Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə26/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

Bildirişlər


1. Qədim ixtilafların acı tarixindən ibrət götürək.

2. İxtilafı təkcə cəhalət törətmir. Həvəslər də ixtilaf alovunu qızışdırır.

3. İxtilaf və təfriqə sizin dünyəvi qüdrətinizi süquta uğratmaqdan əlavə, qiyamətdə də cəhənnəm əzabına səbəb olur.
106. ﴿ يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ

(Qiyamət) bir gündür ki, bəzi üzlər ağ, bəzi üzlər qara olar. Üzü qaralanlardan (soruşular:) İman gətirdikdən sonra küfr etdinizmi? Onda öz küfrünüzə görə ilahi əzabı dadın.”


107. ﴿ وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ

Amma üzü ağ olanlar Allahın rəhmətinə qərq olub onda əbədi qalarlar.”


Nöqtələr


◘Qiyamətdə insanların üzüağlığı və üzüqaralığı əslində dünyadakı hal və ruhiyyələrin təcəssümüdür. Dünya həyatında Allah vilayətini qəbul edənləri Allah zülmətlərdən nura çıxarır. Onlar həmin gün nurani çöhrə ilə görünürlər. Amma zalım hakimlərin vilayətinə tabe olanları həmin hakimlər nurdan həvəs, təfriqə, şirk, cəhalət zülmətlərinə sövq edirlər. Onlar qiyamətdə zülmət içində məhşur olurlar.

◘Quranda on altı dəfə imandan sonra küfr, iki dəfə İslamdan sonra küfr, üç dəfə Allaha pərəstişdən sonra buzovpərəstlik, iyirmi yeddi dəfə elm və aşkar dəlildən sonra inkar mövzuları bəyan olunmuşdur. Bütün bu hallar bizi dindən çıxmanın təhlükələrindən xəbərdar edir.


108. ﴿ تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ

Sənə haqq olaraq oxuduqlarımız Allahın ayələridir. Allah aləmlərə heç bir sitəm istəməz.”


109. ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَإِلَى اللّهِ تُرْجَعُ الأُمُورُ

Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Bütün işlərin qayıdışı yalnız Allaha doğrudur.”


Nöqtələr


◘İlahi ayələr peyğəmbərə artırılıb-əskildilmədən, haqq və həqiqət əsasında nazil olur. Eləcə də, əməllər və reaksiyalar, mükafatlar və cəzalar möhkəm üsul və qaydalara əsaslanır. Allah Öz bəndələrinə onların gücündən artıq vəzifə tapşırmır, mükafat və cəzada insanların fərqli şəraitləri və istedadları nəzərə alınır, zülmə yol verilmir.

◘Yalnız nöqsanı olan və ya haqq yolla məqsədinə çata bilməyən kəs zülm edir. Həmçinin zülmün pisliyindən xəbərdar olmayan kəs bu yola əl atır. Allahda isə bu sifətlərin heç biri yoxdur. Əgər hər şey Allahındırsa və qayıdış yalnız Ona doğrudursa, Allahın zülm etməyə nə ehtiyacı ola bilər?!


Bildirişlər


1. Peyğəmbərə vəhy nazil olması haqdır. Vəhy təxəyyül məhsulu deyil.

2. Qiyamətdəki üzüağlıq və üzüqaralıq Allahın zülmü yox, insanın öz əqidə və əməllərinin nəticəsidir.


110. ﴿كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ

Siz xalq üçün zahir olmuş ən yaxşı ümmətsiniz. Yaxşılıqları əmr edir, pisliklərə qadağa qoyursunuz və Allaha imanınız var. Əgər kitab əhli (də belə nurani ayələrə iman gətirsəydilər, şübhəsiz onlar üçün yaxşı olardı. Onlardan bəziləri mömindirlər. Amma çoxları günahkardır.”


Nöqtələr


◘Bu surənin 104-cü ayəsində əmr be məruf və nəhy əz münkərin xüsusi bir rəsmi qrup tərəfindən gerçəkləşən ayrıca mərhələsi haqqında danışıldı. Bu ayədə isə hamının vəzifəsi olan ümumi mərhələyə işarə olundu.

Bildirişlər


1. Bir ümmət şüarla yox, iman, əmr be məruf və nəhy əz münkərlə ən üstün ümmət ola bilər.

2. Səsini çıxarmayan, qorxaq ümmətdə xeyir yoxdur.

3. Əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) o qədər mühümdür ki, bu meyarın yerinə yetirilməsi ümmət üçün imtiyaz sayılır.

4. Yaxşılığa əmr və pisliyə qadağa müsəlmanlar vahid bir ümmət olub hakimiyyət əldə etdikdə gerçəkləşir.

5. Müsəlmanlar bütün dünyanı islah etməyə məsuldurlar.

6. Fəsadla mübarizə aparmadan yaxşılığa dəvət etmənin nəticəsi cüzidir.

7. Ümmətin hər bir fərdi yaxşılığa əmr etməli və pisliyə qadağa qoymalıdır.

8. Əmr be mərufda yaşın, insanın sakin olduğu yerin, irqin, millətin, savadın, iqtisadi və ictimai mövqeyin rolu yoxdur.

9. Müsəlman xahiş və yalvarışla yox, hökmlə əmr etməli və qadağa qoymalıdır.

10. Əmr be məruf nəhy əz münkərdən öndə gəlir.

11. Yalnız imandan qaynaqlanmış əmr və qadağanın təsiri var.

12. Allah kitab əhlini İslama dəvət edir.

13. İslam bütün digər dinləri gücdən salmışdır.

14. İnsan yol seçimində azaddır.


111. ﴿ لَن يَضُرُّوكُمْ إِلاَّ أَذًى وَإِن يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الأَدُبَارَ ثُمَّ لاَ يُنصَرُونَ

Onlar (Kitab əhli) cüzi əziyyətdən savay sizə heç bir zərər vura bilməyəcəklər. Əgər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Həmin vaxt heç bir yardımçıları da olmaz.”


Nöqtələr


◘Bu ayə müsəlmanlara təsəlli və müjdə verir ki, onlar iman, vəhdət, əmr be məruf sayəsində hifz olunasıdırlar. Deyilir ki, düşmənin hədələrindən qorxmayın, qələbə sizinlədir və düşmən xar olacaq.

Bildirişlər


1. Ruhiyyələri gücləndirmək lazımdır.

2. Müsəlmanlar iman sayəsində sığortalanmışlar.

3. Müxalifləriniz sizi məhv etmək üçün çalışırlar. Amma onlar öz məqsədlərinin cüzi bir hissəsinə çata bilirlər.

4. İmanı olmayanın müqavimət ruhiyyəsi də olmur.

5. Quran kitab əhlinin müsəlmanlar qarşısında duruş gətirməyəcəyini öncədən xəbər verir.

6. Düşmənə qalib gəlib onu qaçmağa vadar etmək iman, əmr be mərufda sabitqədəmlik sayəsində mümkün olur.

7. Günah döyüş cəbhəsində zəiflik yaradan səbəbdir.

8. Düşmənin gücünü gözlərdə alçaldın.


112. ﴿ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُواْ إِلاَّ بِحَبْلٍ مِّنَ اللّهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآؤُوا بِغَضَبٍ مِّنَ اللّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ

(Düşmənləriniz o qədər qorxaqdırlar ki,) harada olsa zillət damğası ilə damğalanmışlar. Yalnız ilahi ipə sarıldıqda və xalqa bağlandıqda belə olmaz. Onlar Allahın qəzəbinə düçar oldular və çarəsizlik möhürü ilə damğalandılar. Bunun səbəbi onların Allah ayələrinə küfr etməsi, peyğəmbərləri nahaqdan öldürmələri idi. Bunun səbəbi üsyan edib, həddi aşmaları idi.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin