Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə38/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

Nöqtələr


◘Bu ayədə “fi səbilillah”, yəni “Allahın yolunda” ifadəsi işlədilməmişdir. Söhbət istənilən bir yolda öldürülənlərin və ya ölənlərin Allaha doğru gətiriləcəyindən gedir. Bir halda ki, ölüm hamı üçün qətidir və qiyamət günü hamı Allahın qarşısında duracaq, nə üçün ən gözəl yolu seçməyək? Əgər ölüm və şəhadət Allaha doğru qayıdışdırsa, nə üçün şəhadətdən qorxaq? İmam Hüseyn (ə) buyurmuşdur:

Ölümə gedirsə bütün bu tənlər,

Haqq yolda şəhadət ən gözəl əsər.1
159. ﴿فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

(Ey peyğəmbər:) Allah tərəfindən olan rəhmətə xatir xalqla mehriban keçinirsən. Əgər sərt və daşürəkli olsaydın, (xalq) sənin ətrafından dağılardı. Beləsə, onların təqsirini bağışla, onlar üçün bağışlanma dilə, işlərdə onlarla məsləhətləş. Qərara gəldiyin zaman Allaha təvəkkül et. Həqiqətən, Allah təvəkkül edənləri sevir.”


Nöqtələr


◘Ayənin məzmunu ümumi göstərişlərdən ibarət olsa da, o, Ühüd döyüşü haqqındadır. Çünki Ühüd döyüşündə məğlub olub qaçanlar peşmançılıq odunda yanırdılar. Onlar peyğəmbəri əhatəyə alıb üzr istəyirdilər. Allah da bu ayə ilə ümumi əfv göstərişi verdi.

“Şuvr” sözü əslində arının güldən şirə çəkməsini bildirir. İnsan da məşvərət yolu ilə ən üstün nəzəriyyələri əldə edir. Mövləvi deyir:

Çıraq tək nur saçır hər bir düşüncə,

İyirmi çıraqda baxasan gücə.


Bildirişlər


1. Xalqla xoş rəftar ilahi bir hədiyyədir.

2. Sərt və qaraqabaq adamlar xalqa rəhbərlik edə bilməz.

3. İslam hökumətinin nizamı məhəbbət və xalqa bağlılığa əsaslanır.

4. Düzgün rəhbərlik və müdiriyyət əfv və mərhəmətlə yanaşıdır.

5. Peşman olmuş xatakarları və xəcalət çəkən günahkarları qəbul edin və özünüzdən kənarlaşdırmayın.

6. Məşvərətin dəyərini mövsümi, ötəri nakamlıqlara görə nəzərdən qaçırmayın. Ühüd döyüşündə məşvərət nəticəsində şəhərdən bayırda döyüş aparılması uğursuzluqla sona çatsa da, bu o demək deyil ki, məşvərət faydasızdır.

7. Peyğəmbərin məşvərətində qüvvələrin cəzbi, istedadların çiçəklənməsi, dost-düşmənin seçilməsi, ən yaxşı rəyin aşkara çıxması, məhəbbət və bağlılıq yaranması, eləcə də başqaları üçün əməli bir dərs nəzərdə tutulmuşdur.

8. Sənə edilən zülmü bağışla. Allaha qarşı yol verdikləri günahlara görə bağışlanma dilə.

9. Peyğəmbər Allah əmri əsasında ümməti üçün bağışlanma diləyir. Demək, bu dua qəbuldur.

10. Məşvərət vahid və qəti hakimiyyət prinsipinə zidd deyil.

11. Düşüncə və məşvərətlə yanaşı Allaha təvəkkül də unudulmamalıdır.

12. Əvvəlcə məşvərət, sonra təvəkkül düzgün yoldur. Nəticəyə çatıb-çatmamaq isə başqa bir məsələdir.


160. ﴿ إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

Əgər Allah yardım göstərsə, heç kim sizə qalib gəlməyəcək. Əgər sizi zəlil etsə, bundan sonra sizə yardım göstərə biləcək kimdir?! (Buna görə də) möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”


Nöqtələr


◘Əvvəlki ayədə təvəkkülə sifariş olundu. Bu ayədə Allaha təvəkül edilməsinin dəlili kimi izzət və zillətin yalnız Onun əlində olması göstərilir.

◘Hədisdə deyilir ki, həzrət Peyğəmbər (s) Cəbraildən soruşdu: “Allaha təvəkkül nədir?” Cəbrail dedi: “Biləsən ki, xalq sənə heç bir fayda və ya zərər verə bilməz və Allahdan qeyrilərindən ümidini tam üzəsən. Əgər insan bu dərəcəyə çatıb yalnız Allah üçün iş görsə, Allahdan qeyrisindən qorxmasa, yalnız Allaha ümidli olsa, bu, əsil təvəkküldür.”1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Əgər insanla günah arasında maneə olmasa və insan günaha batsa, bu ilahi yardımdan məhrumiyyət nəticəsidir.2

Bildirişlər


1. Təbii qələbələr digər amillərin təsiri altındadır. İlahi yardımlar isə amillərə tabe deyil.

2. İstər qələbə, istərsə də məğlubiyyət Allahın iradəsindən asılıdır.

3. İman Allaha təvəkküldən ayrı deyil.


161. ﴿ وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ

Heç bir peyğəmbərə yaraşmaz ki, xəyanət etsin. Hər kəs xəyanət etsə, xəyanət etdiyi şey qiyamət günü onunla gələr. Sonra hər kəsə qazandığının kamil qarşılığı verilər və onlar sitəm görməzlər.”


Nöqtələr


◘Bəlkə də bu ayə qənimət toplamaq üçün Ühüddəki mövqeyini buraxanlara cavabdır. Onlar qənimətdən məhrum qalacaqlarından qorxaraq komandanın göstərişindən çıxdılar. Halbuki onlara “payınız saxlanılacaq, peyğəmbərin nəzərindən kənarda qalmayacaqsınız” deyilmişdi. Bu ayədə buyurulur: Peyğəmbər sizin qənimət payınıza xəyanət etməyəcək. Əmin olun və vəzifənizə əməl edin...

◘İmam Baqir (ə) buyurmuşdur: “Oğurlanmış mal cəhənnəmdə oğrunun gözü qarşısında mücəssəm olar və ona deyilər: Oda daxil ol və onu çıxart!3

◘Qatqıçılıq, saxtakarlıq, qəsb və xəyanət ayədəki “ğill” nümunələrindəndir. Zəkat yığmaq tapşırılmış bir şəxs həzrət Peyğəmbərin (s) xidmətinə gəlib dedi: “Topladığım bu hissə zəkatdır və sizə çatacaq. Bu biri hissə isə xalqın mənə verdiyi hədiyyələrdir.” Həzrət minbərə qalxıb buyurdu: “Əgər bir şəxs evində otursaydı, ona hədiyyə verilərdimi?! And olsun Allaha, həmin şəxs o haram malla qiyamət günü məhşur olacaq.”4

◘Peyğəmbərlərə qarşı bədbinlik olan yerdə özünüzə qarşı hansı münasibət gözləyə bilərsiniz?! İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Xalqın razılığını qazanmaq olmaz, onların dilinə nəzarət etmək mümkünsüzdür.”5



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin