Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə32/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

Bildirişlər


1. Peyğəmbər hökumətinin göstəriş və əmrləri Allah əmrləri kimidir və onlara itaət etmək vacibdir.

2. Sələmçilik Allah və Onun rəsulu qarşısında üsyan və tüğyandır.

3. Bir şəxs Allaha və Onun rəsuluna itaət üçün sələmçilikdən əl çəksə və xalqa rəhm etsə, Allahın mərhəmətini əldə edər.

4. Allah və Onun rəsuluna itaət cəhənnəmdən qurtuluş rəmzidir.

5. Allah və Onun rəsuluna itaətin bəhrəsi insanın özü üçün faydalıdır.

6. Allaha itaət mükafatsız qalmır. İtaət ilahi rəhməti əldə etmək vasitəsidir.


133. ﴿ وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə tələsin.”


Nöqtələr


◘Bir qrup İslam aliminin fikrincə, behişt və cəhənnəm hal-hazırda mövcuddur. Onlar bu məsələdə “Şüəra” surəsinin 90-cı ayəsini dəlil göstərirlər.

◘Günahın bağışlanması Allahın işidir. Bağışlanmağa doğru tələsmək bağışlanmaya səbəb olacaq işlərə tələsmək mənasındadır.

◘Ayədəki “ərz” sözü uzunluq yox, genişlik mənasındadır.

◘Həzrət Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: “İlahi vəzifələri yerinə yetirməyə tələsin.”1


Bildirişlər


1. Xeyir işdə sürət həmin işin dəyərini artırır.

2. Əvvəlcə bağışlanmaq, sonra isə behiştə getmək!

3. Xalqın günahlarının bağışlanması ilahi rübubiyyət şənidir.

4. Tövbəyə tələsmək lazımdır.

5. Behiştə doğru sürətin şərti müttəqilər zümrəsində olmaqdır.
134. ﴿ الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

(Müttəqilər) o kəslərdir ki, həm rahatlıq, həm də çətinlik zamanı infaq edər, öz qəzəblərini udar, xalqın xatalarını bağışlayarlar. Allah yaxşı əməl sahiblərini sevər.”


Nöqtələr


◘Əvvəlki ayələrdə sələm məhkum edildikdən sonra bu ayə infaq, bağışlanma, yardım haqqında xoş sözlər söyləyir.

Tarixi bir hadisə:

Nəql edirlər ki, bir gün İmam Səccad (ə) başını yuyarkən xidmətçilərindən biri su qabını əlindən salır və imamın başı yaralanır. İmam xidmətçiyə baxdıqda xidmətçi anlayır ki, imam narahat olmuşdur. Xidmətçi dərhal deyir: “Onlar qəzəblərini udarlar”. İmam buyurur: “Mən qəzəbimi uddum.” Xidmətçi deyir: “Xalqın xatasını bağışlayarlar”. İmam buyurur: “Səni əfv etdim.” Xidmətçi deyir: “Allah yaxşı əməl sahiblərini sevər”. İmam buyurur: “Səni Allah yolunda azad etdim.”1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir bəndə olmadı ki, qəzəbini udduqdan sonra Allah dünya və axirətdə onun izzətini artırmamış olsun.” Allah-təala buyurur: “Bu, qəzəbi udmağın mükafatıdır.”2

Bildirişlər


1. Təqva infaqdan ayrı deyil.

2. İnfaq etmək üçün sərvət yox, səxavət lazımdır.

3. Məhrumları nə rifah, nə də yoxsulluq zamanı unudaq. Əlimiz aşağı olduqda infaq etməmək üçün “özümüz çətinlikdəyik” deməyək.

4. Nəfs istəkləri müttəqilərə yox, müttəqilər nəfs istəklərinə hakimdir.

5. Təqva qəlb genişliyi olan yerdədir.

6. Müttəqi guşənişin (“münzəvi”) deyil. Bu zümrə xalqla öz sərvəti və yaxşı əxlaqı ilə keçinir.

7. Xatakarı bağışlayarkən onun imanı şərt olmur.

8. Allahın sevgisini qazanmaq istəyən kəs malından keçməli, qəzəbini udmalıdır.

9. Məhrumlara infaq və xalqın xatalarının bağışlanması ehsan və saleh əməl nümunələrindəndir.
135. ﴿وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ

(Təqvalılar) o kəslərdir ki, pis iş gördükdə və ya özlərinə zülm etdikdə Allahı xatırlayıb, günahlarına görə tövbə edərlər. Allahdan başqa günahları bağışlayan kimdir? (Müttəqilər) günahın pisliyini bildiklərindən gördükləri işi təkrarlamazlar.


Nöqtələr


◘Bəzi təfsirçilər “fahişə” sözünün zinaya, “zülm” sözünün isə digər günahlara aid olduğunu bildirmişlər. Başqa bir qrup təfsirçinin fikrincə isə “fahişə” böyük günahlara, “zülm” isə kiçik günahlara işarədir.

◘Rəvayətdə oxuyuruq ki, ötən günahlara diqqətsizlik və tövbənin tərk olunması günahın israrı, təkrarlanması kimidir.1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə nazil olduğu vaxt İblis bütün yaxınlarını toplayıb çarə axtardı, lakin heç bir şey tapmadı. Bu zaman vəsvase-xənnas dedi: “Mən çarə bilirəm! Onlara vədə verərəm, arzuları ilə başlarını qataram ki, günaha batsınlar. Elə ki, günaha batdılar, tövbəni yadlarından çıxararam.”2

Bildirişlər


1. Bəzən müttəqi fərdlər də günaha yol verir.

2. Günahdan da qorxulu odur ki, günah və onun pisliyinə diqqətsiz olasan. Müttəqilər isə günaha mürtəkib olan kimi tövbə edirlər.

3. İnsanın batdığı günaha görə dərhal tövbə etməsi təqva nişanəsidir.

4. Allahın zikri tövbə rəmzidir.

5. Nə qədər ki, günahkarın qəlbində Allah zikri diridir, o, müttəqilər zümrəsinə qatıla bilər.

6. Günah insanın özünə zülmüdür.

7. Günahları yalnız Allah bağışlaya bilər.

8. Müttəqilər günah üzərində israr etmir, onu təkrarlamırlar. Günahın təkrarlanması onun kiçik sayılması və Allah zikrindən qəflət nişanəsidir.

9. Davamlı olaraq günahı təkrarlamaq ilahi bağışlanmadan məhrumluq səbəbidir.
136. ﴿ أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

Rəbbi tərəfindən onların (müttəqilərin) mükafatı bağışlanma və ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin