişlər


1. Allah din düşmənlərinin planlarını ifşa və rüsvay edir.

2. Düşməni və onun proqramını tanıma onun zərərlərindən amanda qalmaq üçün şərtdir.

3. Əqidə və ideoloji hücumun təhlükəsi ciddidir.

4. Müxaliflərin ikiüzlü bəyanatlarına etimad göstərməyin. Onlar qəlbən sizi azdırmaq fikrindədirlər.

5. Mühakimə yürüdərkən insafı yaddan çıxartmayın. Kitab əhlinin hamısı yox, bir qrupu uyğun arzudadır.

6. Elə bir iş görməlisiniz ki, düşmənin arzusu gözündə qalsın. “Ləv” sözü bir iş mümkünsüz olduqda işlədilir.

7. Başqalarını azdırmaq fikrində olanlar ilk öncə özləri hiylə, nifaq, kin, böhtan və qurğuya düçar olurlar.

8. Başqalarının azğınlığı istəyində olmaq özü böyük bir əxlaqi nöqsandır.


70. ﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ

Ey kitab əhli, nə üçün Allahın ayələrinə (onun rəsulunun nübuvvət nişanələrinə) küfr edirsiniz? Halbuki özünüz (Onun düzlüyünə) şahidsiniz!”


Nöqtələr


◘Zahirən bu ayədə Tövratda və İncildə kitab əhlinə həzrət Məhəmməd (s) haqqında verilmiş müjdə nəzərdə tutulur. Onlar öz ictimai mövqeləri və maddi mənafelərinin hifzi üçün bütün bu ilahi nişanələri görməməzliyə vurdular.

Bildirişlər


1. İnsanın öz vicdanına müraciəti ən yaxşı dəvət yoludur.

2. Bilmək kifayət deyil, qəbul etmək lazımdır.


71. ﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

Ey kitab əhli, nə üçün haqqa batil donu geyindirirsiniz və həqiqəti gizlədirsiniz? Halbuki özünüz (onun haqq olmasından) agahsınız.


Nöqtələr


◘İmam Sadiq (ə) “özünüz bilirsiniz” cümləsi haqqında buyurur: «Yəni kitab əhli İslam peyğəmbərinin Tövratda zikr olunmuş sifətlərindən agah idilər. (Amma onu gizlədirdilər).1»

◘Bir çox təhrifçilər islamşünas, şərqşünas, tarixçi, səyahətçi adları ilə kitablarda, tarixi məkan və zamanların qeydində özbaşınalığa yol verib, araşdırıcı adı ilə ensiklopediyalarda İslamı elə bir simada təsvir etmişlər ki, oxucu heç bir vəchlə İslam əqidəsinə üz tutmasın.


Bildirişlər


1. Don geyindirmək, haqqı gizlətmək möminləri yoldan çıxartmaq üçün düşmənin iki güclü alətidir. Əvvəlki iki ayədə azdırmaqdan danışılırdısa, bu ayədə haqqın gizlədilməsinə işarə olunur.

2. Haqqı gizlətmək haramdır və onun bəyanı vacibdir.


72. ﴿ وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِي أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ

Kitab əhlindən bir dəstəsi dedi: “Möminlərə nazil olana günün əvvəlində iman gətirin, günün axırında isə kafir olun. Bəlkə (bu hiylə ilə onlar İslamdan) dönələr.”


Nöqtələr


◘Yəhudi alimlərindən on iki nəfəri qərara gəldilər ki, müsəlmanlarda şəkk-şübhə yaratmaq üçün səhərlər həzrət Peyğəmbərin (s) yanına gəlib iman gətirdiklərini bildirsinlər, axşamlar isə İslama arxa çevirib desinlər: «Biz Məhəmməd (s) və onun ayinini gördük. Amma onun dedikləri Tövratda və İncildə bəyan olunanlara uyğun deyil.» Onlar bu mahiranə planla öz həmdinlərinə qəbul etdirmək istəyirdilər ki, İslam yaxşı məktəb olsaydı, elm və kitab əhli ondan əl çəkməzdi. Onlar bu yolla həm müsəlmanlarda şəkk-şübhə yaratmağa, həm də digər yəhudiləri müsəlman olmaq qərarından çəkindirməyə çalışırdılar. Allah bu ayəni nazil etməklə onların planlarını alt-üst etdi.

Bir rəvayətdə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “İslam peyğəmbəri qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişdiyini bildirən fərmanı günorta namazında bəyan etdi. Yəhudilər dedilər: “Günün əvvəlində deyilənlərə iman gətirin, amma günün axırındakılara (qiblənin dəyişməsinə) yox! «Onlar bu yolla müsəlmanları Kəbədən dönüb Beytül-Müqəddəsə doğru namaz qılmağa sövq etdirmək istəyirdilər.1»



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin