Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə3/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   2   3   4   5   6   7   8   9   ...   94

Bildirişlər


1. Hər insan Quranın bütün ayələrini anlaya bilmir.

2. Azğın qəlblər fəsad və fitnə mənşəyidir.

3. Fitnə yalnız hərbi və fiziki təxribat deyil. Şəxsi rəy əsasında təfsir, əqidə və Quran ayələrinin təhrifi də fitnədir.

4. Bəzən haqq batilin əlində bəhanə olur.

5. İlahi ayələrin son məqsədini və uca qayəsini yalnız Allah və elmdə möhkəm olanlar bilir.

6. Elmdə möhkəm olanların (“rasix”) adı Allahın müqəddəs adı ilə yanaşı çəkilir. Allahın məqamından sonra onların məqamı gəlir.

7. Elmin dərəcələri var və elmin ən yüksək dərəcəsi təvillə tanışlıq və son məqsədə çatmaqdır.

8. Həqiqi alimlərdə təkəbbür olmur.

9. Batilə meyl elmdə möhkəmliyin maneəsidir. Elmdə möhkəm olanlarla qəlbində azğınlıq olanlar əks qütblərdə qərar tuturlar.

10. Hər başa düşmədiyimizi inkar etməyək.

11. Ayələrin möhkəm və mütəşabeh şəkildə nazil olması tərbiyəvi xarakter daşıyır.
8. ﴿ رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ

(Elmdə möhkəm olanlar deyir:) Pərvərdigara! Bizi hidayət etdikdən sonra qəlblərimizi azğınlığa sövq etmə. Öz tərəfindən bizə bir rəhmət bağışla. Həqiqətən də, Sən Özün çox bağışlayansan.”


Bildirişlər


1. Öz elm və biliyimizlə qürrələnməyək. Allahdan hidayət istəyək.

2. Gerçək elmin və elmdə möhkəmliyin nişanəsi Allaha diqqət və Ondan yardım diləməkdir.

3. Hidayət və azğınlığın meydanı qəlb və düşüncədir.

4. Düz yolda olmaq mühüm deyil. Düz yoldan çıxmamaq çox əhəmiyyətlidir.

5. Daimi və minnətsiz hədiyyə və bəxşiş Allah tərəfindəndir.
9. ﴿ رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ

Elmdə möhkəm olanlar duanın ardınca deyərlər:) Pərvərdigara! Həqiqətən, sən xalqı heç bir şübhə olmayan gün üçün toplayarsan. Həqiqətən, Allah Öz vədini pozmaz.”


Nöqtələr


◘Qiyamətə inanan şəxs öz aqibətindən nigaran olur və Allahdan yardım istəyir.

Vədə xilaflığın mənşəyi qəflət, acizlik, qorxu, cəhalət və ya peşmançılıqdır. Amma Allahın müqəddəs zatında bu halların heç birinə yer yoxdur.


Bildirişlər


1. Elmdə möhkəm olanlar gələcəyə və qiyamətə göz dikmişlər.

2. Dünyadakı ruhi hallara diqqət və axirətdə əməllərə cavabdehlik həqiqi alimlərin nişanəsidir.

3. Qiyamət günü həm xalqın bir yerdə hesab-kitab üçün toplaşacağı, həm də mühakimədən sonra hər kəsin ayrıca öz yerini tutacağı fəzl günüdür.

4. Elmdə möhkəm olanların qiyamətə yəqinlikləri var. Onlar Allahın vəfasına əmindirlər.


10. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُولَـئِكَ هُمْ وَقُودُ النَّارِ

Həqiqətən, küfr edənlərin nə malları, nə də övladları ilahi əzab qarşısında onların karına gəlməz. Onlar özləri od üçün çırpı, yanacaqdırlar.”

Nöqtələr


◘“Vəqud” yanacaq maddəsi mənasındadır. Cəhənnəm odu iki vasitə ilə alovlanır: Daşlar və insanlar.1 Xasiyyətlər, düşüncələr, əməllər insanın şəxsiyyətini parçalayar və insan yanacağa dönüb özünün yanmasına səbəb olar.

◘İnsanın dünya və axirətdəki gerçək ehtiyaclarını Ondan qeyrisi təmin edə bilməz. İnsan bütün hallarda Ona möhtacdır.


Bildirişlər


1. Mal və övladla qürrələnməyin. Allahdan qeyrisinə ünvanlanmış istənilən bir vurğunluq məhkumdur.

2. Küfr insanı insanlıq dairəsindən çıxarıb, onu əşya səviyyəsinə endirir.


11. ﴿ كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ كَذَّبُواْ بِآيَاتِنَا فَأَخَذَهُمُ اللّهُ بِذُنُوبِهِمْ وَاللّهُ شَدِيدُ الْعِقَابِ

(Kafirlərin qaydası) fironçuların və onlardan əvvəlkilərin qaydası kimidir. Ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası ağırdır.”


Bildirişlər


1. Məsələ külli şəkildə bəyan olduqdan sonra nümunələr göstərmək lazımdır.

2. Maddi güclərə, mal və övlada arxalanmaq Firon qaydasıdır.

3. Tarix və keçmişdəkilərin təcrübəsi ən üstün dərsdir.

Həmin dövrün zorakı qəhrəmanları olan Firon və Firon ailəsi Allahın qəhr və qəzəbi qarşısında bir an dayana bilmədilər. Öz cüzi mal və gücünüzə arxalanmayın.

4. Bəzən zalım hakimlərin ətrafındakılar onların özlərindən daha çox rol oynayırlar.

5. Günah pisdir. Amma günaha adət və günah ruhiyyəsi daha pisdir.

6. Oxşar xasiyyət, qayda, əməl və günahların cəza və mükafatı da oxşardır.

7. Ümmətlərin həlak olması səbəbi onların günahları olmuşdur.

8. Günah ruhiyyə və adətə çevrildikdə Allahın cəzası ağırlaşır.
12. ﴿ قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ

Kafir olanlara de ki, tezliklə məğlub olar və cəhənnəmə doğru sürüklənərlər. Necə də pis yerdir!”


Nöqtələr


◘“Məcməul-bəyan”, “Kəbir”, “Məraği” təfsirlərində deyilir: Müsəlmanlar hicri ikinci il Bədr savaşında qalib gəldikləri vaxt yəhudilərdən bir dəstəsi dedi: “Bu qələbə Məhəmmədin haqq olması nişanəsidir. Çünki Tövratda deyilmişdir: “O düşmənlərinə qalib gələr.” Yəhudilərin digər bir dəstəsi isə belə dedi: “Tələsməyin, bəlkə o biri döyüşlərdə məğlub oldu.” Hicri üçüncü ildə müsəlmanlar Ühüd savaşında məğlub olduqları vaxt həmin yəhudilər xoşhal oldular.

Ayə nazil oldu ki, tələsik mühakimə yürütməyin. Yaxın gələcəkdə məğlub olarsınız. Çox çəkmədi ki, müsəlmanlar Mədinənin Bəni-Qürəyzə və Bəni-Nəzir yəhudilərini məğlub etdilər. Məkkənin fəthində isə müşriklər məğlub oldular.


Bildirişlər


1. Möminlərə təsəlli, kafirlərin hədələnməsi düzgün rəhbərlik və məqsədə inam nişanəsidir.

2. Quranın möcüzələrindən biri onun gələcək haqqındakı dəqiq xəbərləridir.

3. Xalq qalibdir və küfr məğlubiyyətə məhkumdur.

4. Düşmənin şayiələri və təbliğatları ilə mübarizə aparın.

5. Cəhənnəmlə sonuclanan məğlubiyyətlərdən qorxun. Adi halda hər bir döyüşdə məğlubiyyət ola bilər.
13. ﴿قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاء إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لَّأُوْلِي الأَبْصَارِ

(Bədr döyüşündə) iki dəstənin üzbəüz durmasında sizin üçün nişanə var idi. Bir dəstə Allah yolunda savaşırdı, digər kafir dəstə (şeytan və nəfs istəkləri yolunda). Kafirlər müsəlmanları ikiqat artıq görürdülər. (Bu, onları qorxudurdu). Allah istədiyini Öz yardımı ilə möhkəmləndirər. Həqiqətən, bu işdə bəsirət əhli üçün öyüd və ibrət var.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin