Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə34/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

Nöqtələr


◘Ayədəki “təmhis” sözü hər cür eybdən pak etmək mənasını bildirir. “Məhəq” isə tədricən azalmaq deməkdir.

◘Sanki Allah Ühüddə müsəlmanların zəif nöqtələrini onlara bildirmək istəmişdir. Onlar öz zəif nöqtələrini bildikdən sonra islah fikrinə düşə bilər və bu yolla da növbəti hərəkətlərə hazırlaşardılar. Bəzən insanı qəflətdən oyadan məğlubiyyət onu yuxuya verən qələbədən faydalı olur.


Bildirişlər


1. Döyüş pak insanları napak insanlardan seçmək üçün bir mizandır.

2. İman əhli üçün məğlubiyyət də, qələbə də səadətdir. Çünki onlar ya şəhadət vasitəsi ilə uca məqama çatır, ya da düşmənə qələbə çalırlar.

3. İmanın çiçəklənməsi və küfrün məhv olması zamanın gedişində əldə olunur.

4. Tarix küfrün məhvinə doğru addımlayır.

5. Bugünkü məğlubiyyət mühüm deyil. Əsas işin sonudur.
142. ﴿ أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ

Yoxsa güman edirsiniz ki, Allah aranızdakı mücahidləri və səbir edənləri müəyyənləşdirməmiş (“imanlıyam” deməklə) behiştə daxil olacaqsınız?!”


Nöqtələr


◘Ayədə möminlərin cihadına, səbir və müqavimətinə işarə olunur. Çünki behiştin yolu səbir və cihaddan keçir. Quran buyurur: “Səbir və müqavimətinizə görə sizə salam olsun, ey behişt əhli!”1 Göründüyü kimi, salam yalnız hacılara, oruc tutanlara, xums və zəkat ödəyənlərə yox, səbir və dözüm əhlinə verilir ki, bütün əməllərdə səbrə ehtiyac vardır.

Bildirişlər


1. Batil ümid və arzulardan əl çəkin.

2. Təkcə qəlb imanı kifayət deyil, əməl meydanında da çalışmaq lazımdır. Behişt bəhanəyə yox, bahasını ödəyənə verilir.

3. Behiştin açarı səbir və cihaddır. Müsibət və günah qarşısındakı səbir, ibadətdəki dözüm, kiçik və böyük cihad cəbhələrində iştirak behiştin açarlarıdır.

4. Səbir və müqavimətlə yanaşı, cihad da lazımdır. Çünki döyüşün başlanması, davamı, müharibədən sonrakı ağrılar, bir sözlə, hər bir addım səbir və dözümə ehtiyaclıdır.


143. ﴿ وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ

Həqiqətən, siz ölümü (və şəhadəti) onunla üzləşməzdən qabaq (Bədr döyüşündən sonra) çox arzulayırdınız. Sonra onu (Ühüd döyüşündə) gördünüz, amma (narazılıqla) baxdınız.”


Nöqtələr


◘Bu ayənin nazil olma şəni haqqında deyilir: Bədr döyüşündə bəziləri şəhid oldu və müsəlmanlar qalib gəldilər. Döyüşdən sağ çıxanlardan bəziləri dedilər: “Kaş ki, biz də Bədr döyüşündə Allah yolunda şəhadətə çataydıq.” Amma həmin adamlar növbəti ildə - Ühüd döyüşündə baş götürüb qaçdılar. Bu ayədə həmin adamlar məzəmmət olunur.

Kərbəla şəhidlərinin ziyarətində deyirik: “Kaş ki, biz də sizinlə olaydıq və şəhadətə çataydıq.” Əgər belə bir fürsət verilsəydi, nə edərdik? Bu barədə düşünmüşükmü?


Bildirişlər


1. Arzularınız sizi aldatmasın və hər şüara, hər şüar verənə inanmayın.

2. İnsanlar əməl meydanında sınaqdan çıxır.


144. ﴿وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ

Məhəmməd yalnız bir peyğəmbərdir. Ondan qabaq da peyğəmbərlər (gəlmiş və) getmişlər. (Beləcə, peyğəmbərlər üçün də ölüm olmuşdur (var). Məgər o ölsə və ya öldürülsə, siz öz keçmişdəkilərinizəmi (onların ayinlərinəmi) dönəcəksiniz? Hər kəs geri dönsə, Allaha heç bir zərər yetirməz. Allah tezliklə şükür edənlərin mükafatını verəcək.”


Nöqtələr


◘Təfsirdə deyilir: Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) alnına atdıqları daşla onu yaraladılar. Bir nida qopdu ki, Məhəmməd (s) öldürüldü. Bəziləri də Müsəb şəhadətə çatarkən peyğəmbərin şəhadətə çatdığını güman etdilər. Bu şayiə kafirlərin şadlanmasına və ruhlanmasına səbəb oldu. Müsəlmanlardan bir dəstəsi qorxuya düşüb qaçmağa başladı. Bəziləri də kafir komandanı Əbu-Süfyandan aman diləmək fikrinə düşdülər. Amma başqa bir qrup müsəlman uca bir səslə fəryad çəkib deyirdilər: “Əgər Məhəmməd (s) də olmasa, Məhəmmədin (s) yolu, Məhəmmədin (s) Allahı yerindədir. Qaçmayın!”

◘İmam Sadiq (ə) buyurmuşdur: “Qətl ölümdən fərqli bir həqiqətdir. Hər bir şəhid gələcəkdə geri dönüb yenidən öləsidir.1 Quranda buyurulur: “Hər kəs ölümü dadacaqdır.”2


Bildirişlər


1. Peyğəmbərin vəzifəsi Allahın əmrini bəyan etməkdir. Biz isə bu yolu davam etdirməliyik.

2. Məgər əvvəlki peyğəmbərlər öldükdə onların ardıcılları dindən çıxdımı?!

3. İslam cəmiyyəti elə təşkil olunmalıdır ki, hətta rəhbərin dünyasını dəyişməsi onun möhkəmliyini sarsıtmasın.

4. İslam peyğəmbəri də ilahi sünnələrə, eləcə də, ölüm və həyat kimi təbiət qanunlarına tabedir.

5. Şayiə yaymaq düşmənin üslublarındandır.

6. Peyğəmbərin yolu yox, ömrü məhduddur.

7. Fərdə pərəstiş qadağandır. Allahın yolu aydınlaşdırıldıqdan sonra rəhbərlərin gəliş-gedişi ilahi xəttin davamına zərbə vurmamalıdır.

8. İmanınızı o qədər möhkəmləndirin ki, hadisələr onu lərzəyə gətirməsin.

9. Peyğəmbərlərin yolundan əl çəkmək süqut və geriləməkdir.

10. Xalqın küfrünün Allaha heç bir zərəri yoxdur.

11. Haqq yolda müqavimət əməli şükrün ən yaxşı növüdür və onun mükafatı Allahın yanındadır.
145. ﴿ وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ

Allahın hökmü olmadan kimsə ölmür. (Bu,) təyin olunmuş bir taledir. Dünya mükafatı istəyənə ondan verərik. Axirət mükafatı istəyənə isə axirət mükafatından verərik. Tezliklə şükür edənləri mükafatlandıracağıq.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin