Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə27/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

Nöqtələr


◘Rəvayətlərdə nəql olunduğu kimi, bu ayə Allah və Onun rəsuluna itaətsizlik səbəbindən qəzəbə gəlmiş yəhudi qövmü haqqındadır. Onlar zəlalət möhürü ilə damğalanmışlar. Onların bir günahı da peyğəmbərləri qətlə yetirmələri idi. Rəvayətlərə əsasən, burada qılıncla öldürmək yox, peyğəmbərlərin sirlərinin açılması nəzərdə tutulur. Bu sirlərin açılması zalım hakimlərin müvəffəqiyyəti və peyğəmbərləri qətlə yetirməsinə səbəb olmuşdur.1

Bildirişlər


1. Küfr və peyğəmbərləri qətlə yetirməyin nəticəsi zillət və çarəsizlikdir.

2. Yəhudilər həmişə zəlildir. Onlar bəzən təbliğat, iqtisadiyyat və siyasətdə önə keçsələr də, kəramət, izzət, məhbubiyyət və əmniyyət baxımından ən alçaq vəziyyətdədirlər. Necə ki, bir oğru böyük məbləğ əldə etsə də, heç vaxt böyük məqam qazana bilmir.

3. Müxaliflərin zəlil vəziyyətinin bəyanı ilə möminlərin ruhiyyəsini gücləndirin.

4. İki şey izzət rəmzidir: Allahın qüdrətinə daxilən inam, ümmət və millətlərlə gözəl rabitələr.

5. Yəhudilərin xilas yolu İslama iman gətirməkdir.

6. Əqidənin əmələ təsiri var.

7. Yəhudi qövmünə bir çox peyğəmbərlər gəlmişdir.

8. Ən böyük şəxsiyyətlərə münasibətdə də meyarları yaddan çıxarmayın. Peyğəmbərlərin öldürülməsi böyük günah olsa da “haqsız” sözü bu qətl meyarının batil olduğunu göstərir.

9. Günah və təcavüz küfr və peyğəmbərlərin qətli kimi böyük günahlara zəmin yaradır.

10. Təcavüz və küfrdən də pisi bu işlərdə israrlı olub onu davam etdirməkdir.


113. ﴿ لَيْسُواْ سَوَاء مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ آيَاتِ اللّهِ آنَاء اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ

Kitab əhlinin hamısı eyni deyil. Onlardan bir dəstəsi (Allaha itaət üçün) durub gecə yarı ilahi ayələri tilavət edir və səcdə qılırlar.”


Nöqtələr


◘Bu və bundan sonrakı ayələr kitab əhlinin bir dəstəsinə aid olan yaxşı sifətləri bəyan edir. Bu sifətlər Allaha itaət üçün dayanmaqdan, səmavi kitabın tilavətindən, səcdədən, yaxşıya əmr və pislikdən çəkindirməkdən, xeyir işlərə tələsməkdən ibarətdir. Bəlkə də bu əməllər əvvəlki ayədəki “həblüllah” sözünü açıqlayır.

◘Müsəlmanların Quran tilavəti ilə yanaşı namaza durması Allaha sitayiş sayıldığı kimi, səmavi kitabın tilavəti, ibadət və səcdə də kitab əhli üçün sitayiş sayılır.

◘Allah-təala bu ayədə elmin, əməlin, ardıcıllığın, eşq və əlaqənin, istiqamətliliyin dəyərinə işarə etmişdir.

Bildirişlər


1. Yaxşılıq və kamilliyi istənilən bir tayfadan qəbul edək. Başqalarını tənqid edərkən onların yaxşı cəhətlərinə göz yummayaq.

2. Ətrafdakıların dəvət yollarından biri də onların yaxşı cəhətlərini etiraf etməkdir.

3. İbadət himmətə, ciddiliyə, eşq və hazırlığa ehtiyaclıdır.

4. Quran ayələrinin tilavəti və gecə səcdələri Allah tərəfindən bəyənilmişdir.

5. İlahi ayələrin tilavəti və Allah dərgahına səcdə ilahi əmrə itaətdir.

6. Gecə və sübh münacat üçün ən yaxşı vaxtdır.

7. İbadətin ən ali halı səcdədir.
114. ﴿ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ

Onlar Allaha və qiyamət gününə imanlıdırlar. Yaxşılığa dəvət edir, pisliyə qadağa qoyur və xeyir işlərdə tələsirlər. Onlar saleh bəndələrdəndir.”


115. ﴿ وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ

Onların gördüyü xeyir işlər heç vaxt dəyərləndirilməmiş qalmaz. Allah təqvalılardan xəbərdardır.”


Nöqtələr


◘“Bəqərə” surəsinin üçüncü ayəsində imanla yanaşı, namazda xatırlandığı kimi, bu ayədə də imanla yanaşı əmr be məruf və nəhy əz münkər yada salınır.

◘Quranda əmr be mərufun nəhy əz münkərdən öncə gəlməsi bir qaydadır. Bəli, yaxşılıq qapıları açıldıqda, pisliyin yolu bağlanır. Asan izdivac günahın qarşısını alır. Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Faydalı bir iş ictimai fəsadlara mane olur. İnsanların şəxsiyyətinin qiymətləndirilməsi onları süqutdan saxlayır.

◘Salehlər hamının qoşulmaq istədiyi kəslərdir.1 Hər bir müsəlman hər gün onlara beş dəfə salam verir.

◘Allah dərgahında heç bir saleh əməl zay olmur. Quranda oxuyuruq: “Həqiqətən, Allah müttəqilərdən qəbul edir.”2 Bəli, iman və təqva qəbul şərtidir. Ona görə də bu ayədə oxuyuruq: «Biz özümüz müttəqilərin kim olduğunu bilirik. Onların əməli qəbul olasıdır.»


Bildirişlər


1. Digər dinlərdə də əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) öz əksini tapmışdır.

2. Sübhün səcdələri gün uzunu əmr və qadağalarla müşayiət olunmalıdır.

3. Xeyir işə tələsmək onun dəyərini artırır.

4. Salehlərin yaxşılıqda fəaliyyəti mövsümi yox, daimidir.

5. O şəxslər salehdirlər ki, bəzi xeyir işlərə yox, bütün xeyir işlərə həvəslə gedirlər.

6. İman, ibadət, tilavət, əmr be məruf və nəhy əz münkər, xeyir işdə sürət insanı salehlər zümrəsinə qatır.


116. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Həqiqətən, kafir olanların malları və övladları heç vaxt onlardan Allahın əzabını dəf etməz. Onlar oda yoldaşdırlar və daim orada qalarlar.”


117. ﴿مَثَلُ مَا يُنفِقُونَ فِي هِـذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُواْ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلَـكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ

Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş qövmün əkin sahələrinə əsən, şiddətli soyuq və ya istisi olan küləyə bənzər. (Bu külək həmin əkin sahələrini) məhv edər. Allah onlara zülm etmədi, onlar özləri özlərinə zülm edirlər.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin