Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə23/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

Bildirişlər


1. Salehlərin məqamına çatmağın yeganə yolu təkcə zikr və dua yox, həm də xoşa gələn şeylərdən xalisanə infaq edilməsidir.

2. İslam məktəbində infaq təkcə yoxsulluğu aradan qaldırmaq məqsədi daşımır. İnfaq həm də bu işi görəni kamilləşdirir. Xəyali sevgiləri ürəkdən çıxarmaq, səxavət ruhunun çiçəklənməsi infaq edən üçün infaqın mühüm təsirlərindəndir.

3. Dünyaya bağlılıq «birr» məqamından məhrumluq səbəbidir.

4. İnsanın səadəti onun ictimai və mərhəmətli baxışından asılıdır.

5. İnsan üçün ən seviləsi şey candır. Allah yolunda canından keçən şəhidlər ən üstün «birr» məqamına çatırlar.

6. Yoxsulların sevdiyini yox, öz sevdiyini infaq et. Çünki fəqirlər dəyərsiz şeyləri də xoşlaya bilərlər.

7. İlahi tərbiyə alan insan var-dövlət əsiri deyil. İlahi tərbiyəli şəxs var-dövlətin qulu yox, hakimidir.

8. İnfaqda əsas kəmiyyət yox, keyfiyyətdir.

9. İslam sərvəti yox, insanı yüksək dəyərləndirən məktəbdir.

10. İnfaqda nə ifrat, nə də təfritə yol ver. Yalnız sevdiyin şeydən bir hissəsini bağışla.

11. Hər bir insanın daxilində var-dövlət sevgisi var. Bu məhəbbətin güclənib infaqın qarşısını alması təhlükəlidir. 1

12. Az da olsa infaq etmək mühümdür. (Bəli, əvvəldə dediyimiz kimi saralmış bir yarpaq su üzərində yüzlərlə qarışqa üçün gəmi ola bilər.)

13. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, nə üçün infaqın kəmiyyət və keyfiyyətinə ciddi yanaşmayaq?! Gəlin, ən yaxşı şeylərdən infaq edək.

DÖRDÜNCÜ CÜZ


93. ﴿كُلُّ الطَّعَامِ كَانَ حِـلاًّ لِّبَنِي إِسْرَائِيلَ إِلاَّ مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُواْ بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ

Bütün qidalar və xörəklər Bəni-İsrail üçün halal idi. Yalnız Tövrat nazil olmamışdan qabaq İsrailin (Yaqubun) özünə haram etdiyi şeylərdən başqa! De ki, əgər düz deyirsinizsə (ki, bunlar əvvəlcədən Tövratda haram olmuşdu), Tövratı gətirin və onu tilavət edin. (Görün ki, bir çox şeyləri vəhy nazil olmadan özünüzə haram etmisiniz.)


94. ﴿ فَمَنِ افْتَرَىَ عَلَى اللّهِ الْكَذِبَ مِن بَعْدِ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ

Bundan sonra hər kəs Allaha yalan aid etsə, onlar zalımdırlar.”


Nöqtələr


◘Təfsirdə deyilir ki, Bəni-İsrail dəvə əti və dəvə südünü haram etməməsini İslam peyğəmbərinə eyb tuturdular. Onlar bununla İslam ayinlərinin İbrahim, Musa və İsa ayinləri ilə uyğun gəlməməsini bildirmək istəyirdilər. Bu ayə onlara cavab olaraq nazil edildi və bəyan olundu ki, bütün qidalar Bəni-İsrail üçün halal idi. Yalnız həzrət Yaqub bəzi qidaları özünə haram etmişdi. Bəzi təfsirlərdə bildirilir ki, həzrət Yaqub dəvə əti ona zərərli olduğu üçün bu ətdən istifadə etmirdi. Bəni-İsrail isə bunu şəri və əbədi bir qadağa kimi qəbul etmişdi.1

◘İnsanın ağzında dad verən şeylər “təam” adlanır. “Hill” sözü “iqd” sözünün müqabilində işləndikdə azadlıq mənasını verir.


Bildirişlər


1. Qidaların halallığı səmavi dinlərdə dəyişməz bir əsasdır.

2. Dəlilsiz və şəri qadağasız halalları haram bilməyin.

3. Ən yaxşı dəlil qarşı tərəfin əqidə və səmavi kitabından olan dəlildir.
95. ﴿ قُلْ صَدَقَ اللّهُ فَاتَّبِعُواْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

(Ey peyğəmbər,) de ki, Allah doğru deyir. Haqpərəst İbrahimin ayinlərinə itaət edin, o, müşriklərdən deyildi.”


Nöqtələr


◘Azğınlıqdan uzaqlaşıb hidayət və doğru yola üz tutan şəxsə “hənif” deyilir.

Bildirişlər


1.Özünü İbrahim davamçısı sayan kitab əhli müvəhhid (tək Allahçı) olmalıdır. Çünki, İbrahim müşrik deyildi.

2. İbrahimin haqpərəstliyi onun ayinini möhkəmləndirdi.


96. ﴿ إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ

Həqiqətən, xalq üçün təyin olunmuş ilk (ibadət) evi Bəkkə torpağındakı evdir. O, aləmlər üçün bərəkət və hidayət mayasıdır.”


Nöqtələr


◘Xalqın izdiham məhəlli “bəkkə” adlanır.

◘Bəni-İsrailin iradlarından biri bu idi ki, nə üçün müsəlmanlar Beytül-Müqəddəsin miladdan min il qabaq həzrət Süleyman tərəfindən tikildiyini bildikləri halda, onu bir kənara qoyub Kəbəni qiblə seçmişlər. Ayədə onlara cavab olaraq buyurulur: “Kəbə ilk gündən ilk ibadət evi olub və o, hər yerdən qədimdir.

◘İmam Sadiq (ə) “ilkin ev” təbiri haqqında buyurmuşdur: “Məkkə əhli Kəbədən sonra bu yerə toplaşdığı üçün Kəbə daha əvvəlki sayılmalıdır.

Ona görə də Məscidül-həramı genişləndirmək məqsədi ilə Kəbə ətrafındakı evləri uçurmaq olar.1

◘“Təfsire-Əl-mizanda” deyilir: Yerin Kəbədən genişləndirilməsi haqqında rəvayətlər çoxdur. Bu fikrə qarşı heç bir dəlil yoxdur və o Quranla da zidd deyil.2

◘Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 192-ci xütbəsində buyurur: “Allah Adəmdən başlamış dünya əhlinin son nəfərinədək bütün xalqı Kəbə daşları ilə sınayar.” İmam Baqir (ə) buyurmuşdur: “Həzrət Adəm, Həzrət Süleyman və həzrət Nuh da Kəbə ətrafında həcc əməllərini yerinə yetirmişlər.3

◘Quranda Kəbə müxtəlif şəkillərdə yad olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq: Kəbə ilk evdir4, Kəbə xalqın qiyam mərkəzidir5, Kəbə maliksiz azad evdir6, Kəbə ictima məhəlli, xalqın əmin-aman evidir.7

Bildirişlər


1. Kəbə xalqın ibadət və duası üçün bünövrəsi qoyulmuş ilk evdir.

2. Məbudların tarixi keçmişi onların dəyər ölçülərindəndir.

3. Kəbənin xeyir və bərəkəti təkcə möminlər üçün yox, hamı üçündür.

4. Xalqın olması Kəbə üçün bir dəyərdir.

5. Kəbə xalqın hidayət mayasıdır.
97. ﴿فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ

Onda aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Hər kəs oraya daxil olsa, amandadır. Allah üçün o evə həccə getmək xalqın öhdəsinədir. (Əlbəttə,) hər kəsdə bu yol üçün güc olsa! Hər kəs küfr etsə (gücü çatdığı halda Həccə getməsə, bilsin ki,) həqiqətən Allah bütün aləmlərdən ehtiyacsızdır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin