Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə42/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

Nöqtələr


◘Ühüd döyüşünün yaralıları həzrət Peyğəmbərin (s) göstərişi ilə növbəti dəfə səfərbər olub Həmraəl-əsəd məhəllinədək düşmənin ardınca getdikdə, düşmən müsəlmanların hazırlığından ehtiyat edib növbəti hücum fikrindən daşındı. Bu ayə Ühüd döyüşünün yaralı və xalis mücahidləri haqqında xoş sözlər deyir.

Bildirişlər


1. Allaha təvəkkül etməklə vəzifənin icrası yolunda hərəkət, çətinliklərin asanlığa dönməsi səbəbidir.

2. Allah yolunda təhlükəyə üz tutub sağ-salamat qalan insanlar çoxdur.

3. İlahi insanlar üçün əsas məsələ şəhadət yox, Allahın razılığıdır.

4. Allahın böyük fəzli haqq cəbhədə iştirak edənlərin nəsibidir.


175. ﴿ إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ

Öz dostlarını (kafirlərin gücündən) qorxudan şeytandır. Əgər imanınız varsa, onlardan qorxmayın, yalnız Məndən qorxun.”


Bildirişlər


1. Müsəlmanların qorxu və ümidsizliyinə səbəb olan hər bir şayiə şeytandandır.

2. Qorxutma üsulu şeytani qüdrətlərin daimi siyasətidir.

3. Döyüş meydanındakı qorxaqlar şeytanın dostları və onun nüfuzu altında olanlardır.

4. Şücaətli möminlər şeytanın hakimiyyətindən uzaqdırlar.

5. Allah qorxusu Allaha itaət, Allahdan qeyrisindən qorxu isə Allaha itaətsizlik zəminəsidir.

6. Həqiqi mömin Allahdan qeyrisindən qorxmur və bilir ki, iman şücaətdən ayrı deyil.


176. ﴿ وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

«Ey peyğəmbər, küfrdə tələsənlər səni qəmgin etməsin. Onlar əsla Allaha bir zərər yetirə bilməzlər. Allah istəmişdir ki, qiyamətdə onların heç bir bəhrələri olmasın və onlar üçün böyük bir əzab vardır.»

Nöqtələr


◘Ühüd döyüşündə iştirak edənlər bir-birlərinə deyirdilər: «Bir halda ki, biz məğlub olduq və kafirlər qalib şəkildə Məkkəyə döndülər, nə olacaq? Ayə onlara cavab olaraq buyurur: “Narahat olmayın. Bu bir ilahi möhlətdir ki, onların küfrləri artsın və axirətdə heç bir bəhrələri olmasın.”»

Bildirişlər


1. Aramlığınızı hifz edin. İslamı məhv etmək yolunda kafirlərin göstərdiyi səylər səmərəsizdir.

2. İnsanların küfrü Allaha zərrəcə zərər toxundurmaz.

3. Küfr meydanında iştirak, insanı tövbə və mərhəmət əldə etmə imkanlarından məhrum qoyar.

4. Kafirlərə möhlət verilməsi ilahi qanundur. Bunu Allahın xəbərsizliyi və ya zəifliyi kimi yozmaq olmaz.

5. İnsanın axirətdə məhrumluq səbəbi onun dünyadakı əməllərinin nəticəsidir.

6. Allahın həm fəzli, həm də qəhr və qəzəbi böyükdür. (Əvvəlki iki ayədə cəbhəyə yola düşən yaralılara müjdə verilirdisə, bu ayədə kafirlərə böyük əzab vəd olunur.)


177. ﴿ إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ

Şübhəsiz, imanı küfrlə dəyişənlər heç vaxt Allaha zərər vurmazlar. Onlar üçün dərdli bir əzab var.”


Nöqtələr


◘Quranda ömür sərmayəsinin alış-verişi, xeyir-zərəri haqqında dəfələrlə danışılmışdır. Quran dünyanı bazar, xalqı satıcı, insanın əqidə və əməllərini bu bazarın malı kimi təqdim edir. Bu bazarda satış məcburi olsa da, müştəri seçimi azaddır. İnsan öz ixtiyarında olanları, gücünü, əməlini, əqidəsini boş saxlaya bilməz. Amma biz olanlarımızı həm xeyirli, həm də zərərli yolda sərf edə bilərik. Quranda canını verib əvəzində behişt alanlar mədh olunur. Azğınlıq yolunu tutub zərərə düşənlər isə tənqid olunur.1 Yuxarıdakı ayə kimi bir çox ayələrdə imanını küfrə satanlar məzəmmət olunur və möminlərə təsəlli verilir ki, insanların küfrü Allah və Allahın yoluna heç bir zərər toxundurmaz.

Bildirişlər


1. İnsanın əsil sərmayəsi iman və ya imanın fitri zəminələridir.

2. İdeoloji bir inqilabda cüzi zərərlərə görə nigaran olmayın.


178. ﴿ وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهُمْ عَذَابٌ مُّهِينٌ

Kafir olanlar elə güman edirlər ki, onlara verilən möhlət onlar üçün yaxşıdır. Həqiqətən, onlara möhlət verərik ki, öz günahlarını artırsınlar. Onlar üçün zəliledici əzab var.”


Nöqtələr


◘Quran kafirlərə, münafiqlərə və süst imanlı insanlara müraciət edərkən “güman etməyin” ifadəsini dəfələrlə işlətmişdir. Məlum olur ki, bu fərdlər həqiqəti görməkdən, düzgün təhlil aparmaqdan məhrumdurlar. Onlar yaranışı mənasız, şəhadəti yox olmaq, dünyanı əsas, kafirlərə sığınmağı izzət, ömürlərini xeyir-bərəkət mayası sayırlar. Quran bütün bu təsəvvürlərin üstündən xətt çəkir.

◘Küfr əhli imkanlı olmağı, qələbələr əldə etməyi, rifahlı yaşayışı özləri üçün ləyaqət sayırlar. Halbuki Allah onlara küfrə və fəsada batdıqlarına görə möhlət vermiş və öz pislikləri içində qərq olmalarını istəmişdir.

Tarixdə oxuyuruq ki, Yezid İmam Hüseyni (ə) şəhadətə çatdırdıqdan sonra onun ailəsini bacısı Zeynəblə birlikdə əsir götürüb Şama gətirdi. Yezid zahiri qələbəsindən qürur duyaraq həzrət Zeynəbə belə dedi: “Allahın bizimlə olduğunu gördünüzmü?!” Həzrət Zeynəb Yezidin cavabında hazırkı ayəni oxudu və buyurdu: “Mən səni alçaq, kiçik və hər cür təhqirə layiq bilirəm. İstədiyini et. Amma and olsun Allaha, Allahın nurunu söndürə bilməzsən.” Bəli, dünya səfasına aludə olan belə fərdlər üçün zəliledici axirət əzabı hazırlanmışdır ki, onların dünyəvi və xəyali izzətləri axirət zəlilliyi ilə sonuclansın.

◘Günahkarlar iki qisimdir: Onlardan bir dəstəsi islah olasıdır. Allah belələrinə moizə və acı-şirin hadisələr vasitəsi ilə xəbərdarlıq edir, onları oyadır. Amma hidayət olmayası zümrə Allah tərəfindən başlı-başına buraxılır ki, bütün mənfi qabiliyyətlər üzə çıxsın. Ona görə də imam Baqir (ə) hazırkı ayə ilə bağlı buyurmuşdur: “Ölüm kafirlər üçün bir nemətdir. Çünki onlar çox qaldıqca günahlarını da artırırlar.”1

◘Həzrət Əli (ə) “həqiqətən, onlara möhlət verilmişdir” cümləsi haqında buyurmuşdur: “Nə çoxdur ehsan gəldikdə yavaşıyanlar, nə çoxdur eybləri örtüldüyündən aldadılanlar, nə çoxdur öz haqlarındakı xoş sözlərə məftun olanlar. Allah heç kimi möhlət verilmə, öz başına buraxılma kimi bəlaya mübtəla etməsin.”2


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin